Prezident Lüdviqşafen parkında
Siyaset
Oxunub: 592
15 dek 2017 | 13:18
Prezident Lüdviqşafen parkında














Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 15-də Sumqayıta səfəri çərçivəsində şəhərin Lüdviqşafen parkında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.
"Report" xəbər verir ki, son illərdə Azərbaycanda həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası bölgələrin daha da gözəlləşməsi, regionların simasına yeni elementlərin daxil olması ilə müşayiət olunur.

Ölkənin bütün bölgələrində müasir səviyyədə ictimai yerlərin, bulvarların, parkların və xiyabanların yaradılması tədbirləri davam etdirilir. Bu proses Sumqayıtda da geniş vüsət alıb. Bu sahədə görülən işlər sakinlərin rahatlığı, asudə vaxtılarının daha da səmərəli təşkili məqsədi daşımaqla yanaşı, müasirləşən Sumqayıtın gözəlliyinə əlavə çalarlar qatır.
Sumqayıtın Lüdviqşafen parkında geniş abadlıq-quruculuq işləri aparılıb, yaşıllıq zolaqları salınıb, oturacaqlar qoyulub. Burada aparılan yenidənqurma işləri ərazinin gözəlliyini daha da artırır. Görülən bu işlər sakinlərin və şəhərə gələn qonaqların rahatlığı üçün müasir istirahət guşələrinin yaradılması istiqamətində reallaşdırılan layihələrin bir hissəsidir. Yeni parkların, istirahət məkanlarının və guşələrinin yaradılması, əhaliyə xidmət göstərən müasir infrastrukturun qurulması Sumqayıtın daha da gözəlləşməsi işinin davamlı xarakter almasından və ümumilikdə şəhərin sosial-iqtisadi inkişafından xəbər verir.

Şəhərin 9-cu mikrorayonunun ərazisində yerləşən Lüdviqşafen parkı müasir səviyyədə yenidən qurulub. Bu istirahət məkanı Sumqayıt şəhəri ilə qardaşlaşmış Almaniyanın Lüdviqşafen şəhərinin şərəfinə salınıb.

Onu da deyək ki, Lüdviqşafen şəhərində də Sumqayıt parkı mövcuddur. Bu park 1997-ci ildə Sumqayıt-Lüdviqşafen əlaqələrinin 20 illiyi münasibəti ilə salınıb. Ümumi ərazisi 2 hektar olan parkda sakinlərin istirahəti üçün geniş imkanlar yaradılıb. Yenidənqurma işləri zamanı müasir oturacaq və işıq dirəkləri qoyulub, yaşıllıq zollaqları salınıb, dekorativ ağac və güllər əkilib. Bu park Sumqayıtın gəzməli yerlərinə daha bir ünvan əlavə edib. Mövcud istirahət mərkəzlərinin, parkların, xiyabanların yenidən qurulması, yeni istirahət guşələrinin açılması, ilk növbədə, sosial layihədir. Bununla yanaşı, belə layihələrin icrası ölkəmizin iqtisadi potensialını nümayiş etdirir, Azərbaycan dövlətinin əhalinin istirahətinin yüksək səviyyədə təşkili məsələsinə olan diqqətini göstərir.
Bu gün, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb