Cənab İlham Əliyevdən nümunə: Bu şəxs həbs olundu - Məmurlara böyük dərs!
Siyaset
Oxunub: 17 891
22 fev 2018 | 01:05
Cənab İlham Əliyevdən nümunə: Bu şəxs həbs olundu - Məmurlara böyük dərs!













İlham Əliyevdən nümunə: prezidentin qohumunun həbsi kimlərə mesajdı?

Prezident İlham Əliyevin kimliyindən asılı olmayaraq yol hərəkəti qaydalarını pozanların, özbaşınalıq edənlərin məsuliyyətə cəlb edilməsinə dair DİN qarşısında qoyduğu vəzifələr ən yüksək səviyyədə icra edilir

FİA.Az-ın xəbərinə görə, bundan əvvəl yol hərəkəti qaydalarını kobud pozaraq qəzalar törədən məmur övladları, o cümlədən yüksək rütbəli şəxslərin ailə üzvləri həbs edilib, törətdikləri əməllərə görə öz cəzalarını alıblar.

Prezident dəfələrlə bildirib ki, hamı qanun qarşısında bərabərdir və heç bir vətəndaşın atasının yaxud özünün vəzifəsinə görə fərq qoyula bilməz.

Ona görə də iş adamı, prezident İlham Əliyevin əmisi oğlu İlqar Əliyevin övladı Riyad Əliyev saxlanılıb və 30 sutka inzibati həbs cəzasına məhkum edilib.

Bu barədə virtualaz.org-a hüquq-mühafizə orqanlarındakı mötəbər qaynaqlardan məlum olub.

Riyad Əliyevin DYP əməkdaşları ilə mübahisə etdiyi və onların qanuni tələblərinə məhəl qoymadığı üçün saxlanıldığı bildirilir.

Bir neçə gün əvvəl Bakı şəhəri Dövlət Yol polisi İdarəsinin iki əməkdaşı – polis serjantları Samir Şirinov və Sənan Həsənəliyev günorta saat 15 radələrində Bakıxanov qəsəbəsinin ərazisində xidmətdə olarkən görünüşü məhdudlaşdıran və istifadəsi qanunla qadağan olunmuş tünd rəngli şüşələrlə idarə edilən “Mersedes S65 AMGL” markalı avtomobili saxlayıblar.

YPX əməkdaşları sürücüdən sənədləri təqdim etməyi tələb ediblər. Lakin bu vaxt avtomobilin sərnişini düşərək DYP əməkdaşları ilə onları saxladıqları üçün mübahisə etməyə başlayıb.

Polislərin bütün israrlarına baxmayaraq həmin şəxs mübahisəni davam etdirib, DYP əməkdaşlarına müqavimət göstərib. Lakin o, saxlanılıb və şəxsiyyəti aydınlaşdırılanda Bakı şəhər sakini Riyad Əliyev olduğu müəyyən edilib.

Riyad Əliyev mərhum Aqil Əliyevin (prezident İlham Əliyevin əmisi) nəvəsidir və onun adına “Riyad” mühafizə şirkətinin olduğu məlumdur.

Polis əməkdaşlarına müqavimət göstərən, onlara tabe olmayan R.Əliyevin barəsində toplanmış materiallar Yasamal rayon məhkəməsinə göndərilib.
Fevralın 21-də məhkəmənin qərarı ilə R.Əliyev barəsində 30 sutkalıq inzibati həbs qərarı çıxarılıb.

FİA.Az-ın xəbərinə görə, bu həbs prezidentin DİN qarşısında qoyduğu tələblərin yerinə yetirildiyini göstərir.

İ.Əliyev ən yaxın qohumunu belə bağışlamır. Əslində, bu hadisədən nə xalq xəbər tutub, nə mətbuat.

Yəni, dövlət başçısının əmri ola bilərdi və DİN-ə verilən tapşırıqla əmii nəvəsi azadlığa buraxılardı, heç kəs də xəbər tutmazdı.

Ancaq Riyadı məhkəməyə çıxarıblar, prezidentin qohumu olmasına rəğmən qanunla cəzalandırıblar. Bu fakt həm də Riyadın atası İlqar Əliyevin qanuna hörmətini, öz statusundan istifadə etmədiyini sübut etdi. İ.Əliyev oğlunun qanun qarşısında cəzalandırılmasına etiraz etməyib və hamıya nümunə olub.

Hərçənd, bəzi məmurlar özlərinin və övladlarının cinayətlərini ört-basdır etməyə çalışırlar. Məmurlar, onların həyat və davranışları, övladları hər zaman insanların diqqət mərkəzində olur.

Bu, məntiqlidir, çünki məmurlar vətəndaşların verdiyi vergilərdən, ümumilikdə ölkənin sərvət və gəlirlərindən formalaşan dövlət büdcəsi hesabına yaşayırlar. Onların ictimai nəzarətin obyekti olmaları məhz bu səbəbdən doğrudur.

O məmurlar öz vəzifələrinin öhdəsindən layiqincə gəlməyəndə, korrupsiyalaşanda, ona idarə etmək üçün etibar edilmiş vəsaitləri talayanda, mənimsəyəndə, vəzifəsi olan işi görmək müqabilində rüşvət alanda və səlahiyyətlərindən sui-istifadə edəndə etirazla qarşılanırlar.

Onların ailələri, övladları həmin oğurlanmış, vəzifədən sui-istifadə yolu ilə qazanılmış vəsaitlər hesabına qudurğanlıq edəndə isə, cəmiyyət o məmurlara qarşı üsyan edir.

Prezident dəfələrlə bəyan edib ki, dövlət məmurları öz şəxsi maraqlarına deyil, xalqa xidmət etməli, onların ailə üzvləri isə özlərini ciddi aparmalı və başqalarına müsbət nümunə olmalıdır.

“Hər bir dövlət məmuru öz xalqına xidmət etməlidir. Amma bəzi hallarda məmurlar vətəndaşlara yuxarıdan aşağı baxırlar, onları saymırlar, onları təhqir edirlər, qudurğanlıq edirlər.

Məmur öz vəzifə borcunu şərəflə yerinə yetirməlidir, insanlara qulluq etməlidir və təvazökar olmalıdır.

Ancaq bəzi hallarda təvazökarlıqdan, ümumiyyətlə, söhbət getmir. Özləri üçün böyük məclislər, təmtəraqlı toylar, yubileylər düzəldirlər. Yaraşırmı bu, dövlət məmuruna?!

Hesab edirəm ki, bu sözlərdən sonra özlərini yığışdıracaqlar, özləri və onların ailə üzvləri, uşaqları” - deyə İlham Əliyev bildirmişdi.
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Dünən, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Dünən, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Dünən, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Dünən, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Dünən, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Dünən, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Dünən, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Dünən, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Dünən, 10:31
Azərbaycanda zəlzələ olub
Dünən, 10:27
Avro və lirə ucuzlaşdı - Məzənnələr
Dünən, 10:22
Kəndlərimizdə şou göstərlərin ifşası: Qarabağdan görüntüsü ortaya çıxdı - VİDEO
Dünən, 10:03
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Dünən, 09:59
Qırğızıstan prezidenti Ağdama gedəcək
Dünən, 09:56
Hər şeyə Ərdoğan qərar verir, Qərbin "əl-qolu bağlanıb"
Dünən, 09:28
Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan
Dünən, 09:20
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
Dünən, 09:10
Paşinyan: Bəzi gizli razılaşmalar hesablanıb
22-04-2024, 16:00
Sülh müqaviləsi Astanada və ya Tiflisdə bağlana bilər - İNCƏLƏMƏ
22-04-2024, 15:30
Ruben Vardanyana Nobel mükafatı verilməsi təşəbbüsünün arxasında kim dayanır? - AKTUAL
22-04-2024, 14:22
Kənlərimizin AZADLIĞI... - həm də buna görə MÜHÜMDÜR!
22-04-2024, 14:00
Qarabağdan çıxarılan sülhməramlılar birbaşa Ukraynaya göndərilir? - "Bild"
22-04-2024, 13:19
Şəhərlər Türkiyə bayrağına büründü: 13 ildən sonra KRİTİK SƏFƏR - FOTO