Bakı üçün kritik həftə - böyük “oyun”da Avropa gedişi
Siyaset
Oxunub: 460
5 fev 2018 | 10:55
Bakı üçün kritik həftə - böyük “oyun”da Avropa gedişi















Brüssellə münasibətlərdə əlamətdar tarix; AB-Azərbaycan Əməkdaşlıq Şurasının 9 fevral toplantısı bəzi “i”lərin üzərinə nöqtə qoya bilər; ABŞ-ın “Kreml siyahısı” Bakıya əlavə fürsətlər açır; Azərbaycan-Avropa yaxınlaşması Moskvanın diqqətində...

Fevral Azərbaycan-Avropa Birliyi (AB) münasibətləri tarixinə önəmli ay kimi düşə bilər: bu ay ikitərəfli münasibətlərin perspektivinə xeyli dərəcədə aydınlıq gələcəyi gözlənilir. Söhbət öncəliklə müzakirəsi intensivləşən strateji əməkdaşlıq haqda çərçivə sazişindən gedir.

“Yeni Müsavat” xatırladır ki, keçən həftə təşkilatın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas qurumla Azərbaycan arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu demişdi: “Biz yeni saziş üzərində işləyirik və bu saziş bizim gələcək əməkdaşlığımızın əsasını təşkil edəcək”, - deyə o anons etmişdi.

kęstutis Jankauskas ile ilgili görsel sonucu

Səfir onu da söyləmişdi ki, demokratiya, qanunun aliliyi və insan hüquqlarının müdafiəsi AB-nin sadiq olduğu dəyərlərdir və əlavə etmişdi: “Ümid edirəm ki, bu dəyərlər Azərbaycan və AB arasında imzalanacaq yeni sənəddə öz əksini tapacaq və həmin amillər ombudsman və digər institutların işində əsas dəyərə çevriləcək”.

*****

AB-Azərbaycan Əməkdaşlıq Şurası ile ilgili görsel sonucu

Bu həftə - fevralın 9-da isə Brüsseldə AB-Azərbaycan Əməkdaşlıq Şurasının iclası keçiriləcək. Təşkilatın rəsmi saytındakı məlumatda iclasın gündəliyi artıq açıqlanıb. Belə ki, AB-nin xarici siyasət üzrə ali komissarı Federika Moqerini və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun həmsədr olacaqları görüşdə “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində ikitərəfli əlaqələrin mövcud durumu və Avropa qonşuluq siyasəti müzakirə olunacaq.

Müzakirələrin gedişində həmçinin, AB-Azərbaycan genişhəcmli ikitərəfli anlaşmaya dair cari danışıqlar, iqtisadi-ticari əməkdaşlıq və Azərbaycanda iqtisadi islahatlarla bağlı məsələlərə baxılacaq. Əməkdaşlıq Şurasının üzvləri habelə, Cənub Qaz Dəhlizi məsələsi də daxil olmaqla, energetik əməkdaşlığa dair fikir mübadiləsi aparacaqlar. Bundan əlavə, Məmmədyarov və Moqerini demokratiya, qanunun aliliyi və insan haqları kimi siyasi mövzulara toxunacaqlar. Tərəflər, habelə Dağlıq Qarabağ konflikti, digər regional problemləri müzakirə edəcəklər.

Yeri gəlmişkən, Bakı çərçivə sənədində Dağlıq Qarabağ üzərində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü prinsipinin birmənalı əks olunması tələbini qoyur. Yəqin ki, belə də olacaq, çünki Avropa Birliyinin son (24 noyabr 2017) Brüssel sammiti, habelə ondan az sonra Avropa Parlamentində qəbul edilən yekun sənədlərdə Gürcüstan, Ukrayna və Moldova kimi Azərbaycana da bu prinsiplər şamil edilib.

İlgili resim

O ki qaldı təməl insan haqları və qanunun aliliyi məsələləri ilə bağlı Bakı qarşısında qaldırılan tələblərə, qeyd edək ki, Cümhuriyyətin qarşıdan gələn 100, Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar, böyük ehtimalla, “Qızıl amnistiya” elan ediləcək. Bu haqda təklif artıq ötən həftə Azərbaycan parlamentinin iclasında səslənib. Bunun məhz 9 fevral görüşü ərəfəsi anons edilməsi də dıqqət çəkir. Həmçinin ötən həftə Əfv Komissiyasının toplaşması və 100-ə yaxın müraciətə baxması haqda məlumat yayılıb. Amnistiya və ya əfv nəticəsində siyasi məhbus sayılan dustaqların da azadlığa çıxacağı mümkündür. Bu isə AB ilə danışıqların Bakı üçün daha məqbul şəkildə yekunlaşmasına zəmin yarada bilər.

*****

2018-ci il həm də Azərbaycanın “Şahdəniz - 2" qazının Avropaya çatdırılmasını təmin edəcək Cənub Qaz Dəhlizi kəməri ilə bağlı mühüm gəlişmə gözlənilir. Bu xüsusda keçən həftənin maraqlı olaylarından biri də Azərbaycanın energetika naziri Pərviz Şahbazovla BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz arasında keçirilən görüş sayıla bilər.

“Yeni Müsavat” yada salır ki, həmin görüşdə şirkətlə əməkdaşlığın hazırkı vəziyyəti və Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi istiqamətində görülən işlər müzakirə edilib. Bildirilib ki, Cənub Qaz Dəhlizinin BP-nin operatorluğu ilə həyata keçirilən hissələri - “Şahdəniz - 2" və Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihələri tamamilə başa çatmaqdadır. Hər iki layihə, eləcə də Trans-Anadolu (TANAP) boru kəməri layihəsi üzrə işlərin gedişatı ilk qazın cari ilin ortalarına planlaşdırılan nəqlinə imkan yaradacaq.

Cənub Qaz Dəhlizi ile ilgili görsel sonucu

Counz həmçinin fevralın 15-də Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısına hazırlıq və müzakirəyə çıxarılacaq məsələlərlə də maraqlanıb. Hazırlıq işləri haqda məlumat verən energetika naziri P. Şahbazov bildirib ki, Cənub Qaz Dəhlizinin reallaşdırılması prosesi artıq həlledici mərhələyə daxil olur.

Beləliklə, bu il Avropanın Azərbaycan, Azərbaycanın isə Avropa ilə ortaq maraqları ilə bağlı kifayət qədər mövzu olacaq. Bura şübhəsiz, təhlükəsizlik məsələləri də daxildir. Çünki şimal qonşumuz Rusiya nə Bakının Avropa Birliyi ilə yaxınlaşmasında, nə də Azərbaycan qazı hesabına Avropanın Moskvadan enerji asılılığının azalmasında maraqlı deyil. Xüsusən də elə bir dönəmdə ki, Avropa İttifaqı Rusiya qazının Ukraynadan yan keçməklə Avropaya çatdırılmasını nəzərdə tutan “Şimal axını 2" layihəsinə qarşıdır və üstəlik, Moskva əleyhinə Qərbin (ABŞ-ın) sanksiyaları getdikcə sərtləşməkdədir.

*****

kreml ile ilgili görsel sonucu

Söz düşmüşkən, ABŞ-ın “Kreml siyahısı”nda 3 erməni oliqarxının da adı var. Onlardan biri Samvel Karapetyan Putin tərəfindən Ermənistana təyin olunan kuratordur. Erməni politoloq Aqasi Yenokyana görə, ən əvvəl bu səbəbdən siyahı Ermənistan üçün həyəcan siqnalı olmalıdır. “Ermənistanın bütün siyasi və biznes elitası təhdid altındadır”, - deyə erməni ekspert bildirib.

“ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyalar Ermənistandan da yan keçməyəcək”. Bu sözləri isə politoloq Qabil Hüseynli söyləyib. “İrəvan buna görə hazırda yas içindədir. Amerika bölgədə vəziyyəti kimin qarışdırdığını, Rusiyanın əlinə kimin oynadığını, ərazilərində rus hərbi bazalarını hansı dövlətin saxladığını çox yaxşı bilir. Hesab edirəm ki, ABŞ Rusiyaya tətbiq etdiyi sanksiyaların bir istiqamətini Ermənistana yönəldəcək. Bu isə işğalçının zəifləməsinə səbəb olacaq. Zəifləmiş dövlətin Qarabağ danışıqlarında mövqeyi də zəifləyəcək” - politoloq qeyd edib.

Əlavə edək ki, Avropa Birliyi ilə Azərbaycan arasında intensivləşən danışıqlar həm də bu kontekstdə ölkəmiz üçün mühüm önəm kəsb edir və kifayət qədər produktiv ola bilər...
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Dünən, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Dünən, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Dünən, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Dünən, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Dünən, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Dünən, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Dünən, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Dünən, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Dünən, 10:31
Azərbaycanda zəlzələ olub
Dünən, 10:27
Avro və lirə ucuzlaşdı - Məzənnələr
Dünən, 10:22
Kəndlərimizdə şou göstərlərin ifşası: Qarabağdan görüntüsü ortaya çıxdı - VİDEO
Dünən, 10:03
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Dünən, 09:59
Qırğızıstan prezidenti Ağdama gedəcək
Dünən, 09:56
Hər şeyə Ərdoğan qərar verir, Qərbin "əl-qolu bağlanıb"
Dünən, 09:28
Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan
Dünən, 09:20
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
Dünən, 09:10
Paşinyan: Bəzi gizli razılaşmalar hesablanıb
22-04-2024, 16:00
Sülh müqaviləsi Astanada və ya Tiflisdə bağlana bilər - İNCƏLƏMƏ
22-04-2024, 15:30
Ruben Vardanyana Nobel mükafatı verilməsi təşəbbüsünün arxasında kim dayanır? - AKTUAL
22-04-2024, 14:22
Kənlərimizin AZADLIĞI... - həm də buna görə MÜHÜMDÜR!
22-04-2024, 14:00
Qarabağdan çıxarılan sülhməramlılar birbaşa Ukraynaya göndərilir? - "Bild"
22-04-2024, 13:19
Şəhərlər Türkiyə bayrağına büründü: 13 ildən sonra KRİTİK SƏFƏR - FOTO