“Azərbaycan daxilində parçalanma yaratmaq üçün böyük pullar sərf edirlər” — Qəzənfər Paşayevlə MÜSAHİBƏ
Siyaset
Oxunub: 509
23 fev 2018 | 21:03
“Azərbaycan daxilində parçalanma yaratmaq üçün böyük pullar sərf edirlər” — Qəzənfər Paşayevlə MÜSAHİBƏ













Azərbaycanın tanınmış publisisti, dilçi, yazıçı və tərcüməçi, professor Qəzənfər Paşayev "Ölkə.Az" xəbər portalına müsahibə verib.

Həmin müsahibəni oxuculara təqdim edirik:

– Qəzənfər bəy, hazırda yaradıcılıq fəaliyyətiniz necə gedir?

– Yaşım elə yaşdır ki, yaradıcılığıma müəyyən məhdudiyyətlər qoymalıyam, yaşıma ehtiram göstərməliyəm. Yəni, insanın enerjisi azalandan sonra fəaliyyəti aşağı düşür. Buna baxmayaraq, 2017-ci il mənim üçün çox məhsuldar olub. Ötən il mənim Ankarada bir kitabım, Təbrizdə isə “Ədəbi məktublar” adlı kitabım çap olunub. Azərbaycanda isə üç kitabım işıq üzü görüb. Bunlardan biri “Hüseyn Kürdoğlunun poetik dünyası”, ikincisi "Ədəbi estafetlərdə keçən ömür”, üçüncüsü isə “Həyat düşüncələri” adlanır. Mənim 75 illik yubileyimə həsr olunan “Ömrün əbədiləşən illəri” adlı 700 səhifəlik kitab da çap olunub. Həmin kitabda haqqımda yazılan məqalələr yer alıb. Bu il isə yeni kitablarım çıxacaq.

– Sizin İraqla bağlı bir neçə kitabınız var. Son illər Yaxın Şərqdə bir sıra hadisələr baş verir. Bu hadisələrlə bağlı yeni əsər yazmaq fikriniz varmı?

– Bəli, mənim İraqla bağlı çox kitablarım çıxıb. Elə 2017-ci ildə Kərkükdə mənim haqqımda yeni kitab işıq üzü görüb. Həmin kitablar Azərbaycana və Türkiyəyə də göndərilib. Ümumiyyətlə, mən Yaxın Şərq, İraqla bağlı bir çox kitablar yazmışam. Həyatımın böyük hissəsi İraq və Kərküklə bağlıdır. Bunun da əsas səbəbi mənim 1969-cu ildə Xarici Dillər Universitetini bitirən kimi İraqa göndərilməyim olub. Həmin vaxtı mən İraqa gedərək, tərcüməçi işləmişəm. Tərcüməçi işləməmişdən bir il əvvələ qədər isə məni hazırlayıblar, Yaxın Şərqin və İraqın tarixini öyrənmişəm. Sonra Moskvada müsahibədən keçmişəm. O zaman bizim qarşımıza ciddi şəkildə məsələ qoyulmuşdu ki, siyasi məsələlərə qarışmayaq. Bu ənənə məndə gənclikdən formalaşıb və heç zaman siyasi məsələlərə qarışmamışam.
Son illər İraqda və digər Yaxın Şərq ölkələrində ciddi hadisələr baş verir. Doğrusu, indiyədək mən siyasətə qarışmamışam. Ancaq İraqda baş verən hadisələrdən nə isə yazmaq olar.



– Bəs müstəqil Azərbaycan dövlətinin vətəndaşı olaraq siyasi məsələlərdən nə isə yazırsınız?

– Ölkəmizə gəldikdə, mən hər zaman Yeni Azərbaycan Partiyasının namizədini dəstəkləmişəm. Bu gün də prezidentliyə namizəd olan şəxslər arasında İlham Əliyevi dəstəkləyirəm.

Onu deyim ki, mən 2004-cü ildən bəri Azərbaycan Yazıçılar Birliyinin Təftiş Komissiyasının sədriyəm. Azərbaycan Yazıçılar Birliyinin sonuncu Qurultayında mənə söz verildi ki, Yazıçılar Birliyinin sədrliyinə öz namizədimin adını irəli sürüm. Həmin vaxtı mən bildirdim ki, Qurultayda oturan şəxslərin əksəriyyəti Yazıçılar Birliyinin sədri olmağa layiqdir. Həmin vaxtı Rəyasət Heyətində Elçin Əfəndiyev, rəhmətlik Zəlimxan Yaqub və digərləri təmsil olunurdu. Mən də dedim ki, bunların hər biri sədrliyə layiq adamlardır. Amma onlardan kim sədr olmaq üçün özünə tam əmindir?

Bir misal çəkim. Ötən əsrin 90-cı illərinin əvvəlində Azərbaycanda vəziyyət qarışanda rəhmətlik Yusif Səmədoğlu Milli Məclisdə Mədəniyyət komitəsinin sədri idi. Yusif Səmədoğluna sual verirlər ki, sənin kifayət qədər böyük nüfuzun var. Həm də Səməd Vurğunun oğlusan. Nə üçün prezidentliyə namizəd olmursan? Yusif Səmədoğlu isə bildirir ki, mən namizədliyimə verə bilərəm, ancaq prezident seçilsəm necə olacaq? Gərək prezident olmağa hazır olasan! İndi də Azərbaycan prezidentliyinə hər kəs namizəd ola bilər. Ancaq hər adam bu işi bacara bilərmi? Bunun üçün insanda böyük təcrübə, güclü iradə olmalıdır. Mən bu fikirlərimi Yazıçılar Birliyinin Qurulyatında da söyləmişəm.
İndi prezident seçkiləri olacaq. Bilirsiniz, prezidentliyə ən layiqli namizəd gərək güclü siyasi məktəb keçmiş olsun. Bəzən bir ailəni idarə etmək çətin olur. Dövləti idarə etmək isə qat-qat çətin işdir. Xalqa rəhbərlik etmək asan məsələ deyil.

Mən dünyanı gəzmiş adamam. Dünyanın əksər ölkələrində olmuşam. Hər yerdə həyat səviyyəsini, yaşam təzrini görmüşəm. Bizim demokratik Amerika dediyim ölkədə saat 21:30-dan sonra heç kəsi küçədə görmək olmaz. ABŞ-da saat 20-dən sonra həyat ölür. Bu saatdan sonra kimsə harasa gedirsə də, avtomobillə gedir. Piyada gəzmək cəsarət tələb edir. Küçədə oğurluq, cinayət halları çox olur. Hətta, ABŞ-da insanlar bütün zinət əşyalarını banklarda saxlayırlar. Daha Azərbaycanda olduğu kimi həyat, yaşamaq rahat, təhlükəsiz deyil. ABŞ-da metrolarda da açıq şəkildə yazılır ki, zinət əşyalarını oğrulardan qoruyun. Oğruların sayı polislərin sayından bir neçə dəfə çoxdur. Amma Azərbaycanda əmin-amanlığa baxaq. Allaha şükür olsun ki, Azərbaycan müharibə şəraitində olmasına baxmayaraq, ölkəmizdə təhlükəsizlik, sakitlik, əmin-amanlıq hökm sürür.

Bir dəfə İraqdan Bakıya qonaqlarımız gəlmişdi. Onlar axşam Bakı şəhərini gəzməkdə tərəddüd edirdilər. Mən onlara dedim ki, qorxmayın, bizdə əmin-amanlıqdır, rahat gedib Bakını gəzə bilərsiniz.

Deməyim odur ki, bütün bunlar öz-özünə əmələ gəlmir. Bu sabitliyin arxasında çox böyük zəhmət, fəaliyyət, yuxusuz gecələr dayanır. Hər bir dövlət rəhbərləri çox istəyir ki, ölkələri Azərbaycan kimi sabit və təhlükəsiz olsun. Ancaq bunu əldə etmək asan məsələ deyil. Azərbaycanda olan bu əmin-amanlığa görə hər birimiz ölkə başçısına minnətdar olmalıyıq.



– Bu yaxınlarda Azərbaycanın görkəmli ziyalıları İlham Əliyevin prezidentliyini dəstəklədikləri üçün müxalifət tərəfindən tənqidlərə məruz qalırlar. Hətta, bir qrup şəxs həmin ziyalıların kitablarını və fotolarını yandırıb. Bu cür hərəkətlər nə qədər doğrudur?
– Son 3-4 ildir ki, mən bir qəribə halın şahidi oluram. Sovet İttifaqı dövründə xarici xüsusi xidmət orqanları onlara baş əyməyən ziyalıları öz təsirləri altına salmaq üçün həmin görkəmli şəxsləri alçaldır, ləkələyir və kiçiltməyə çalışırdılar. Mən oxşar halların Azərbaycan ziyalılarına qarşı da edildiyinin şahidi oluram. Təbii ki, bunun arxasında xaricin təsirini görürəm. Sanki bir şəbəkə yaranıb və Azərbaycanın görkəmli ziyalılarını, şəxsiyyətlərini aşağılamağa çalışırlar. Hətta, Məhəmməd Füzulini, Mirzə Ələkbər Sabiri, Səməd Vurğunu, Rəsul Rzanı və digər görkəmli ədibləri gözdən salmaq istəyən qüvvələr var. Axı onlara bu ixtiyarı kim verir? Həmin ziyalıların xalq qarşısında böyük xidmətləri olub. Onlar bizim milli sərvətimiz, dəyərimizdir. Milli dəyərlərimizə çirkab yaxmaq istəyən adamları mən Azərbaycan xalqının nümayəndəsi hesab etmirəm. Bu şəbəkə Dədə Qorqudu, Koroğlunu və digər dəyərlərimizi də qəbul etmək istəmir.

Onu da bildirim ki, ziyalı kamil və nüfuzlu insan deməkdir. Hər oxumuş adama ziyalı demək olmaz. Əsl ziyalı gərək hərtərəfli yetişmiş adam olsun. Ziyalı olmaq böyük məsuliyyət tələb edir. Əsl ziyalı odur ki, insanlar həmin şəxsin arxasınca gedir, onun kimi olmağa çalışır.

Ziyalıların prezident İlham Əliyevi dəstəkləməsi məsələsinə gəldikdə isə əmin edirəm ki, Azərbaycan ziyalıları ölkə başçısını dəstəkləyəcək. Çünki ziyalılar yaxşını pisdən seçməyi bacarırlar, ölkədə gedən inkişafı görürlər. Sual verirəm ki, 1969-cu ilədək Sovet İttifaqı dövründə Azərbaycanda nə var idi? Heydər Əliyev Brejnevi Azərbaycana gətirdi ki, bu ölkəyə də diqqət ayrılsın, ölkə inkişaf etdirilsin. İndi Azərbaycanın yollarına baxın, görün nə qədər dəyişib. Mən Tovuz rayonundanam, ucqar kəndlərə də yollar çəkilir. Halbuki vaxtilə nəinki kəndlərə, rayonlara da normal yol yox idi, insanlar çətinlik çəkirdilər. Vaxtilə 2 saata gedilən yolu indi yarım saata rahat getmək olur. Yollarımız, kəndlərimiz, rayonlarımız abadlaşdırılır. Aran zonasında yaşayan əhali çirkli su istifadə edirdi. İndi isə kəndlərdə sutəmizləyici qurğular qurulur. Bütün bunlar İlham Əliyevin prezidentliyi dövründə reallaşıb. Prezident hər həftə bir rayona səfər edir, vəziyyətlə yerindəcə tanış olur, verdiyi tapşırıqların icrası ilə maraqlanır. Bütün bunları hər dövlət başçısı bacarmır.
Mən demirəm ki, çətinliklərimiz yoxdur. Təbii ki, problemlər də var. Ancaq zaman-zaman onlar da öz həllini tapacaq. Problemlər, çətinliklər bütün ölkələrdə olur.

Ətrafımızda olan ölkələrə də baxaq. Görün, nələr baş verir. Ancaq Azərbaycanda sabitlikdir, həyat öz axarında davam edir. Ziyalılar heç bir təxribata uymamalıdırlar.
Bu yaxınlarda Rusiya telekanalının jurnalisti prezident İlham Əliyevdən müsahibə alandan sonra bəyan etmişdi ki, Azərbaycan xalqının prezident baxımdan bəxti gətirib. Bu ifadənin dərin mənası var. Çoxları bunu dərk etməyə bilər. Ancaq bu o deməkdir ki, Azərbaycanın uğurlu bu günü və gələcəyi var.

Bəzən demokratiya adı altında Azərbaycana qarşı xoşagəlməz addımlar atılır. Buna uymaq olmaz. Hələ qədim yunan filosofu Aristotel yazırdı ki, 6 dövlət tipi var. Bunlardan üçü normal, üçü isə qeyri-normaldır. Aristotel monarxiya, aristokratiya və orta cəmiyyətin yaratdığı dövləti normal, demokratiyanı isə qeyri-normal hesab edirdi.

İndi inkişaf etmiş ölkələrə baxın görün ki, Aristotelin yazdıqları necə özünü doğruldur. Qərbin demokratik dövlətləri hesab olunan ölkələrdə müqəddəs Roma kilsəsini saymırlar. Bəlkə də Marksın dediyi “çox böyük inkişafın sonu nadanlığa gətirib çıxarır” fikirlərində böyük həqiqət var. Bu gün Qərb dövlətlərində biz bunu müşahidə edirik. Onlardan fərqli olaraq Azərbaycan öz milli dəyərlərini qorumalıdır. Bu milli dəyərlərdən biri də bizim ziyalılarımız, yazıçılarımız, şairlərimiz, dövlət xadimlərimizdir. Onları unutsaq, aşağılasaq, o zaman milli kimliyimizi unudacağıq. Xaricdən buna çalışan qüvvələr var. Xarici ölkələrdən olan həmin qüvvələr Azərbaycan daxilində parçalanma yaratmaq üçün böyük pullar sərf edirlər.

Bəzən baxırsan ki, uşaq təcrübəsi və ağılı olan adamlar gəlib böyük şəxsiyyətlər, ziyalılar və dövlət xadimləri haqqında fikirlər söyləyirlər, millətə ağıl verməyə çalışırlar. Onların buna savadı belə çatmır. Bu cür hərəkətlər yaxşı əməl deyil. Həmin adamlar xaricdən maliyyə alırlar. Onlara xaricdən dəstək verən qüvvələr var.
Bilirsiniz, xalq o zaman xoşbəxt olur ki, onun müstəqilliyi var. Müstəqilliyi qazanmaq isə onu qorumaqdan çox çətindir.



– Qloballaşan cəmiyətdə Azərbaycan ədəbi dilinin vəziyyəti sizi qane edirmi?

– Bəzən görürsən ki, televiziya kanallarında, xüsusilə də özəl telekanallarda dilimizin başına min cür oyun açırlar. Görkəmli aşığımız Mikayıl Azaflı çox gözəl deyirdi:

Çöllər saxtalaşır, sözlər tapdanır,
Çoxları bu işi yenilik sanır.

İndi dilimizi bu cür əzməklə, tapdalamaqla elə bilirlər ki, nə isə yenilik gətirirlər. Dil müqəddəs şeydir. Ona dəyişmək olmaz, dilimizin müqəddəsliyini qorumaq lazımdır. Mirzə Fətəli Axundov kimi görkəmli şəxslərimiz dilimizin qorunması üçün ömürlərini sərf ediblər.

Bəzən görürsən ki, biri dilimizin türk, biri Azərbaycan dili olduğunu deyir. Əslində, burada səhv məsələ yoxdur.
Dünyada 12 dil qrupu mövcuddur. Həmin dil qrupunun 3-ü Azərbaycanda var. Misal üçün, Azərbaycanda Hind-Avropa, Türk dilləri ailəsi və İber-Qafqaz dilləri ailəsi mövcuddur. Azərbaycan çoxmillətli xalq olduğu üçün ölkə dilinin bütövlükdə türk dili kimi götürülməsi alınmır.

Digər tərəfdən isə Azərbaycan dili də düzgün alınmır. Azərbaycan xalqının düzgün adlandırılmasına baxmayaraq, dilimizin “Azəri dili” adlandırılması daha doğru olardı. Vaxtilə Azərbaycanda Azəri dili də mövcud olub. Hələ 1967-ci ildə mənim “Elm və həyat” jurnalında İraq azərilərindən bəhs edən məqaləm çıxmışdı. O zaman məni İraqda yaşayan türklərə “İraq azəriləri” dediyim üçün incidirdilər. Onlar doğrudan da azərilərdir. Bu gün onları türkmən adlandırırlar. Biz də vaxtilə türkmən adlanmışıq. Bu barədə Məhəmməd Füzulinin şeirləri də var.

Necə ki, İngiltərədə ingilis, Rusiyada rus, Türkiyədə türk dili olduğu üçün, Azərbaycanda da Azəri dili olmalıdır.
Digər tərəfdən isə “biz azərbaycanlıyıq, yoxsa türkük” kimi fikirlərlə cəmiyyətdə parçalanma yaratmaq istəyən qüvvələr var. Tarixən də belə olub.
Bu gün, 13:44
Nazirdən rus sülhməramlıları ilə bağlı göstəriş
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?