Bakının böyük müttəfiqi və böyük qonşusu HƏDƏFDƏ
Siyaset
Oxunub: 521
5 yan 2018 | 13:09
Bakının böyük müttəfiqi və böyük qonşusu HƏDƏFDƏ















Strateji müttəfiqimiz Türkiyə ilə ən böyük qonşumuz Rusiya ətrafında 2018-in xeyli dərəcədə aydınlaşma ili, kritik bir il olacağı gözlənilir. O mənada ki, Ankara-Moskva, Moskva-Qərb (ABŞ) və Ankara-Qərb (ABŞ) münasibətlərində kulminasiya məqamının məhz bu il yetişəcəyi qaçılmaz hesab edilir. Rusiyanı özünə üç böyük təhlükədən biri elan edən ABŞ-ın yeni Milli Təhlükəsizlik Strategiyası açıqlanandan sonra əksər ekspertlər hətta yeni “soyuq savaş”ın labüdlüyündən danışmağa başlayıb.

Rusiya-ABŞ (Qərb) münasibətlərində artan gərginlik isə sübhə yox ki, Türkiyə-Rusiya və Azərbaycan-Rusiya münasibətlərinin xarakterinə və bölgədəki geosiyasi duruma da inikas edəcək. Demək, Dağlıq Qarabağ problemi ətrafında da yeniliklər istisna olunmur. Nəzərə alsaq ki, Rusiya təzə ildə də Azərbaycanın aparıcı silah tədarükçülərindən biri olacaq və Dmitri Roqozinin son Bakı səfəri buna şübhə saxlamadı, o zaman Azərbaycan da prosesləri diqqətlə izləmək zorundadır.

*****

İl təzəcə başlar-başlamaz, “Rza Zərrab işi” ilə bağlı ABŞ məhkəməsinin çıxardığı qərar yuxarıdakı qənaətin doğruluğunu isbatlayan ilkin əlamətlərdən sayıla bilər. Türkiyə rəsmilərinin fakta reaksiyasından belə nəticə hasil olur ki, Ankara-Vaşinqton münasibətlərini növbəti və daha sərt sınaq gözləyir. Suriya (Yaxın Şərq), PKK (PYD-YPG), İŞİD, son olaraq isə Qüds məsələləri ilə bağlı bu münasibətlər onsuz da soyuq dövrünü yaşayır. Üstəlik, Türkiyənin sanksiyalar altında olan Rusiya ilə əlaqələri ilbəil dərinləşdirməsi, bu əlaqələrin ələlxüsus da hərbi-texniki sahəyə keçməsi, nəhayət, Ankara və Moskvanın Yaxın Şərq (Suriya) məsələsində yaxından əməkdaşlıq eləməsi və ABŞ-ı “bortdan kənarda” qoyması Vaşinqtonu ciddi narahat edir.

Söhbət indi həm də Türkiyənin Rusiyadan alacağı, ABŞ-da və NATO-da böyük qıcıq doğuran “S-400" zenit-raket komplekslərindən gedir. Məlumdur ki, bununla bağlı iki ölkə arasında 2 milyard dollarlıq müqavilə imzalanıb. Bu komplekslər üçün Türkiyə artıq xüsusi alay komandanlığı yaratmağı da qərarlaşdırıb. Məlumata görə, komandanlıq 2 tabor və 4 bölükdən ibarət olacaq. Ölkə ərazisindəki 2 taborda hər birində 72 olmaqla, ümumilikdə 144 raket hər an buraxılış üçün hazır vəziyyətdə saxlanılacaq.

Bu da artıq faktdır ki, bir sıra cəhdlərə rəğmən, ABŞ “S 400"lə bağlı alqı-satqı müqaviləsini əngəlləyə bilməyib. Beləcə, qardaş ölkə ilə ABŞ arasında da gizli-açıq gərginlik artan templə davam edir və onun hansı nöqtəyə kimi inkişaf edəcəyi günün, ilin əsas suallarından biri olaraq qalır.

*****

“Amerikalıların hədəfi Türkiyənin daxilindəki stabilliyi pozmaqdır”. Bu arada belə bir sensasion xəbərdarlıqla rusiyalı filosof və ideoloq, Kremlin “danışan dil”lərindən sayılan Aleksandr Duqin “Aydınlıq” qəzetində dərc olunan məqalədə çıxış edib (axar.az).

“Amerikanın Türkiyəyə qarşı sanksiya tətbiq etmək üçün bəhanəyə ehtiyacı var. Bizim və İranın başına gələnlər göstərir ki, Türkiyə bunun qarşısını ala bilməyəcək. Dolayısı yolla buna hazır olmalısınız. ABŞ-ın gerçəyə ehtiyacı yoxdur. Türkiyəyə təzyiq üçün siyasi şou halına gələcək sanksiyalara hazır olmalısınız. Tək çarə Türkiyənin Rusiya, İran və Çinlə əlaqələri artırmasıdır. Sanksiyalara hazır olmasanız, bu qərbyönlü qruplara Ərdoğana hücum üçün işarə olacaq”, - deyə o əlavə edib.

Bu yerdə xatırladaq ki, A. Duqin Türkiyə rəhbərliyini 2016-cı ilin iyulunda hərbi çevriliş cəhdi barədə xəbərdar eləmiş politoloqlardandır (həmin olaydan az öncə Duqin Türkiyədə olmuşdu). Hərbi qiyam cəhdinin uğursuz alınmasında Rusiyanın Türkiyəyə verdiyi kəşfiyyat-informasiya dəstəyinin də mühüm rol oynadığı deyilir.

*****

Rusiya-Türkiyə tandemi möhkəmləndikcə yəqin ki, Ankaraya və Moskvaya qarşı sanksiyalar da gözlənilən effekti verməyəcək. Bununla belə, yenə əsas hədəfin Rusiya olacağına təxmin eləmək mümkündür.

“2018-ci ildə ABŞ silsilə genişləndirilmiş sanksiyalar vasitəsilə Moskvaya təzyiqləri artıracaq. Sanksiyaların hədəfi Rusiyanın maliyyə sabitliyi, onun müdafiə sənayesi, oliqarxları və reputasiyası olacaq”. “Yeni Müsavat” xəbər verir ki, bu barədə ABŞ-ın “kölgə kəşfiyyatı” sayılan “Stratfor” analitik qrupunun dünən açıqladığı materialda deyilir.

Müəlliflərə görə, ABŞ və Rusiya arasında gərginliyin azalmasının əlamətləri müşahidə edilmir. “Fevralda ABŞ-ın Maliyyə Nazirliyi genişlənmiş sanksiyalar barədə ətraflı məlumatları təqdim edəcək. Yeni məhdudlaşdırıcı tədbirlər ilk növbədə Rusiyanın suveren borcuna və oliqarxlara qarşı yönələcək. Bu, Rusiyanın Amerikadakı son prezident seçkilərinə müdaxiləsinin təhqiqatı ilə bağlıdır”, - deyə materialda daha sonra bildirilir.

“Stratfor”un proqnozuna görə, 2018-ci ildə ABŞ yəqin ki, Rusiyanın 1987-ci il müqaviləsini pozan və texnologiyalar satan müdafiə təyinatlı şirkətlərinə qarşı da sanksiyalar tətbiq edəcək: “ABŞ-ın Ticarət Nazirliyi sözügedən müqaviləni pozan və silah hazırlanmasında iştirak etdiyi hesab olunan şirkətlərin siyahısını hazırlayır”.

“Kölgə kəşfiyyatı”nın qənaətincə, bu xüsusda 2018 - növbəti “cəncəl il” olacaq. “Ancaq Vaşinqton Moskvaya qarşı daha hansı vasitələrdən istifadə haqda götür-qoy etdiyi zamanda Rusiya da öz iqtisadiyyatını təcrid eləməklə və Asiya-Sakit Okean regionu, Yaxın Şərqlə körpülər qurmaqla özünə qarşı daha sərt sanksiyalara hazırlaşır” - “Stratfor” sonda əlavə edib.

*****

Sadalananlar və mümkün gözləntilər fonunda, o sırada Qarabağ məsələsi ilə bağlı Moskva-Bakı-Ankara formatının ehtimal edilən aktuallığı fonunda rəsmi Bakının 2018-ci ildə daha ehtiyatlı və tarazlı, eyni zamanda çevik xarici siyasət yürütmək imperativini ortaya çıxarır. Təbii ki, qardaş Türkiyə ilə sinxron rejimdə...
“Yeni Müsavat”
Bu gün, 13:16
ABŞ də qərarını verdi: “Patriot”lar Ermənistana göndərilir? – Türkiyədən əks-həmlə
Bu gün, 12:49
Toivo Klaar ədaləti yox... xristian həmrəyliyini ÜSTÜN BİLDİ... - FAKT BUDUR!
Bu gün, 12:15
Azərbaycan və Ermənistan parlament sədrləri mayda görüşə bilər
Bu gün, 11:41
Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"