Eldar Mahmudovun “kassir” və “qara qutusu”na ağır cəza tələbi
Siyaset
Oxunub: 556
23 fev 2018 | 14:04
Eldar Mahmudovun “kassir” və “qara qutusu”na ağır cəza tələbi
















Fevralın 22-də Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri - general Sübahir Qurbanov, general Teymur Quliyev, general Natəvan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri - Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmədə prokuror çıxış edib. Qeyd edək ki, adıçəkilən şəxslər 2015-ci ildə həbs olunublar, N.Mürvətova isə ev dustağıdır.

Bu iş üzrə məhkəmə ötən ilin yanvar ayının 19-da Sabunçu Rayon Məhkəməsində Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə başlayıb.

İttiham olunan generalların sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun dövlət qurumlarını öz təsiri altına salmasında, var-dövlət toplamasında müstəsna rolları olub.

Qeyd edək ki, Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova və qeyrilərinə məxsus ümumilikdə 21 milyon 528 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 20 milyon 971 min manat dəyərində daşınmaz əmlak, 272 min manat dəyərində nəqliyyat vasitələri, 42 min manat dəyərində zərgərlik və digər qiymətli məmulatlar, 88 min manat, 88 min ABŞ dolları və 5 min avro nağd pul vəsaitləri üzərinə həbslər qoyulub.

“Yeni Müsavat” xatırladır ki, S.Qurbanov ona elan olunmuş ittihamlar üzrə istintaqda özünü təqsirli bilməyib. O, bir neçə sahibkardan hədə-qorxu yolu ilə külli miqdarda pul almasına dair ittihamları qəbul etməyib, həmin sahibkarları tanımadığını deyib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən hər ay rüşvət alması epizodu üzrə Sübahir Qurbanov istintaqa verdiyi ifadələrində bildirib ki, həmin nazirlikdən ona heç vaxt hər hansı formada pul verilməyib. Vidadi Zeynalovun onun barəsində dediklərinin yalan olduğunu, sonuncu onun uzaq qohumu olduğu üçün ondan ad günü və toylar üçün hədiyyələr tapmasını xahiş etdiyini, sürücüsü Ramil Əliyevi onun yanına göndərib hədiyyələri aldığını, sonradan özü hədiyyələrin pullarını Vidadi Zeynalova verdiyini, heç vaxt və hər hansı şəxsdən hər hansı formada rüşvət qəbul etmədiyini göstərib. Yada salaq ki, MTN-in Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi S.Qurbanov Eldar Mahmudovun “ikinci kassiri” kimi də tanınıb.

Bundan başqa, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun göstərişinə əsasən S.Qurbanov “Azimport” MMC-nin rəhbəri Azər Əsgərovu barəsində cinayət işi başlanacağı ilə hədələyib. Onu mütəmadi olaraq MTN-ə çağıraraq gecədən səhərə qədər orada saxlayıb dindiriblər. A.Əsgərova təzyiq göstərərək ona Rəşad Məmmədovun “Azimport” MMC-nin qeyri-rəsmi sahibi olması haqda ərizələr yazdırmaq istəyiblər. Məqsəd “Azimport” MMC-nin əmlakını ələ keçirmək olub.

A.Əsgərova digər vəzifəli şəxslər barədə də izahat yazdırmaq istəyiblər.

Bundan başqa, MTN əməkdaşları Eldar Mahmudovun göstərişi ilə “Azimport” MMC-də qeyri-qanuni axtarışlar aparıb. Şirkətə məxsus seyfdən qiymətli əşyalar, üstəlik, 1 milyon 300 manat nağd pul götürülüb. Onları sonradan öz adlarına rəsmiləşdirmək məqsədilə “Azimport” MMC-yə və şirkətin bir neçə işçisinə məxsus olan çıxarışlar və mülkiyyət haqqında sənədləri də özləri ilə aparıblar.

S.Qurbanov tabeçiliyində olan Zülfüqar Əliyev, Natiq Əliyev və Zaur Məmmədovla birgə 2015-ci ilin martında iş adamı Z.Salmanovun ofisində qanunsuz axtarış aparmaqda, daha sonra sahibkarı həbslə hədələyərək ondan böyük məbləğdə pul almaqda ittiham olunur.

Bu cinayətkar qruplaşma biznesmenlər K.Seyfullayev, H.Əliyev, A.Kərimov, E.İbadov, S.Məcidov, E.Mirzəyev və digərlərinin pullarını da eyni sxem üzrə ələ keçirib.

2014-cü ilin dekabr ayında “Zaminbank” ASC-nin Səbayel filialının müdiri Hüseynov Rauf Mais oğlunun külli miqdarda pul vəsaitini hədə-qorxu gəlməklə ələ keçirmək məqsədilə heç bir qanuni əsas olmadan tapşırıqları ilə MTN-in Monitorinq Mərkəzinin sabiq rəisi Teymur Quliyev və həmin mərkəzin sabiq baş mütəxəssisi Fərhad Atayev tərəfindən onun qanunsuz dinlənilməsinin təşkil edilməsi, 2015-ci ilin may ayında dəstə üzvü Füzuli Əliyev vasitəsilə verdiyi göstəriş əsasında dəstə üzvü Natiq Alıyev Rauf Hüseynovu MTN-ə çağıraraq Zaur Məmmədovla birlikdə sonuncunu gizli şəkildə xaricə pul köçürməkdə ittiham edib hədə-qorxu gələrək 100.000 manat pulunu tələb etmələri, zərər çəkmiş şəxsin 7 saat MTN-in vətəndaşların qəbulu otaqları olan binada saxlamaqla qanunsuz azadlıqdan məhrum edilməsi faktları üzrə Sübahir Qurbanov eyni ilə inkaredici ifadələr verib.

T.Quliyev “MTN işi”ndə ən mübhəm fiqurlardan biridir. MTN-in Monitorinq Mərkəzinin rəisi vəzifəsində çalışmış Teymur Quliyev Eldar Mahmudovun “qara qutusu” hesab olunur. Məhz onun rəhbərlik etdiyi Monitorinq Mərkəzi bütün qanunsuz dinləmələri həyata keçirib. Bu dinləmələr isə təkcə hədəfdə olan sahibkarları əhatə etmir. Məlumata görə, hakimiyyət təmsilçiləri də Teymur Quliyevin rəhbərlik etdiyi otaqdan dinlənilib, mümkündür ki, səs yazıları kimi qeydə də alınıb.

Eldar Mahmudovun işdən çıxarılmasından dərhal sonra qapıları möhürlənən Monitorinq Mərkəzi illərlə bu kimi dinləmələr həyata keçirib, mümkündür ki, danışıqlar xüsusi fayl şəklində toplanaraq kompromat kimi saxlanılıb və ya xaricə çıxarılıb.

1970-ci ildə Bakıda anadan olan Teymur Quliyev o vaxt Xalq Təsərrüfatı İnstitutu adlanan ali məktəbi bitirib. Teymur Quliyevin atası da polis sistemində işləyib, bir sıra rayonların rəisi olub. Əmisi isə sovetlər vaxtı daxil işlər nazirinin müavini vəzifəsində çalışıb.

T.Quliyev DİN-in İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində Eldar Mahmudovun bilavasitə rəhbərliyi altında işləyib və burada onların “iş birliyinin” əsası qoyulub.

Eldar Mahmudov milli təhlükəsizlik naziri təyin olunandan sonra T.Quliyevi də MTN-ə gətirib. Əvvəl MTN-də təchizat şöbəsinin rəisi postunda işləyən T.Quliyev hələ də bilinməyən “xidmətlərinə görə” tezliklə daha yüksək posta - MTN-in Monitorinq Mərkəzinin rəisi vəzifəsinə təyinat alıb. 2012-ci ilin mart ayında ölkə başçısının sərəncamı ilə general-mayor rütbəsi alan T.Quliyev hüquq-mühafizə sistemində ən gənc generallardan biridir.

General-mayor Natəvan Mürvətova isə məhkəmədəki ifadələrində qısa danışıb: “Mən özümü təqsirli bilmirəm”. Musavat.com xəbər verir ki, prokuror Sübahir Qurbanovun 16 il, Teymur Quliyevin 16 il, general Natavan Mirvətovanın 12 müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...