Prezidentin Sərəncamı ölkəmizdə sevincə səbəb oldu - Rəsmi
Siyaset
Oxunub: 2 494
8 dek 2017 | 13:39
Prezidentin Sərəncamı ölkəmizdə sevincə səbəb oldu - Rəsmi











"Prezidentin Sərəncamı ölkəmizdə təhsil siyasətinin inkişafına tövhə verəcək" - Fəxrəddin Həsənzadə

İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşlarına Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil üçün qrantların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı birmənalı olaraq beynəlxalq əməkdaşlığı genişləndirməklə təhsil siyasətimizin inkişafına dəstək olacaqdır.

Son dövrlərdə ölkəmizdə qeyri-neft sektorunun inkişafı və yeni sənaye parklarının yaradılması bu sahədə kadrların səriştəsinin artırılmasını və yeni innovasiyalardan səmərəli faydalanacaq yerli və beynəlxalq mütəxəssislərə ehtiyacı zəruri edir. Bu da özlüyündə təhsilin keyfiyyətinin və əhatəliliyinin artırılmasını vacib şərt kimi göstərir. Məhz verilən Sərəncam bu kimi çatışmazlıqları aradan qaldırmaq, daxili və beynəlxalq səviyyədə insan kapitalının formalaşdırılmasına hesablanır.

Xüsusilə təhsil qrantından İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin gənclərinin faydalanması ölkəmizin bir daha İslam sivilizasiyasının mərkəzi və "İslam Həmrəyliyi Paytaxtı” olduğuna bariz nümunədir. 5 il müddətində 100-dən çox tələbənin faydalanacağı proqramdan ölkəmiz həmçinin Azərbaycan dəyərlərinin və həqiqətlərinin təbliğatçısı olan 100-dən çox xalq diplomatiyasının təmsilçisini qazanacaq. Bu işdə gənclər təşkilatları ölkəyə gələn beynəlxalq gənclərin sosial həyatının aktivliyinin təmin olunmasını öz üzərlərinə götürərək, onlara Azərbaycançılıq ideologiyasının təbliğinə hesablanmış layihələrə cəlb etməsi əsas şərtlərdəndir. Bu Sərəncamı rəhbər tutaraq, Gənclər üçün Təhsil Mərkəzi 2018-ci ildən əcnəbi gənclər üçün "Azərbaycan dili məktəbi” layihəsinə start verəcək.

Şübhəsiz ki ,bü gün ölkəmizdə əmək bazarında rəqabətədavamlı, müasir bilik və potensiala malik mütəxəssislər yetişdirəcək Bakı Ali Neft Məktəbi, Milli Aviasiya Akademiyası , Azərbaycan Diplomatiya Akademiyası, Bakı Mühəndislik Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti kimi ali təhsil ocaqları var. Bu baxımdan təhsil sisteminin ilbəil yenilənən standartlara cavab verməsi və iqtisadi dayanıqlılığının artırılması bu gün qarşımızda duran başlıca şərtdir. Həmçinin, ötən illərdə "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində kifayət qədər gənc müxtəlif ixtisaslar üzrə dünyanın aparıcı universitetlərində dövlətimizin dəstəyi ilə təhsil alıb. Ali təhsil müəssisələrinə onların cəlb olunaraq bilik və təcrübəsindən səmərəli faydalanmaq imkanımız genişdir və bu gənclərimiz bu mərhələdə təhsil elitasının xadiminə çevrilə bilərlər. Beləliklə, müasir inovasiyalara cavab verən universitetlərin sayının artması, həmçinin təhsil qrantlarının olması, ölkəmizə gələcək əcnəbi tələbələrin saynın artmasına təkan verəcəkdir.
Prezidentin Sərəncamı ölkəmizdə sevincə səbəb oldu - Rəsmi
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO