“İslam dini yaranandan indiyədək nəyə nail olub?!” – Millət vəkili
Siyaset
Oxunub: 700
29 yan 2018 | 13:11
“İslam dini yaranandan indiyədək nəyə nail olub?!” – Millət vəkili













Milli Məclisin deputatı Ağacan Əbiyev mediaya müsahibəsində İslam dini haqqında qalmaqallı fikirlər səsləndirib.

Azərbaycan 24 xəbər verir ki, dini təhsilə qarşı çıxan millət vəkili xaricə tələbələrin yalnız yeni texnologiyaları öyrənmək üçün göndərilməsinin tərəfdarı olduğunu bildirib:

“Bizə uyğun, millətimizə yaraşan həqiqi dini camaata çatdırmaq üçün elə Azərbaycanda təhsil almaq olar. Hesab edirəm ki, islamı heç də dindarlardan, ilahiyyatçılardan az bilmirəm. Amma bu o demək deyil ki, mən gedib dini təhsil, ilahiyyat təhsili verməliyəm.

Bizim üçün Amerikada, İngiltərədə təhsil alıb ökəyə qayıdan texnika və texnologiyalar üzrə mütəxəssislər daha faydalıdır. Bu günə qədər islamla, dinlə nə təyyarə, nə də traktor yaratmışıq. Din bu işlərlə məşğul deyil. İslam yaranan gündən, Məhəmməd peyğəmbər ortaya çıxandan indiyə kimi islam elmi texniki tərrəqidə nəyə nail oldu? Ümumiyyətlə, islam dini hansı bir elmi kəşfə imza atdı? Heç nəyə. İslam yaranandan ancaq tarixi öyrənə bilmişik.

Mən din, islam üçün Amerikaya, Avropaya, hətta İrana da getməyin qəti əleyhinəyəm. Məsciddə olan din xadimlərimiz bu işlərin öhdəsindən gələ bilər. Çünki xaricdə dini təhsili alanlar sonradan başımıza “Nardaran oyunları”nı açır. Bir nəfər gedib xaricdə oxudu gəldi, Nardaranda nə oyun çıxartdı, qan su yerinı axdı, nə qədər insan həyatına son qoyuldu. Nardaran camaatını bədbəxt etdi. Həmin günlərdə nardaranlılar əsl zülm çəkdi”.

Deputat Bakı İslam Universitetində ildə 2 min manat təhsil haqqı verib oxumağı “ağılsızlıq” adlandırıb:

“Əgər kimsə 2000 manat verib Bakı İslam Universitetində təhsil alırsa, həqiqətən də bu ağılsızlıqdır. Şəxsən mən oğlumu, qızımı o universitetə, o fakültəyə oxumağa buraxmazdım. Çünki il ərzində 2000 manatı ilahiyyat fakültəsinə verməkdənsə, yaxşı bir universitetdə ən lazımlı bir fakültədə oxumaq olar. Bu gün dünya nanotexnologiyalardan təhsil alır. Biz isə ildə 2000 manat ödəyib ilahiyyatı öyrənirik. Bütün dünya insanın neyrohüceyrələrini araşdırır. Bizə bunlar lazımdır. İrsi xüsusiyyətlər, genetik kodu öyrənmək üçün nanotexnoligiyaları öyrənməyin zamanıdır. 4 il ərzində 8 min manat ödəyib islam təhsili alan adamı mən qəbul etmirəm.

7-ci əsrdə islam dini yarandı. Məgər 7-ci əsrdən 2-3 min il qabaq sivilzasiyalar, inkişaf yox idi? Əlbəttə var idi. Qədim yunan, Roma, Misir, Mesopotomiya mədəniyyəti olub axı. Musa, İsa və Məhəmməd peyğəmbərdən gələn hər 3 kitab eyni şeydir. Hər 3 kitab Allahın adından yazılıb. Ona görə də ildə 2000 manat ödəyib ilahiyyatdan təhsil almaq mənasızdır”.
Bu gün, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb