Azərbaycanda hazırda boş qalan vəzifələr: Təhsil naziri, Yasamalın icra başçısı... (SİYAHI)
Siyaset
Oxunub: 649
16 dek 2017 | 19:10
Azərbaycanda hazırda boş qalan vəzifələr: Təhsil naziri, Yasamalın icra başçısı... (SİYAHI)











Azərbaycanda bir neçə yüksək dövlət vəzifəsi xeyli vaxtdır təyinat gözləyir. Həmin vəzifələr aparılan struktur islahatları və digər səbəblərdən boşalıb.

Modern.az saytı boş qalan yüksək vəzifə yerlərini dəqiqləşdirməyə çalışıb.

Hazırda gözlər təhsil naziri postuna yönəlub. Eks-təhsil naziri Mikayıl Cabbarovun vergilər naziri postuna aparılmasından sonra Təhsil Nazirliyinə kimin rəhbər gətirilcəyi hamını maraqlandırır.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri vəzifəsi də 1 ildir təyinat gözləyir. Komissiyanın sabiq sədri, mərhum akademik Arif Mehdiyev 2016-cı il dekabrının 19-da vəfat edib.

Prezident Administrasiyasındakı bir neçə vəzifə hələ 6 ay öncə boşalıb. Dövlət başçısı İlham Əliyevin bu il iyunun 1-də struktur islahatları ilə əlaqədar imzaladığı sərəncamlardan irəli gələrək, Prezident Administrasiyasında Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə köməkçi – şöbə müdiri Kamal Abdulla, Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə tutduqları vəzifələrdən azad olundular.

Struktur islahatları nəticəsində Prezident Administrasiyasında İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsi də yaradıldı.

Hər üç şöbəyə müdir təyinatı hələ ki gerçəkləşməyib.

Azərbaycan prezidenti İlham Əliyevin bu ilin iyulun 1-də imzaladığı sərəncamla Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev vəzifəsindən azad edilib.

İbrahim Mehdiyevin yerinə hələlik heç bir təyinat yoxdur.

Ölkə başçısının 11 iyulda imzaladığı sərəncamla Novruzəli Orucov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini – Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi vəzifəsindən azad edilib. Bu vəzifəyə də heç bir təyinat olmayıb.

2018-ci ildə ölkəni bir sıra önəmli hadisələrin, o cümlədən növbəti prezident seçkilərinin gözlədiyini nəzərə alsaq, onda qeyd edə bilərik ki, tezliklə adları çəkilən yüksək dövlət vəzifələrinə məmur təyinatının olacağı istisna deyil.
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
23-04-2024, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
23-04-2024, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
23-04-2024, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
23-04-2024, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ