İşğalçıdan üstünlüyümüz faktların dilində - Suda, quruda və səmada...
Siyaset
Oxunub: 525
3 fev 2018 | 11:36
 İşğalçıdan üstünlüyümüz faktların dilində - Suda, quruda və səmada...














Azərbaycan özünün iqtisadi və hərbi qüdrətini ilbəil artırmaqdadır. Həmçinin, ölkəmizin həlledici rol aldığı və işğalçı Ermənistandan yan keçən böyük nəqliyyat və enerji layihələri uğurla həyata keçirilməkdədir. 2016-cı ilin aprelindəki “4 günlük müharibə” isə Azərbaycanın işğalçı Ermənistan üzərində hərbi üstünlüyünü real şəkildə ortaya qoydu. Xüsusən də havada (aviasiya) üstünlüyümüz etiraf edildi və öz sözünü dedi.

Söhbət həm də İsraillə hərbi əməkdaşlıq nəticəsində ordumuzun arsenalındakı yüksək dəqiqlikli Pilotsuz Uçan Aparatlardan (PUA - kamikadze dronlar) gedir - hansı aparatlar ki, aprel döyüşlərindən sonra düşmənin az qala qorxulu röyasına çevrilib. Artıq Azərbaycan özü belə PUA-ların birgə istehsalını (“Zərbə”) qura bilib. Bir çox hərbi ekspertlərə görə, Azərbaycan Silahlı Qüvvələrinin arsenalındakı PUA-lardan heç Rusiyada da yoxdur. Bakı habelə Hərbi Dəniz Donanmasının inkişafına da yetərincə diqqət ayırır. Çünki bu, həm də Xəzər hövzəsində təhlükəsizlik məsələsidir.

*****

Bu və digər səbəblərdən işğalçı ölkə neçə vaxtdır hərbi balansı bərpa eləmək, o sırada kamikadze-dronlara qarşı effektli əks-tədbirlər haqda səylər göstərir. Məsələn, məlumatlara görə, İrəvan PUA-alara qarşı istifadəsi mümkün olan “Pantsir” zenit-raket sistemlərinin alınmasını ümidlə gözləyir. Lakin bu da çətin ki, çıxış yolu ola. Ən azı ona görə ki, Azərbaycan yerində saymır, öz silah arsenalını daha da mükəmməlləşdirir. Bunu rusiyalı hərbi ekspertlər də təsdiqləyir.

Məsələn, “Yeni Müsavat”ın məlumatına görə, pilotsuz aviasiya sahəsi üzrə rusiyalı aparıcı ekspert Denis Fetudinov Haqqin.az-a açıqlamasında Azərbaycanın bu göstərici üzrə də regionda lider olduğunu söyləyib.

“Azərbaycan son illər ərzində milli silahlı qüvvələri ən müasir pilotsuz uçan aparatlarla təmin eləmək üçün fəal işlər aparıb. Onlardan bəziləri İsraildən alınıb, bəzilərinin birgə istehsalı (yığım) isə ölkə daxilində təşkil olunub. Ermənistana gəlincə, bu ölkə öz ərazisindəki Rusiya hərbi kontingentinə məxsus pilotsuz kəşfiyyat vasitələrindən istifadə edir. Eyni zamanda daha modern PUA-lar əldə eləmək yönündə çalışır” - rusiyalı analitik bildirib.

*****

Lakin blokada rejiminin səbəb olduğu maliyyə-iqtisadi resurslarının kasadlığı işğalçı ölkənin bu yöndə də ciddi uğurlar əldə eləməsinə ən böyük əngəldir. “Yeni Müsavat” xəbər verir ki, bu xüsusda erməni politoloq Areq Qalstyan intersectionprojec.eu. nəşrindəki məqaləsində bildirir ki, ümumiyyətlə, son iki ildə Ermənistan daxili və xarici təhdidlər silsiləsi ilə üzləşib.

“Erməni tərəfi lap əvvəldən Rusiyanın dominant olduğu inteqrasiya layihələri - Avrasiya İqtisadi Birliyi, Gömrük İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştirakına rəsmi Moskva ilə əlavə qarşılıqlı münasibətlər formatı kimi baxıb. Olduğumuz coğrafiya bizə Avrasiya strukturlarının yerdə qalan üzvləri ilə ortaq sərhədə malik olmaq şansı verməyib. Ona görə də ciddi iqtisadi qazanclardan danışmağa dəymir. Əksinə, İrəvan böyük zərərə məruz qalmaqdadır. Abxaziya vasitəsilə Rusiya ilə dəmiryolu əlaqəsinin bərpası məsələsi də yeşiyin uzaq küncünə atılıb, unudulub - böyük Rusiya sərmayəsinin gələcəyinə ümidlərlə nəzərdə tutulan iri miqyaslı layihələr və islahatlar kimi”, - deyə o qeyd edib.

Erməni ekspert hesab edir ki, əskinə, Moskva son illər Ermənistana birbaşa sərmayələrin kəskin azaldıb: “Bu gün Ermənistana birbaşa Rusiya xarici investisiyasının həcmi 3,45 milyard dollar olmaqla Rusiyanın digər postsovet ölkələrinə yatırdığı investisiya ilə müqayisədə 5-ci yerdədir və böyük ölçüdə Qazaxıstana (11.6 milyard), Belarusa (10.58) Ukraynaya (5.96) və Özbəkistana (5.35) uduzur. Ermənistanın Avrasiya Birliyi üzrə tərəfdaşları - Belarus və Qazaxıstan da Rusiya sərmayələrindən asılıdır. Qazaxıstan isə daha çox Azərbaycan və Türkiyə ilə iqtisadi-ticari əlaqələri gücləndirməyə kurs götürüb”.

İqtisadi müstəqilliyin siyasi müstəqilliyə gətirdiyinə əmin olan erməni politoloq ardınca yazır: “Rəsmi Bakı dəqiq və ardıcıl siyasi mövqe sərgiləyir (dünya Azərbaycanın ərazi bütövlüyün tanıyır). Bu mövqeyi Rusiyanın, Qazaxıstanın, Belarusun geniş ictimai-siyasi mühitinə bütün mümkün üsul və vasitələrə çatdırır. İqtisadi perspektivlərin olmadığı vəziyyətdə isə təhlükəsizlik çətiri ilə bağlı illüziyalar əriməyə başlayır. Beləcə, İrəvan dəyişən hər şeyi hesaba almaqla, mürəkkəb xarici siyasət düsturlarını həll eləmək qorunda qalıb”.

Müəllif Qarabağda genişmiqyaslı hərbi əməliyyatlar zamanı Rusiyanın erməni tərəfinə hərbi köməyinin də sual altında olduğunu bildirir: “Qarabağda vəziyyətin ciddi şəkildə qızışacağı halda Rusiyanın köməyinə bel bağlamaq qəliz məsələdir. Əgər Moskva KTMT bayrağı altında Ermənistan tərəfdə hansısa konfliktə qoşulsa, o zaman bu, heç olmasa, digər üzv ölkələrin formal razılığı ilə olmalıdır. Əks halda, təşkilatın gözdən düşmə riski ilə yanaşı, Rusiyanın digər üzv ölkələrlə münasibətlərində böhran yaşana bilər. Ermənistan üçün Avrasiya İqtisadi Birliyində üzvlük müstəsna olaraq, Rusiya ilə hərbi-texniki əlaqələri möhkəmlətmək nöqteyi-nəzərdən önəmlidir. Üst-milli blok daxilindən qaynaqlanan istənilən böhran isə ikitərəfli qarşılıqlı əlaqələrdə özünü bilavasitə göstərəcək”.

*****

Göründüyü kimi, erməni ekspert də Azərbaycanın üstünlüyünü etiraf edir. Suda, quruda və səmada aşkar üstünlüyə malik Azərbaycanın bu üstünlüyü Qarabağ məsələsinin ədalətli həllinə yönəltməsi üçün isə qalır məqbul siyasi şərtlərin yetişməsi. Ermənistanı işğalçılıq siyasətinə görə haqq elədiyi cəzadan xilas edən də hələlik budur. Hələlik...
“Yeni Müsavat”
Bu gün, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər