Ekologiya və Təbii Sərvətlər Naziri cənab Hüseyn Bağırova
Siyaset
Oxunub: 1 009
26 dek 2017 | 12:23
Ekologiya və Təbii Sərvətlər Naziri cənab   Hüseyn Bağırova












Cənab Nazir! Yazıb Sizə onu bildirmək istəyirik ki, artıq xeyli müddətdir ki, Azerinfo.az-da respublikamızın müxtəlif şəhər və rayonlarına məxsus meşə zolaqlarında tüğyan edən “yaşıl soyqrım”larla bağlı silsilə açıqlamalar dərc edirik. Qol qoyulan qanunsuzluqlarla bağlı redaksiyamıza təqdim olunan çəkilişləri, ayrı-ayrı şəxslər tərəfindən ünvanlanan müraciətləri ictimailəşdirməklə bərabər, eyni zamanda aidiyyəti qurumları baş verənlərlə bağlı ətraflı məlumatlandırmağa da çalışırıq. mışıq. Qaneedici hal o olub ki, dərc etdiyimiz açıqlamalarda sadalanan faktları, əksər hallarda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi şəxsləri də təsdiq ediblər. Məsələn, hələ bir müddət bundan əvvəl Sizə ünvanladığımız məktub, ETSN-nin Meşələrin inkişafı departamentində direktor əvəzi vəzifəni icra edən cənab Söhrab Abbasov tərəfindən 30 oktyabr 2017-ci il tarixdə №14/1445 saylı məktubla, bir qədər sonra ünvanladığımız məktub isə, adı çəkilən departamentdə sektor müdiri vəzifəsini daşıyan A.Quliyev tərəfindən 01 dekabr 2017-ci il tarixli №14/1602 saylı məktubla cavablandırılmışdı. Hər iki vəzifə sahibi cavab məktublarında qeyd ediblər ki, “həqiqətən də son bir-iki ıl ərzində MMBM-nin nəzdində olan meşə zolaqlarında ağacların kəsilərək oğurlanması halları çoxalmışdır”. Belə bir addımları atmaqda əsas məqsədimiz, meşə təsərrüfatı sahələrində bəzi vəzifəli şəxslərin günahı ucbatından qol qoyulan qanunsuzluqların qarşısının alınmasına dəstək verməkdir. Çünki biz bilirik ki, Siz hər zaman ətraf mühitə qarşı olduqca həssas yanaşmanızı ortaya qoyursunuz və istər ulu öndər Heydər Əliyevin vaxtilə ortay qoyduğu mövqenin, istərsə də ölkə rəhbəri cənab İlham Əliyevin ekoloji sahə ilə bağlı siyasətini yaşatmağa çalışırsınız.

Amma bütün bunlara baxmayaraq, bu gün həm ETSN-də, həm də MMBM-də vəzifə sahibi olan bir çox şəxslər, bizim bu cür yanaşmamızı heç cür qəbul etmir və onların nöqsanlı fəaliyyətləri ilə bağlı tənqidi açıqlamalar dərc etdikdə isə, teztələsik adının çəkilməsini istəmədiyimiz dövlət qurumlarında çalışan vəzifə sahiblərinin (yaxınlarının, qohumlarının, bağlı olduqları bəzi şəxslərin və s.) vasitəsilə bizə təzyiqlər etdirirlər, dolayısı yollarla hədələməkdən də çəkinmirlər. Təəssüf doğuran hal odur ki, həmin qurumlarda vəzifə sahibi olan şəxslər öz işləri ilə məşğul olmaq əvəzinə, özlərinə aid olmayan işlərlə məşğul olurlar. Biz belə bir təzyiqlərin varlığına baxmayaraq, haqlı mübarizə yolumuzdan çəkinməmişik, bundan sonra da çəkinməyəcəyik. Çünki, biz Sizin ekoloji problemlərin aradan qaldırılması istiqamətində atdığınız addımlara dəstək vermək niyyətindəyik.

Əlavə olaraq onu da bildirək ki, biz bu cür problemləri ictimailəşdirib aidiyyəti qurumları baş verənlərlə bağlı məlumatlandırdıqca, nazirlikdə çalışan bəzi vəzifə sahibləri bizi məhkəmələrə sürükləyir. Yəqin ki, başlıca məqsədləri bizi susdurmağa çalışmaqdır. Yəni, bunu onunla isbat etmək istəyirik ki, 11 oktyabr 2017-ci il tarixdə ETSN-i adından onun səlahiyyətli nümayəndəsi Ç.Nəcəfov, ünvanımıza Bakı şəhəri 1 saylı İnzibati-İqtisad Məhkəməsinə verilməyimizlə bağlı məktub ünvanlamışdı. Bu cür məktubları oxuduqca təəccüb qalırıq. O halda öz-özümüzə sual edirik ki, görəsən nə günah iş tutmuşuq ki, biz yenidən məhkəmələrə sürüklənirik.

Onu da vurğulamaq istəyirik ki, bizim yazdıqlarımız əsasında bu günə kimi bir çox MMBM-də ciddi yoxlamalar aparılıb, neçə-neçə rəhbər şəxslər daşıdıqları vəzifələrindən uzaqlaşdırılıb, bəzi şəxslər barəsində toplanmış iş materiallarının hüquq-mühafizə orqanlarına göndərildiyi də bildirilir. Amma, MMBM-də baş verən ümumi qanunsuzluqlar birbaşa cavabdehlik daşıyan Zöhrab Abbasov, bu gün də vəzifəsini icra etməkdədir. O halda ortaya belə bir sual çıxır, necə olur ki, baş verənlərdən biz xəbər tuturuq və qol qoyulan qanunsuzluqları da ictimailəşdiririk. Amma, bu işlərə birbaşa cavabdehlik daşıyan Söhrab Abbasov, guya baş verənlərdən xəbərdar olmur? Deməli, bu heç də inandırıcı hal deyil. Məhz ona görə ki, adı çəkilən şəxs vaxtilə Qubanın meşə təsərrüfatına rəhbərlik edən zaman çoxsaylı qanunsuzluqlara yol verdiyindən, çox keçmir ki, o, daşıdığı vəzifəsindən uzaqlaşdırılır. Bu haqda rayon sakinləri bildirirlər. Təəccüb doğuran hal odur ki, bu cür əməl sahibi olan Söhrab Abbasov, hal-hazırda ETSN-də olduqca strateji əhəmiyyət kəsb edən sahəyə rəhbərlik edir və hər zaman da məsuliyyətdən kənarda qalmağı bacarır.

Ümumiyyətlə, informasiya mərkəzimizə daxil olan məlumatları, meşələrin inkişafı departamentində direktor əvəzi vəzifəni icra edən cənab Söhrab Abbasovun dolayısı yollarla bizi ittiham etməsini, bəzi vəzifə sahiblərinin vasitəsilə təzyiqlər göstərməsini və s. əsas tutaraq, 25 dekabr 2017-ci il tarixdə Azerinfo.az saytında “Söhrab Abbasovun Azerinfo.az-ı ittiham etməsi hansı məntiqə əsaslanır?” başlıqlı açıqlama dərc etmişik. Elə bu səbəbdən də, dərc etdiyimiz açıqlamada sadalanan faktlara aydınlıq gətirilməsi, həmçinin informasiya mərkəzimizin də bu yöndə məlumatlandırılmasını təmin etmək üçün, tabeçiliyinizdə olan şəxslərə müvafiq tapşırıqlar verməyinizi Sizdən xahiş edirik.

Göstərəcəyiniz diqqətə görə əvvəlcədən minnətdarlığımızı bildiririk.


Baş direktor: İbrahim Hümbətov
Bu gün, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb