Buda SON - Bu icra başçılarına da YAXŞI yol - RƏSMİ
Siyaset
Oxunub: 8 472
5 dek 2017 | 11:37
Buda SON - Bu icra başçılarına da YAXŞI yol - RƏSMİ














İcra başçıları üçün geri sayım başlayıb - Kimlər gedir?

Dekabr ayı Quba rayonunun icra başçısı Yaşar Məmmədovun vəzifədən çıxarılması ilə başladı. İlin son ayının daha bir neçə icra başçısının vəzifə ömrünün sonu olacağı barədə məlumatlar hələ bir neçə ay öncədən yayılmışdı.

Belə ki, prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan 12 iyul iclasında rayon rəhbərlərinə konkret tapşırıqlar vermişdi. Dövlət başçısı bildirmişdi ki, özəl sərmayənin cəlb edilməsi üçün təkcə mərkəzi icra orqanları məsuliyyət daşımırlar, yerli icra orqanları da daha fəal olmalıdırlar. Xüsusilə bölgələrdə investisiyaları cəlb etmək üçün icra başçıları gərək fəal olsunlar: “Bəzi yerlərdə bu fəallıq, nəticələr var, amma bəzi yerlərdə bu fəallıq yoxdur, biganəlik var. Bəzi hallarda investorlara kömək etmək əvəzinə problemlər yaradılır. Bunlara son qoyulmalıdır. İlin sonunda-dekabr ayında Prezident Administrasiyası və İqtisadiyyat Nazirliyi mənə məlumat, siyahı verməlidir ki, hansı rayonda nə qədər özəl sərmayə cəlb olunub. Hər bir icra başçısının işinə, o cümlədən bu göstəriciyə görə qiymət veriləcək. Bir daha deyirəm ki, dekabrın 15-də mənə geniş arayış təqdim edilsin və ondan sonra həm yüksək qiymət veriləcək, həm də cəza tədbirləri görüləcək”.

Ölkə prezidenti İlham Əliyevin icra başçılarına qoyduğu vaxt 10 gün sonra başa çatır. Artıq ilk siqnal Qubanın icra başçısının vəzifəsindən götürülməsi ilə verilmiş sayıla bilər. Məlumata görə, icra başçılarının dəyişdirilməsi davam edəcək. Bununla paralel olaraq icra hakimiyyəti strukturunun yenilənməsi prosesi də aparılacaq. Yerlərdə vətəndaşlarla hakimiyyət arasında körpü rolunu icra hakimiyyəti strukturlarının, əsasən də icra başçılarının olduğu bəllidir. Ona görə də qarşıdakı aylarda bu “körpünün” yenilənməsi, gəncləşdirilməsi, müasir tələblərə cavab verəcək səviyyəyə gətirilməsi işinə start veriləcəyi gözlənilir.

İcra başçılarının yenilənməsi üçün artıq kifayət qədər əsaslar da hazırlanıb. Məsələn, pambıq yığımı ilə bağlı Statistika Komitəsinin oktyabrın 31-də açıqladığı rəsmi məlumatı nəzərdən keçirsək, vəzifəsi üçün “əcəl zəngi”ni gözləyən icra başçılarının bir qisminin kimliyini müəyyən etmək mümkündür. Ölkə ərazisində 31 oktyabra qədər 44 min tondan artıq pambıq tədarük edilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,8 dəfə artım demək olsa da, Ağsu, Göyçay, Hacıqabul, Cəlilabad, Füzuli kimi rayonlar pambıq yığımında ən aşağı məhsuldarlıq alıb. O cümlədən Ucar, Sabirabad, Zərdab (sonuncu yerdədir) və Yevlax kimi pambıqçılıq rayonları bu yarışdan xeyli kənarda qalıb. Hesablama Palatası da büdcə vəsaitlərinin aidiyyəti üzrə xərclənməsi üçün apardığı yoxlamalarda 14 rayonun icra hakimiyyətində külli miqdarda yeyinti faktları aşkar edib. Həmin rayonların da icra başçılarının uzaqlaşdırılması üçün bu faktlara istinad edilməsi mümkündür.

Həm prezidentin iyul ayındakı qətiyyətli tapşırığı, həm yaxınlaşmaqda olan seçki ili bir sıra rayonların rəhbərləri üçün qurtulmaq imkanlarını sıfıra endirir. \\musavat.com\\
Bu gün, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Bu gün, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...