Milyonları “yeyən” dövlət şirkətləri - SİYAHI
Siyaset
Oxunub: 878
29 dek 2017 | 12:17
Milyonları “yeyən” dövlət şirkətləri - SİYAHI















2018-ci il dövlət büdcəsi təsdiq olunduqdan sonra subsidiyaların ayrılması prosesi başlanılıb. Ötən gün bir sıra elmi müəssisələr və təşkilatlara hansı məbləğdə vəsaitin ayrılacağı məlum oldu. Bu günlərdə isə Azərbaycanın 2018-ci il dövlət büdcəsindən “Bakı Metropoliteni” QSC-yə 45 milyon manat həcmində subsidiya ayrılacağı təsdiq olundu. Bundan başqa, 2018-ci ilin dövlət büdcəsində “Azərbaycan Hava Yolları” QSC-yə 10 milyon manat subsidiya verilməsi nəzərdə tutulub. Həmçinin, Bakı Nəqliyyat Agentliyinə 48.1, Dövlət Dəniz Administrasiyasına 4,472 milyon manatın ayrılması planlaşdırılır.

Göründüyü kimi adıçəkilən qurumlar bazarda tək inhisarçı olmasına baxmayaraq, zərərlə işləyir və dövlət hesabına maliyyələşir. Bu baxımdan dövlətin bu kimi qurumları özəlləşdirməyə çıxarılmasının vacib olduğu vurğulanıb. Aydındır ki, “Bakı Metropoliteni” strateji qurumdur və onun özəlləşdirilməsi dövlətin maraqlarına ziddir. Ancaq digər qurumların özəlləşdirilməsi daha effektli olardı. Bu ilk növbədə büdcəni ağır yükdən xilas edəcək. Digər tərəfdən, bazara daxil olan özəl şirkətlər dövlət büdcəsinə vergi ödəyəcək. Həm rəqabətli mühit yaranacaq, bu da inkişaf üçün əsas amildir. Həm də dövlət büdcəsi həm xərclərdən xilas olacaq, həm də əlavə gəlir əldə edəcək. Ancaq görünən odur ki, hökumət bu və bu kimi qurumların özəlləşdirilməsində maraqlı deyil.

“BakuBus” niyə dövlət hesabına maliyyləşməlidir”

İqtisadçı-ekspert Akif Nəsirli “Cümhuriyət” qəzetinə şərhində bu qurumların özəlləşdirməyə çıxarılmasının vacib olduğunu vurğuladı:

“Azərbaycan hökuməti bazar iqtisadiyyatına keçid elan etdiyi gündən bu günə qədər özəlləşdirmə proqramını davam etdirir. Ancaq hökumət ölkənin tam olaraq bazar iqtisadiyyatına keçid etdiyini bəyan etməsinə baxmayaraq çox təəssüf ki, bu kimi şirkətləri hələ də öz himayəsində saxlayır. Hesab edirəm ki, hökumət mümkün qədər qısa müddətdə bütün xidmət şirkətlərini özəlləşdirməlidir, nəinki Dəmir Yolları QSC, Hava Yolları QCS, Bakı Nəqliyyat Agentliyini. Təbii ki, nəqliyyata nəzarət olmalıdır, amma dövlət şirkəti tərəfindən xidmət göstərilməsi bazar iqtisadiyyatı münasibətlərinə qətiyyən uyğun deyil. Digər tərəfdən, bu cür şirkətlərdə korrupsiya halları daha çox olur. Çünki bu cür qurumları idarə edənlər izafi xərclərə daha çox meyilli olurlar. Bu təkcə Azərbaycanda deyil, dünyanın istənilən ölkəsində dövlət şirkəti xidmət göstərirsə, o, zərərlə işləyir. Bu dünyanın keçdiyi bir təcrübədir. Ancaq bəzi ölkələr var ki, xidmətə nümunə göstərmək, rəqabəti qızışdırmaq üçün müvəqqəti dövlət proqramları həyata keçirilir. Bunun da müddəti olur. Adıçəkilən qurumlardan Metropoliteni çıxmaq şərtilə, digər bütün qurumlar rentabelli işləyə bilər. Məsələn, Bakı Nəqliyyat Agentliyi “BakuBuss” daşıma şirkətini idarə edir. Niyə “BakuBuss” dövlət hesabına maliyyələşməlidir? Əgər dövlət hesabına bunu nümunə olaraq edirsənsə, bunun müddəti 1-2 olar. Səhv etmirəmsə, “BakuBuss” bu ili 20 milyon manat zərərlə başa vurub. Bu dövlətin nəyinə lazımdır? Bu mənzərəyə baxanda mənə belə gəlir ki, bu qurumları məmurlar büdcə vəsaitlərini ciblərinə axıtmaq üçün bir vasitə kimi saxlayırlar. Mən bunu iddia etmirəm, amma belə təəssürat yaranır”.

Bakı Metropoliteninin özəlləşdirilməsi məsələsinə toxunan ekspert bunun hələ tez olduğunu qeyd edib. A.Nəsirli hesab edir ki, bu qurum özəlləşdirilməsə də, ciddi dövlət nəzarətinə ehtiyac var: “Bütün dünyada belədir ki, stansiyaların sayı 51-i keçməyənə qədər metropoliten rentabelli şirkətə çevrilə bilməz. Bu təcrübədən çıxış edərək düşünürəm ki, Bakı Metropoliteninin özəlləşdirilməsi hələ tezdir. Bu quruma büdcədən subsiyadaların ayrılması normaldır. Amma burada da ciddi dövlət nəzarəti olmalıdır. Çünki orada vizual olaraq görünür ki, izafi xərcləmələrə yol verilir. Ehtiyac olmadığı halda metrostansiyaları bir-bir təmir edirlər. 30 faiz əhalisi kasıb ölkədə metrostansiyanın mərmərini qoparıb yenidən ora mərmər yapışdırmağın nə mənası var? Halbuki, həmin mərmərlər 30 il sonra da xidmət göstərməyə şərait yaradır. Əgər Metropoliten rentabelli şirkətə çevrilərsə, təsərrüfat hesablı işləyərsə, bu halda təmiri öz hesabına aparmalıdır. Büdcə vəsaitlərini niyə daşa-divara xərcləyirlər? Əslində bu xərcləmək də deyil. Xərcləri 100 yazırlar, 10 xərcləyirlər. Qalanını da ciblərinə qoyurlar. Bu xalqın vəsaitlərinin məmurlar tərəfindən mənimsənilməsinə açılan bir cığırdır. Buna son qoymaq lazımdır”.
Dünən, 16:00
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh
Dünən, 14:27
Azərbaycan-Slovakiya sənədləri imzalanıb - YENİLƏNİB
Dünən, 14:23
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Dünən, 14:22
Bir tərəfdə demarkasiya, bir tərəfdə etiraz: Paşinyan isə lağ etməyə başladı - GƏLİŞMƏ
Dünən, 13:39
Şəhid ailələrinə ŞAD XƏBƏR - Layihə təsdiqləndi
Dünən, 13:35
Milli Məclis Mehriban Əliyevaya təbrik məktubu ünvanladı
Dünən, 13:32
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 13:28
Paşinyanı Bakıya dəvət etmək olar - Milli Məclisdə TƏKLİF
Dünən, 11:31
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü başlayıb
Dünən, 10:44
Bu deputatlar yola salınır – SİYAHI
Dünən, 10:34
“AzParking”də avtomobilə dəyən ziyana görə kim məsuliyyət daşıyır? - AÇIQLAMA - FOTO
Dünən, 10:29
Azərbaycan xüsusi təyinatlıları Konyada - VİDEO
Dünən, 10:20
Avropa İttifaqı 6 istiqamətdə Rusiyaya qarşı sanksiyalar hazırlayır: Detallar açıqlandı
Dünən, 10:12
Moskvadakı hərbi paradı bu ölkə liderləri də izləyəcək
Dünən, 10:05
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH
Dünən, 09:25
Laçında müntəzəm marşrut xətləri açılıb - FOTO
Dünən, 09:16
ABŞ Ukraynaya gizli silah göndərib: Rusiyaın nüvə zərbəsi dünya savaşına keçid olacaq
Dünən, 09:00
HƏMAS İsraillə atəşkəsə razılaşdı
6-05-2024, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
6-05-2024, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
6-05-2024, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
6-05-2024, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
6-05-2024, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
6-05-2024, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
6-05-2024, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
6-05-2024, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi