Vidadi Zeynalov və Beytulla Hüseynovun hansı əmlaklarının üzərindən həbs götürüldüyü məlum olub - SİYAHI
Siyaset
Oxunub: 669
22 noy 2017 | 13:16
Vidadi Zeynalov və Beytulla Hüseynovun hansı əmlaklarının üzərindən həbs götürüldüyü məlum olub - SİYAHI














Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin üzərindən həbs götürülən əmlaklarının siyahısı məlum olub.

APA-nın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, Vidadi Zeynalovun oğlu Pərviz Zeynalovun adına olan Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində olan mənzil, Vidadi Zeynalovun bacısı Əminə Seyidovaya məxsus Nobel prospektində olan mənzil, qohumu Fuad Kərimova məxsus Bakı şəhərində olan iki mənzil, qohumu Bəxtiyar Nuriyevi adına olan Bakıda yerləşən 6 mənzil, bacısı Kəmaləyə məxsus bir mənzil, Vidadi Zeynalovun adına Səbail rayonunda olan üç mənzil, qızı Lalə Zeynalovaya məxsus 4 mənzil, bacısı Əminəyə məxsus bir mənzil və bir qeyri yaşayış sahəsi, bacıları Kəmalə və Əminəyə məxsus daha bir neçə mənzil, oğlu Pərvizə məxsus İsmayıllıda yerləşən torpaq sahələri, qohumu Günel Hüseynlinin adına olan Xırdalanda yerləşən torpaq sahəsi, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynova məxsus mənzil, arvadına məxsus qeyri yaşayış sahəsi, qardaşı Ramizin adına olan torpaq sahəsi, arvadına məxsus bir mənzil, sürücüsü Aydın adlı şəxsə məxsus bir bağ evi, arvadına məxsus Neftçala rayonunda olan torpaq sahəsi, qardaşı Ramizin adına olan Şamaxıda yerləşən ev və digər bir neçə əmlakı üzərindən həbs götürülüb.

Bundan əlavə digər təqsirləndirilən şəxslərə məxsus əmlaklar üzərindən də həbs götürülüb.

Həmin əmlaklara tətbiq edilmiş müsadirəyə aid hissə hökmdən xaric edilib.

Qərara əsasən, təqsirləndirilən şəxslərin təqsirli bilindikləri 313-cü maddə üzrə cəza təyin etmə müddəti keçdiyindən həmin maddə hökmdən xaric edilib.


Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov 13 il, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynov 13 il, “Ortik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədov 11 il, Emin Məmmədov 10 il, Anar Mustafayev 5 il, Qəmbər Bəybalayev 3 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə Məhəmməd Məmmədov, Oktay Rüstəmov, Səhlab Hümbətov, Cəlil Cəfərov, Bayram Vəliyev barəsində 2 il sınaq müddəti təyin etməklə şərti cəza seçib, onlar məhkəmə zalından azadlığa buraxılıblar.

Təqsirləndirilən şəxslərin hamısından 119 milyon 468 min pulun müştərək qaydada alınaraq, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansına keçirilməsi haqqında qərar qəbul edilib.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Vidadi Zeynalovun cəzası 4 ilə, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun cəzası 7 il 6 aya endirilib.
“Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədov barəsində isə 2 il sınaq müddəti ilə şərti cəza seçilib, o, məhkəmə zalından azadlığa buraxılıb. Emin Məmmədov və Anar Mustafayev barəsində də 2 il müddətinə şərti cəza seçilib və onlar iclas zalından azadlığa buraxılıblar.
Qəmbər Bəybalayev barəsində də şərti cəza seçilib və o, məhkəmə zalından azadlığa çıxıb.
Bu gün, 13:44
Nazirdən rus sülhməramlıları ilə bağlı göstəriş
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?