Gecə-gecə Əhaliyə sevindirici xəbər - SONUNDA BAŞ TUTDU
Siyaset
Oxunub: 13 399
31 okt 2017 | 01:11
Gecə-gecə Əhaliyə  sevindirici xəbər -  SONUNDA BAŞ TUTDU







"Bakı-Tbilisi-Qars dəmir yolu tarixi layihədir" - İlham Əliyev
Bakı-Tbilisi-Qars dəmir yolu tarixi layihədir.
Bunu Bakıda dəmir yolunun açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev deyib.

Dövlətimizin başçısı qeyd edib: "Bugünkü təntənəli mərasimdə qardaş, dost ölkələrdən qonaqlar gəlmişlər. Mən xüsusilə bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı, Gürcüstan, Özbəkistan, Qazaxıstan Baş nazirlərinin Tacikistan, Türkmənistan nazirlərini salamlayıram və bu mərasimdə iştirak etdiklərinə görə onlara dərin təşəkkürümü bildirirəm.

Əziz qonaqlar! Sizin bu gün bu mərasimdə iştirakınız Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətini bir daha əyani şəkildə göstərir. Bakı-Tbilisi-Qars dəmir yolu tarixi layihədir"




Bir xəyal da gerçək olur: Bakı-Tiflis-Qars dəmiryolu

Bu gün Bakı-Tiflis-Qars dəmiryolu xətti işə düşür.

AZXEBER.COM xəbər verir ki, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanından ilk qatarın yola salınması mərasimində Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili və Qazaxıstan prezidenti Nursultan Nazarbayevin iştirakı nəzərdə tutulub.

Layihənin icrasına 2007-ci ildə başlanılıb. Həmin ilin fevralın 7-də Tbilisi şəhərində Azərbaycan prezidenti İlham Əliyev, Gürcüstanın prezidenti Mixeil Saakaşvili və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilmiş görüşdə "Bakı-Tiflis-Qars yeni dəmir yolu xətti haqqında” üçtərəfli saziş və "Bakı-Tiflis-Qars yeni dəmir yolu xətti layihəsinin həyata keçirilməsi çərçivəsində Marabda – Türkiyə Respublikası sərhədinə qədər (Kartsaxi) dəmir yolu sahəsinin maliyyələşdirilməsi, layihələndirilməsi, inşası, reabilitasiya-rekonstruksiyası və istismarının prinsip və şərtləri haqqında” Azərbaycan və Gürcüstan hökumətləri arasında ikitərəfli saziş, habelə Azərbaycanın Nəqliyyat Nazirliyi və "Marabda Kartsaxi Dəmir Yolu” MMM arasında "Bakı-Tiflis-Qars dəmiryolu xətti layihəsinin Marabda-Türkiyə Respublikası sərhədinə qədər dəmiryolu sahəsinin maliyyələşdirilməsi şərtlərinə dair Kredit Müqaviləsi” imzalanıb.

"Bakı-Tiflis-Qars” dəmiryolu xətti üzrə beynəlxalq layihənin həyata keçirilməsi və Bosfor boğazında dəmiryolu tunelinin inşası, Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini, yük və sərnişinlərin birbaşa olaraq Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çıxarılmasını təmin etməklə yanaşı, region ölkələrinin tranzit potensialının artmasına, Avropaya inteqrasiya proseslərinin sürətlənməsinə, Avropa Qonşuluq siyasəti çərçivəsində əməkdaşlığın daha da inkişafına, Azərbaycanın dövlət müstəqilliyi və suverenliyinin möhkəmlənməsinə, habelə ölkəmizin xarici iqtisadi əlaqələrinin genişlənməsinə xidmət edəcək.

Bu layihənin həyata keçirilməsi iqtisadi səmərəlilik, sürət və vaxt tezliyi, təhlükəsizlik və etibarlılıq baxımından böyük əhəmiyyət kəsb edir.

Gələcəkdə Avropa və Asiya ölkələrinə məxsus yüklərin bu dəmir yoluna cəlb edilməsi hər iki istiqamətdə intermodal və konteyner daşımalarının həcmini artıracaq.

2011-ci il mayın 18-də Bakıda ikitərəfli sazişə edilmiş bəzi əlavə və dəyişikliklər barədə Protokol imzalanıb. Bu dəyişikliklər əsasında 1 iyul 2011-ci il tarixində Azərbaycanın Nəqliyyat Nazirliyi və "Marabda Kartsaxi Dəmir Yolu” MMM arasında yeni şərtlər çərçivəsində yeni Kredit Müqaviləsi imzalanıb.
Qars-Axalkalaki yolu xəttinin ümumi uzunluğu 105 kilometrdir. Qars-Axalkalaki yolu xəttinin uzunluğu 76 km olan Türkiyə hissəsinin inşası rəsmi Ankaranın maliyyə vəsaiti hesabına həyata keçirilib. Layihənin Gürcüstan ərazisinə düşən hissəsinin – 26 km uzunluğundakı Qars-Axalkalaki dəmir yolu xəttinin, habelə uzunluğu 153 km olan mövcud Axalkalaki-Marabda dəmir yolu xəttinin reabilitasiya-rekonstruksiyasının maliyyələşdirilməsinə Azərbaycan tərəfindən 775 milyon dollar, o cümlədən Tranş A üzrə illik dərəcəsi 1% olmaqla uzadılma imkanı ilə 25 il müddətinə 200 milyon dollar və Tranş B üzrə illik dərəcəsi 5% olmaqla uzadılma imkanı ilə 25 il müddətinə 575 milyon dollar həcmində kredit vəsait ayrılıb. İkitərəfli Sazişə müvafiq olaraq, kreditin istifadəsinə müstəsna səlahiyyətlərlə nəzarət edən və bu məqsədlər üçün kredit tam qaytarılanadək büdcənin təsdiq olunması və onun icrasına nəzarət edən məşvərət orqan – Koordinasiya Şurası yaradılıb.

Qeyd edək ki, Azərbaycan prezidentinin 21 fevral 2007-ci il tarixli 1974 nömrəli sərəncamına edilmiş dəyişiklərlə əsasən, "Bakı-Tiflis-Qars yeni dəmir yolu” layihəsinin Marabda-Axalkalaki hissəsinin bərpa və yenidən qurulmasının və Axalkalakidən Türkiyə ilə sərhədə qədər olan hissəsinin tikintisinin maliyyələşdirilməsi və qarşıya çıxan digər təşkilati tədbirlərə operativ nəzarətin həyata keçirilməsi məqsədilə Dövlət Komissiyası yaradılıb.

Sərəncama əsasən, "Bakı-Tiflis-Qars yeni dəmir yolu” layihəsinin həyata keçirilməsi Azərbaycan hökuməti tərəfindən işlərin əlaqələndirilməsi "Azərbaycan Dəmir Yolları” QSC-yə həvalə edilib.

Azərbaycan prezidentinin 21 fevral 2007-ci il tarixli 1974 nömrəli sərəncamına uyğun olaraq, "Bakı-Tiflis-Qars yeni dəmir yolu” layihəsinin maliyyələşdirilməsini Dövlət Neft Fondu (ARDNF) həyata keçirib. Bu sərəncama müvafiq olaraq, Azərbaycan hökuməti adından kreditləşmənin təşkili və bank xidmətinin həyata keçirilməsi üzrə agent bank "Azərbaycan Beynəlxalq Bankı” ASC təyin edilib.

Layihənin maliyyələşdirilməsinə başlayandan etibarən 30.09.2017 tarixə qədər ARDNF tərəfindən xəzinədarlıq vasitəsilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə ümumilikdə 640,3 milyon dollar, o cümlədən cari ilin yanvar-sentyabr ayları ərzində 10,1 milyon dollar vəsait ayrılıb. Bu vəsait nazirlik tərəfindən Gürcüstan və Azərbaycan hökumətləri arasında imzalanmış İkitərəfli Sazişə müvafiq olaraq, Marabda-Türkiyə Respublikası sərhədinə qədər dəmir yolu sahəsinin və müvafiq infrastruktur obyektlərinin layihələndirilməsi, inşası, reabilitasiya-rekonstruksiya və istismarı üçün yaradılmış "Marabda-Kartsaxi Dəmir Yolu” MMC-nin hesabına köçürülüb.

Bakı-Tiflis-Qars dəmiryolu xətti ilə ilk konteynerlərin daşınması "ADY Konteyner” MMC-yə həvalə olunub.
Gecə-gecə Əhaliyə  sevindirici xəbər -  SONUNDA BAŞ TUTDU

Gecə-gecə Əhaliyə  sevindirici xəbər -  SONUNDA BAŞ TUTDU
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi