Ərdoğandan ərəb nazirə sərt sual: "Ey zavallı, mənim əcdadım Mədinəni müdafiə edəndə, sənin əcdadın harada idi?"
Siyaset
Oxunub: 538
21 dek 2017 | 00:48
Ərdoğandan ərəb nazirə sərt sual: "Ey zavallı, mənim əcdadım Mədinəni müdafiə edəndə, sənin əcdadın harada idi?"













"Ey zavallı, mənim əcdadım Mədinəni müdafiə edəndə sənin əcdadın harada idi?"

Mia.az xəbər verir ki, bu sualı bugünkü toplantıda çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) xarici işlər naziri Abdullah bin Zayedin "Türklər Mədinəyə soyğuna gəliblər" sərsəmləməsinə cavab olaraq səsləndirib.
Ərdoğan ərəb nazirə xitabən deyib ki, türklər 1000 il boyu Qüdsü və bütün İslam çoğrafiyasını qoruyub: "Zalimlərin yanında yer almağı mərifət sayanların Mədinə müdafiəsi və Fəxrəddin Paşanı hədəf almaları boş yerə deyil.

Fəxrəddin Paşa Mədinəni 2 il 7 ay müdafiə edərkən, ey zavallı, sənin əcdadın harada idi?! İstanbuldan durub Mədinəyə gedən Fəxrəddin Paşa bunu nə üçün etdi? O müqəddəs torpaqları işğaldan qorumaq üçün Mədinəyə gəldi. Bəs, sənin əcdadın harada idi?!”.

Fəxrədddin Paşanın 2 il 7 ay Mədinədəki dirənişi təqdirəlayiqdir. Utanmadan "Ərdoğanın əcdadları müqəddəs əmanətləri oradan oğurlayaraq, İstanbula gətirdi" deyəcək qədər ey zavallı, bilirsənmi Mədinəni işğaldan qorumaq, şəhid olmaq Fəxrəddin Paşanın müqəddəs vəzifəsi olub?!

Bilirsənmi Paşa oradakı müqəddəs əmanətləri 2 min nəfərlik qoruma ilə İstanbula niyə göndərib? Çünki işğalçı qüvvələrin əlinə keçəcəkdi. Bu əmanətlər, bilirsən indi haradadır? Onlar İstanbul Topqapı Müzeyində saxlanılır. Bu əmanətlər Qərbdəki məlum o yerlərə getsəydi, necə olacaqdı?!...".

Ərdoğan daha sonra ərəb nazirə daha bir tarixi faktı xatırladıb, ona xəbərdarlıq edib: "Sən Fəxrəddin Paşa kimi, Ərdoğanı da tanımamısan. Sən öncə həddini bil. Biz sizin nə cür qara düşüncələr içində olduğunuzu əla bilirik. Bizim əcdadımız şərtlərın zorlaşdığı, dərman, yemək qalmadığı bir dönəmdə Mədinədə oldu, o zaman oranı böyük çəyirtkə sürüsü basmışdı. Fəxrəddin Paşa "Çəyirkənin sərçədən nə fərqi var, təmizdir, təzədir", deyərək, aylarla əsgərləri ilə çəyirtkədən qadalanıblar, şəhəri belə vəziyyətdə 2 il 7 ay qanları ilə qoruyublar...".

Xatırladaq ki, Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər naziri Abdullah bin Zayed Tvitterdə Fəxrəddin Paşaya qarşı çıxış edib. O, bildirib ki, Osmanlı dövləti Mədinəni guya müdafiə etməyib, şəhəri yağmalayıb, qiymətli əmanətləri aparıblar. Zayed əlavə edib ki, Ərdoğanın əcdadlarının ərəblərlə əlaqəsi guya onları soymaq üzərində qurulubmuş...
Bu gün, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Bu gün, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Bu gün, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Bu gün, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Bu gün, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!