“Putin mənim stolumu aşırmaqla bütün dünyaya mesaj verdi” -Ərdoğandan ŞOK (VİDEO)
Siyaset
Oxunub: 14 846
26 noy 2017 | 00:56
“Putin mənim stolumu aşırmaqla bütün dünyaya mesaj verdi” -Ərdoğandan ŞOK  (VİDEO)














Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan noyabrın 22-də Soçidə keçirilən Suriya məsələsinə dair üçtərəfli sammit zamanı maraqlı hadisə ilə bağlı açıqlama verib.
Azerinewsorg, "Ölkə.az-a” istinadən xəbər verir ki, Ərdoğan Balıkəsir əyalətində hakim Ədalət və İnkişaf Partiyasının deputatları qarşısında çıxışı zamanı Putin stolunu aşırmasına münasibət bildirib. Onun sözlərinə görə, bu sadəcə tədbir zamanı yaranan kiçik qəzadan başqa heç nə deyil.

“Noyabrın 22-də Rusiya prezidenti Vladimir Putinin dəvətilə Soçidə önəmli tədbir keçirdik. İran prezidenti Həsən Ruhaninin də iştirak ilə 3 dövlət başçısı Soçidə Suriya ilə bağlı mühüm toplantı təşkil etdi. Regionumuz üçün çox önəmli olan və beynəlxalq aləmdə təhlükəli terror məsələsilə bağlı çox vacib danışıqlar oldu. Sadəcə bölgəmiz üçün deyil, bütün dünyaya təhlükə törədən terror məsələlərilə bağlı vacib qərarlar verdik. Suriyada insani dramlara son verən çox vacib qərarlar qəbul etdik. Bütün dünya Soçi toplantıda böyük ümidlər gördü. Lakin Türkiyənin ana müxalifəti nələr gördü? Sadəcə Soçidə keçirilən görüşdə stol problemini gördü. Sən demə Putin mənim stolumu aşırmaqla, bütün dünyaya mesaj verib. Bir az da baş sındırsaydılar, diplomatiya tarixində yeni – “yıxılan stol” siyasəti gətirəcəkdilər. Onlar Ana Müxalifət Partiyası deyil, sanki komediya səhnəsidir”, - deyə Ərdoğan bildirib.

Qeyd edək ki, noyabrın 22-də Soçidə keçirilən Suriya məsələsinə dair üçtərəfli sammit zamanı maraqlı hadisə baş verib. Görüş zamanı Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oturduğu stolu aşırdıb. Hadisə görüşün sonu baş verib. Görüş qurtaran zaman Putin Ərdoğanın yanına gəlib və əlini sıxıb. Ərdoğan da qalxmaq istəyib. Bu zaman Putin ona kömək etmək məqsədilə stolu arxaya çəkmək istəyib. Nəticədə səhvən onun oturduğu stolu aşırıb. Sonra Ərdoğan və Putin masa arxasından uzaqlaşıblar və İran liderinin yanına gediblər. Nəzarətçilər dərhal aşan stolu düzəldiblər.
Baş verən hadisə kameralara tuş gəlib. Bu görüntülər sonradan bir çox Kütləvi İnformasiya Vasitələrində və sosial şəbəkələrdə yayılıb. Yayılan video izləmə rekordu qırıb və çoxsaylı izləyici tərəfindən müzakirə olunub.

Xatırladaq ki, noyabrın 22-də Soçidə Türkiyə, Rusiya və İran prezidentlərinin Suriya məsələsinə dair üçtərəfli sammiti keçirilib. Tədbirdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiyanın dövlət başçısı Vladimir Putin və İran prezidenti Həsən Ruhani iştirak ediblər. Tədbirdən sonra jurnalistlər üçün mətbuat konfransı keçirilib. Konfransda çıxış edən liderlər çox önəmli məsələlər barədə açıqlamalar veriblər. Onun sözlərinə görə, 3 ölkənin gəldiyi razılığa görə, Suriya Milli Dialoq Konqresi yaradılıb.
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM