Qaçan dustaqların işi generalı bitirə bilər - şok açar fiqur
Siyaset
Oxunub: 702
25 okt 2017 | 12:20
Qaçan dustaqların işi generalı bitirə bilər - şok açar fiqur















Bakı-Astara-Bakı qatarının xüsusi təyinatlı vaqonunda paytaxta gətirilən məhbusların qaçması ölkə gündəminin müzakirə mövzularından biridir. Oktyabrın 23-də Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda CM-in müxtəlif maddələri ilə təqsirləndirilən “Qoca” ləqəbi ilə tanınan Etibar Məmmədov və 1989-cu il təvəllüdlü, CM-in müxtəlif maddələri ilə təqsirləndirilən “Abdulla” ləqəbli Əli Ağaminin axtarışları davam edir.

Onların məhz harada qaça bildikləri dəqiq bilinmədiyi üçün axtarışların da əhatə dairəsi məlum deyil. Məsələn, son iki gündə paytaxt Bakıda xüsusi gücləndirilmiş tədbirlər gözə dəymir. Bu o anlama gəlir ki, məhbusların Bakıda gizlənə biləcəyi versiyası hələ ki yoxdur.

Bu arada lent.az saytı qaçışın necə gerçəkləşməsi barədə sensasion xəbər yayıb. Bildirilir ki, hər iki məhbus daha öncə 7-8 dəfə xüsusi təyinatlı vaqonla Lənkərana aparılıb-gətirilib.

Məhz həmin qatarla mütəmadi səfər etmələri məhbuslara plan qurmaq üçün fürsət yaradıb. Onlar bu məqsədlə altıbucaqlı formada olan xüsusi açar əldə ediblər. Məhbuslar Lənkərandan gələn qatar Biləcəri stansiyasına yaxınlaşarkən, sübh tezdən həmin açarla vaqonun pəncərəsini açıblar və qatar dayanan kimi pəncərənin dəmir barmaqlıqlı çərçivəsini çıxardaraq oradan düşüb qaçıblar. Yalnız qatar “28 May” stansiyasına çatanda hər iki məhbusun aradan çıxdığı məlum olub.

Astara-Bakı qatarı bir neçə məntəqədə İran sərhədinə yaxın keçir. Ola bilər ki, istintaq məhkumların qaçaq yolla İrana keçə biləcəkləri versiyasını da araşdırsın. Məhkumların qaçmasının gec bilindiyi (amma nə qədər gec, bu, açıqlanmır) səbəbindən onların hətta Rusiya və ya Gürcüstan istiqamətinə də gedə biləcəkləri istisna edilmir. Amma böyük ehtimalla qaçışı planlaşdıranlar bütün marşrutu dəqiq düşünüblər. Onların hələ də Azərbaycanda gizləndikləri də gümanlar sırasındadır. Ə.Ağami iki il əvvəl Şirvanda “Krıtı Elvin” kimi tanınan Elvin Nəciyevi öldürüb. O, Samux dövlət sərhəd-keçid məntəqəsini keçmək istəyərkən yaxalanıb. E.Məmmədov həmin qətl işinə görə tutulsa da, rəsmi məlumatdan göründüyü kimi, Cinayət Məcəlləsinin 234.4.3-cü - külli miqdarda narkotik vasitələrin satışında suçlanır.

Hər iki şəxs barəsində ötən həftə Lənkəran Ağır Cinayətlər Məhkəməsində prokuror 19 il müddətinə azadlıqdan məhrumetmə cəzası tələb edib. Daha bir ilginc məlumat isə budur ki, qaçan məhbuslara oktyabrın 24-də Lənkəran Şəhər Məhkəməsində hökm oxunacaqmış (modern.az). “Belə olduğu təqdirdə onlar oktyabrın 23-də Bakıya hansı məqsədlə gətirilirmiş?” sualına gəlincə, bildirilir ki, Lənkəranda istintaq təcridxanası yoxdur. Təqsirləndirilən şəxslər müvəqqəti saxlanma yerinə aparılarkən polis şöbələrinin müvəqqəti saxlanma yerində saxlanılır. Mövcud qanunvericiliyə görə, şəxslərin 10 gündən artıq müvəqqəti saxlanma yerində qalmasına icazə verilmir.

Daha bir maraqlı fakt 1980-ci il təvəllüdlü “Qoca” haqqındadır. Məlum olub ki, o, uşaq yaşlarında cinayət törətdiyi üçün həbsə düşüb. “Maloletka”da qaldığı dövrdə həbsxana nəzarətçisini qətlə yetirib. Yaşı az olduğu üçün bu cinayətə görə 10 il azadlıqdan məhrum edilib. “Qoca”nın həbsxanada “nadzor”u qətlə yetirməsi kriminal aləmdə səs-küyə səbəb olub. Təkcə Azərbaycanda deyil, keçmiş MBD ölkələrində kriminal aləm üzvləri tərəfindən onun avtoriteti qəbul edilib.

Xələcdə cəza çəkdiyi müddətdə onun həbsxanada “bunt” qaldırdığı bildirilir. O, azadlığa çıxdıqdan sonra Bakıda və Azərbaycanın başqa bölgələrində kriminal “razborkalar”a qoşulub. Dəfələrlə xırda cinayətlərə görə saxlanılıb, lakin bir müddət sonra azadlığa çıxa bilib. “Qoca”nın “Lotu Quli” ləqəbli Nadir Səlifova yaxın olduğu iddia olunur.

Qaçanlar hələ tutulmasa da, Baş Prokurorluqda faktla bağlı başladılmış istintaq Penitensiar Xidmətin üç əməkdaşının saxlanmasına səbəb olub. Belə ki, qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov saxlanılaraq istintaqa cəlb ediliblər. Hər üç şəxs son iki günü Nərimanov Rayon Polis İdarəsinin təcridxanasında keçirib. Bundan başqa, hadisə zamanı qatarda olan Penitensiar Xidmətin bir neçə əməkdaşı isə dindirilir.

Qarovul rəisi Ceyhun Səmədovun Penitensiar Xidmətin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanovun bacısı oğlu olması barədə məlumat yayılıb (“Report”). Uzun illər prokurorluq orqanların işləmiş H.Əlixanov 2004-cü ildən ədliyyə orqanlarında xidmətə keçirilərək Ədliyyə Nazirliyinin Məhkəmə İcraçıları Baş İdarəsinin rəisi təyin edilib. 2007-ci ildən Penitensiar Xidmətin rəis müavinidir. Mümkündür ki, bu cinayət işində əsas fiqurun RX rəis müavininin ən yaxın qohumu olması generalın da karyerasına ciddi təhlükə olsun. Hələ bir çox gizli məqamların dustaqların həbsindən sonra üzə çıxacağı gözlənilir ki, bu da onların hökmündən əvvəl yüksək vəzifəli bəzi şəxslərə hökm (cəza) veriləcəyi etimalını gücləndirir. \\musavat.com\\
Bu gün, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Bu gün, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Bu gün, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Bu gün, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Bu gün, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Bu gün, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Bu gün, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Bu gün, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Bu gün, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Bu gün, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Bu gün, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Bu gün, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Bu gün, 10:31
Azərbaycanda zəlzələ olub
Bu gün, 10:27
Avro və lirə ucuzlaşdı - Məzənnələr
Bu gün, 10:22
Kəndlərimizdə şou göstərlərin ifşası: Qarabağdan görüntüsü ortaya çıxdı - VİDEO
Bu gün, 10:03
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Bu gün, 09:59
Qırğızıstan prezidenti Ağdama gedəcək
Bu gün, 09:56
Hər şeyə Ərdoğan qərar verir, Qərbin "əl-qolu bağlanıb"
Bu gün, 09:28
Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan
Bu gün, 09:20
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
Bu gün, 09:10
Paşinyan: Bəzi gizli razılaşmalar hesablanıb
Dünən, 16:00
Sülh müqaviləsi Astanada və ya Tiflisdə bağlana bilər - İNCƏLƏMƏ
Dünən, 15:30
Ruben Vardanyana Nobel mükafatı verilməsi təşəbbüsünün arxasında kim dayanır? - AKTUAL
Dünən, 14:22
Kənlərimizin AZADLIĞI... - həm də buna görə MÜHÜMDÜR!
Dünən, 14:00
Qarabağdan çıxarılan sülhməramlılar birbaşa Ukraynaya göndərilir? - "Bild"
Dünən, 13:19
Şəhərlər Türkiyə bayrağına büründü: 13 ildən sonra KRİTİK SƏFƏR - FOTO