12-02-2018, 00:53 Oxunub: 165

Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentləri ilə görüşlərindən sonra bəyanatla çıxış ediblər

Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentləri ilə görüşlərindən sonra bəyanatla çıxış ediblər














ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentləri ilə keçirdikləri görüşlərin yekunlarına dair bəyanat yayıblar.

APA-nın ATƏT-in saytına istinadən verdiyi xəbərə görə, bəyanatda bildirilir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Ştefan Viskonti (Fransa), Endryu Şofer (ABŞ) ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə birlikdə fevralın 7-də Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə, fevralın 9-da isə Yerevanda Ermənistan prezidenti Serj Sarkisyanla görüşüblər. Həmçinin hər iki paytaxtda həmsədrlərin bu ölkələrin XİN rəhbərləri ilə məsləhətləşmələr aparılıb. Həmsədrlər fevralın 9-11-də Dağlıq Qarabağa səfər edərək separatçı rejimin rəhbərliyi ilə görüşüblər və işğal altında olan Zəngilan, Qubadlı, Ağdam, Laçın və Kəlbəcər rayonlarında müəyyən yerlərə baş çəkiblər.

Həmsədrlər qoşunların təmas xəttində ölüm halları nəticələnən insidentlərlə bağlı dərin narahatlıq ifadə edərək, Cenevrə görüşündəki razılaşmaya uyğun olaraq, tərəfləri gərginliyin azaldılması istiqamətində əlavə addımlar atmağa və atəşkəs rejiminə riayət etməyə çağırıblar.

"Həmsədrlər həmçinin tərəfləri təhrikedici bəyanatlardan və təxribatçı addımlardan çəkinməyə çağırırlar.

Həmsədrlər, güc tətbiq edilməməsi, ərazi bütövlüyü, xalqların öz müqəddəratlarını təyin etmək, bərabər hüquqlara malik olmaq prinsipləri daxil olmaqla Helsinki Yekun Aktına əsasən münaqişənin sülh yolu ilə həllinin tapılmasında tərəflərə dəstək göstərməkdə qətiyyətli olduqlarını bir daha bəyan ediblər. Həmsədrlər tərəflərin hazırki seçki dövrünü nəzərə almaqla intensiv danışıqları davam etdirmək niyyətini alqışlayırlar", - deyə bəyanatda bildirilir.
Həmsədrlərdən Xankəndində Azərbaycana qarşı ŞOK ADDIM – FOTOFAKT Həmsədrlərdən Xankəndində Azərbaycana qarşı ŞOK ADDIM – FOTOFAKT Siyaset "Prezidentlər gərginliyi azaltmaq üçün əlavə addımlar atmağa razılaşdılar" - BƏYANAT Siyaset Azərbaycan və Ermənistan XİN rəhbərləri Dağlıq Qarabağı müzakirə etdi — Nyu-Yorkda Azərbaycan və Ermənistan XİN rəhbərləri Dağlıq Qarabağı müzakirə etdi — Nyu-Yorkda Siyaset Prezidentlər iyunda görüşəcəklər Prezidentlər iyunda görüşəcəklər Siyaset Minsk qrupunun həmsədrləri Bakıya gəlib Minsk qrupunun həmsədrləri Bakıya gəlib Siyaset