Azərbaycanda Prezident seçkisi niyə qabağa çəkildi? – TƏHLİL
Siyaset
Oxunub: 533
5 fev 2018 | 19:55
Azərbaycanda Prezident seçkisi niyə qabağa çəkildi? – TƏHLİL













Azərbaycanda prezident seçkilərinin növbədənkənar 11 aprelə təyin olunmasının səbəbləri hansılar ola bilər?

Gəlin, geosiyasi təsirlərlə bağlı versiyaları nəzərdən keçirək. Azərbaycanın yaxın ətrafında geosiyasi durum getdikcə mürəkkəbləşir və qeyri-müəyyənliyə doğru gedir. Görünən odur ki, ABŞ Azərbaycanın üç yaxın qonşusu - Rusiya, Türkiyə və İrandan Yaxın Şərqdəki böyük fiaskonun əvəzini çıxmağa və "haqq-hesab çürütməyə” başlayıb. Türkiyəni tək qoyan müttəfiqi NATO İraq ərazisindən aşkarcasına PYD-yə canlı qüvvə və yardım göndərməyə başlayıb. Türkiyəni Afrində Amerikanın Vyetnamda, SSRİ-nin Əfqanıstanda üzləşdiyi məğlubiyyətə düçar etmək istəyirlər. Ərdoğan artıq Vatikana gedib və Papanın Pentaqondakı katolik elita ilə danışaraq, PYD-yə dəstəyin dayandırılmasında vasitəçi olması bu danışıqlardan asılıdır. Türkiyənin özü 2019-cu il seçkilərinə hazırlaşır və indidən təxribatların ardı-arası kəsilmir.

Türkiyədəki durumun bütün bölgəyə, o cümlədən də bizə təsiri böyükdür. Rusiya gələn ay seçkiyə gedəcək və artıq ABŞ ona ideoloji, siyasi, iqtisadi, kiber-informasiya təzyiqlərini gücləndirib. Oliqarxların adlarının sanksiya siyahısına əlavə edilməsi onların Putinə maliyyə dəstəyinin kəsilməsi və müxalifətin mövqeyini gücləndirmək məqsədi daşıyır.

Doğrudur, Putin özünə güvənir, ancaq bu seçkilərdə xeyli narahat məqamlarla üzləşə bilər. 2019-da "Şimal axını-2" layihəsi ilə Avropaya yeni qaz xəttini çəkməklə Ukraynanı tranzit ölkə statusdan məhrum edən Rusiya ABŞ-ın Avrasiya strategiyasının da Yaxın Şərqdəki kimi iflasına nail olmaq fikrindədir. İran 2018-ci ilə iğtişaşlarla başladı. Hazırda ölkədə sabitlik olsa da, dayanıqlı təsir bağışlamır. ABŞ-İsrail ittifaqının İrana məlum düşmənçiliyinə daha bir faktor əlavə olunub.

ABŞ İŞİD-i Əfqanıstana təxliyə edib və oradan istənilən an İran, Mərkəzi Asiya, Cənubi Qafqaz, Rusiya və Çinə yönəldə bilər. Nəhayət, bu ilin payızda ABŞ Konqresinə seçkilər keçiriləcək. Demokratlarla respublikaçıların gərgin mübarizəsində Azərbaycana lobbiçilik edən konqresmenlərin kürsülərini qoruyacaqları məlum deyil. Qarabağ probleminə gəlincə, Rusiya və Ermənistanda martda keçirilən seçkilərin tempinə uyğunlaşmaq, orada artıq siyasi sistem möhkəmlənəndə Bakıda seçkiyə hazırlaşmaq bu ili itirilmiş il kimi tarixə yaza bilər.

2018-ci ildə ətrafımızın sanki batır çəlləkləri ilə əhatə olunduğu bir şəraitdə dövlətimizin daxili və xarici təhdidlərə dayanıqlı şəkildə duruş gətirə bilməsi, sabitliyin davamlılığı üçün indiki siyasətin davam ertməsi şərtdir. Bunu ölkənin maraqları diqtə edir.

Nəzakət Məmmədova,
Azvision.az
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
23-04-2024, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
23-04-2024, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
23-04-2024, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
23-04-2024, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ