AXCP-dən Müsavata xəyanət ittihamı
Siyaset
Oxunub: 1 372
27 yan 2015 | 14:08
AXCP-dən Müsavata xəyanət ittihamı



Fuad Qəhrəmanlı: “Onlar həmişə çətin məqamlarda qaçıblar”



AXCP-Müsavat birliyi haqqında müzakirələr hələ bitməyib. Müsavat Partiyasının rəhbərliyində təmsil olunan şəxslər martdan sonra seçkilər mövzusunda bu iki partiyanın anlaşma əldə edəcəyinin mümkünlüyünü irəli sürürlər. Müsavatın birlik cəhdləri, müxalifətdaxili inteqrasiya prosesinin həyata keçirilməsi çabaları davam edir.

Müsavat AXCP-ni razı salmağa çalışır

Hətta partiyanın başqanı Arif Hacılı AXCP-ni razı salmaq, real müxalifətdə olacaqlarını əmin etmək məqsədilə bəyan edib ki, Demokratiya və İnsan Hüquqları Mərkəzindəki partiyaların yaratdığı seçki blokunda təmsil olunmurlar: “Bəzi siyasi partiyalar parlament seçkiləri ilə bağlı blok yaratmaq istiqamətində müzakirələri Demokratiya və İnsan Haqları Mərkəzində mövcud olan funksional əməkdaşlıq çərçivəsindən kənarda aparır. Bu prosesin Demokratiya və İnsan Haqları Mərkəzində olan mövcud əməkdaşlıq münasibətlərinə heç bir aidiyyatı yoxdur və Müsavat bu prosesdə iştirak etmir. Müsavat Partiyasının təşəbbüsü ilə yaradılan Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzində funksional əməkdaşlıq konkret olaraq məhbuslar və müəyyən demokratik islahatların aparılması ilə əlaqədardır. Bu mərkəzə daxil olan siyasi partiyalar arasında müttəfiqlik münasibətləri yox, yalnız funksional əməkdaşlıq münasibətləri mövcuddur.”.

AXCP Müsavatı etibarsızlıqda suçlayır

Ancaq Müsavatdan gələn təklif və təşəbbüslərə AXCP israrla "yox" deyir. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı “necə bir birliyə ehtimad etməli” başlıqlı statusunda Müsavata etibar edilmədiyinə işarə vurub. Azerinfo. Teleqraf.com-a istinadən bildirir ki, Milli Şuranın Kordinasiya Şurasına seçkilər çox uğurla keçib: "21 nəfərlik tərkibə baxmaq kifayətdir ki, təkcə müxalifətin elitasının Milli Şurada birləşdiyini görəsən. Bu tərkibdə həm ziyalılar, həm siyasətçilər, həm də vətəndaş cəmiyyətinin nümayəndələri var. Milli Şura real müxalifətin birliyidir. Ona görə də Milli Şura ilə birlikdə olmağa iradəsi çatmayan, qrumu tərk edənlər təkcə müxalifətin birliyindən deyil, həm də xalqın inamından özlərini kənarlaşdırıblar. Birlik mexaniki məfhum deyil, siyasi mübarizəyə münasibətdə ortaq prinsip və baxışlara söykənməlidir.


Bu baxımdan mübarizənin ön cəbhəsində olamağa iradəsi çatmayanlarla yenidən birlik məsələsini gündəliyə gətirmək heç bir siyasi zərurət və reallığa söykənmir. Əksinə, bütün həlledici məqamlarda mübarizə aparanları meydanda buraxıb aradan çıxanlarla bir sırada olmaq yenidən parçalanmalara və daxili intiriqalara gətrib çıxara bilər.


Bəziləri isə bir vaxtlar mübarizənin çətin məqamında meydanda buraxıb getdikləri AXCP və Milli Şura ilə yenidən bir yerdə görünüb hakimiyyətin nəzərində dəyər qazanmağa, həlledici məqamda müxalifətin birliyini parçalamaq müqabilində istəklərinə çatmağa çalışırlar. Ancaq bu dəfə alınmayacaq. Digər tərəfdən isə ötən ilki mitinqlər də göstərdi ki, partiya adları daşımaq hələ qüvvə olmaq demək deyil və bu baxımdan Milli Şuradan kənarda meydana sosial bazasını çıxara bilən, cəmiyyətin etimad göstərdiyi qüvvələr yoxdur. Ona görə də bu gün demək olar ki, qarşılıqlı etimad prinsipi üzərində qurulmuş və sınaqdan çıxmış insanların biliyi olan Milli Şuranın alternativi yoxdur. Unutmayaq, etibarsızlar hər dəfə həlledici məqamlarda ön cəbhəni tərk edərək həm də cəmiyyətin inamına böyük zərbələr vurublar. Bu səhvlərə bir daha imkan verməyə haqqımız yoxdur”.
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
23-04-2024, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
23-04-2024, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
23-04-2024, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
23-04-2024, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ