“Fazil Məmmədov əziyyət çəkirdi” - Deputat kadr dəyişikliyini ŞƏRH ETDİ
Siyaset
Oxunub: 678
6 dek 2017 | 13:46
“Fazil Məmmədov əziyyət çəkirdi” - Deputat kadr dəyişikliyini ŞƏRH ETDİ















Prezident İlham Əliyev dekabrın 5-də verdiyi sərəncamlarla vergilər naziri Fazil Məmmədov və təhsil naziri Mikayıl Cabbarovu tutduqları vəzifədən azad edib. Ölkə başçısı digər sərəncamla Mikayıl Cabbarovu vergilər naziri təyin edib.

İndi ən çox müzakirə olunan mövzular eks-təhsil nazirinin Vergilər Nazirliyinə necə nəzarət edəcəyi, eyni zamanda Təhsil Nazirliyinə kimin gətiriləcəyidir.

Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a dəyişikliklərin gözlənilən olduğunu bildirib:

“Cənab Fazil Məmmədovun xəstəliyi vardı və bundan xeyli əziyyət çəkirdi. Bununla əlaqədar olaraq, prezident belə bir sərəncamla Fazil Məmmədovu Mikayıl Cabbarovla əvəzlədi. Fazil Məmmədov təcrübəli mütəxəssis olaraq, vergi sistemində kifayət qədər islahatlar apardı, hesab edirəm ki, bu islahatlar yeni nazirin rəhbərliyilə davam etdiriləcək”.

V.Əhmədov deyib ki, Mikayıl Cabbarov müxtəlif illərdə iqtisadiyyat nazirinin müavini işləyib:

“Mikayıl Cabbarov təhsil sahəsində kifayət qədər islahatlara yer ayırmışdı. Hazırda vergilər nazirliyində də islahatlar davam etdirilməlidir. Doğrudur, 2016-cı ilin sonlarında vergi sahəsində kifayət qədər islahatlar aparıldı. Əhali ilə, sahibkarlarla vergi sistemi arasında olan münasibətlərin tənzimlənməsinə böyük ehtiyac var. O cümlədən, vergi məcəlləsində dəyişikliklər edilməsinə ehtiyac var. Yəqin ki, yeni nazir öz komandasını formalaşdırdıqdan sonra cənab prezidentin tapşırığı ilə müəyyən islahatlara start verəcək. Çünki bu, indiki iqtisadi islahatlar çərçivəsində strateji yol xəritəsində öz əksini tapıb”.

Parlament üzvü deyib ki, nazir strateji postdur, ona görə narahatlığa əsas yoxdur:

“Vergilər Nazirliyində vergi sistemini bilən kifayət qədər savadlı, bacarıqlı kadrlar var. Nazirin müavini Sahir Məmmədxanov və digər müavinlər, departament rəhbərləri öz işlərinin öhdəsindən çox bacarıqla gəlirlər. Nazir strateji xəritəni müəyyən etdikdən sonra islahatları həyata keçirən bir şəxs olacaq. Ona görə də ciddi problem olacağını düşünmürəm”.

Təhsil naziri postuna kimin təyin olunacağına gəlincı, V.Əhmədov bunun prezident İlham Əliyevin səlahiyyətində olduğunu bildirib:

“Təhsil elə bir sahədir ki, bura təcrübəli şəxsin təyin olunması çox vacibdir. Nazir vəzifəsini müvəqqəti icra edən Ceyhun Bayramov da təcrübəli kadrdır. O da nazir postuna gətirilə bilər. Amma dediyim kimi, bu, ölkə rəhbərliyinin qərarına bağlı məsələdir”.
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Dünən, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Dünən, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
17-04-2024, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
17-04-2024, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
17-04-2024, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
17-04-2024, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
17-04-2024, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
17-04-2024, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi