“Xocalı faciəsinin heç vaxt təkrarlanmaması üçün...” — İlham Əliyev “Rossiya-24”ə müsahibə verdi
Siyaset
Oxunub: 529
27 fev 2018 | 00:36
“Xocalı faciəsinin heç vaxt təkrarlanmaması üçün...” — İlham Əliyev “Rossiya-24”ə müsahibə verdi















Fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Rossiya-24” telekanalının müxbirinə müsahibə verib.
Xəbər verir ki, müsahibə fevralın 26-da telekanalın Xocalı soyqırımı ilə əlaqədar efirə gedən reportajında yer alıb. Müsahibəni təqdim edirik.

Müxbir: İlham Heydər oğlu, ağır səhərdir. Hansı düşüncələrlə buraya gəlmisiniz, hansı fikirlərlə yuxudan oyanmısınız? Deməliyəm ki, Rusiyada rusiyalılar bu faciəni xatırlayırlar və bu günü ehtiramla yad edirlər. Hansı düşüncələrlə bu gün buraya gəlmisiniz?

Prezident İlham Əliyev: İlk növbədə, belə bir gündə bizimlə birlikdə olmaq və Azərbaycan xalqının faciəsinə münasibət bildirmək üçün Bakıya gəldiyinizə görə sizin telekanala təşəkkür etmək istəyirəm. Mən bunu çox yüksək qiymətləndirirəm və buna görə sizə minnətdaram. Bu gün Azərbaycan xalqının tarixində ən qanlı səhifələrdən biridir, azərbaycanlıların soyqırımı günüdür. Bu günü Azərbaycan xalqı həmişə yadda saxlayacaq və heç vaxt unutmayacaq. Ermənistan 26 il əvvəl azərbaycanlılara qarşı soyqırımı törədib. Bunun nəticəsində 613 dinc sakin öldürülüb, onlardan 106-sı qadın, 63-ü uşaqdır. 1200-dən çox dinc sakin əsir düşüb və işgəncələrə məruz qalıb, 500-ə qədər insan əlil olub, 150 dinc sakin barədə isə heç bir məlumat yoxdur. Onlar itkin düşmüş sayılırlar, amma onların öldürüldüyü ehtimalı daha çoxdur. Həmin müdhiş gün, həmin qanlı faciə barədə çox sayda video, foto materiallar, möcüzə nəticəsində sağ qalmış insanların şahidliyi var. Bu, erməni faşizminin təzahürü idi. Bu, vəhşiliyin təzahürü idi.

Bu gün bütün dünyada "Xocalıya ədalət!” kampaniyası genişlənir. Bu günlər dünyanın bir çox ölkələrində matəm tədbirləri keçirilir. Bu günlər Azərbaycanın diaspor təşkilatları, ictimaiyyət "dəyirmi masa”lar, təqdimatlar, sərgilər keçirir. Bütün foto və video sənədlər bu böyük faciə haqqında şahidlik edir. Biz bunu xatırlayırıq. Bunu heç vaxt unutmayacağıq. Bu faciənin heç vaxt təkrarlanmaması üçün Azərbaycan daha güclü olmalıdır. Siz mənim bu matəm gününü hansı hisslərlə qarşıladığımı soruşdunuz - hər bir azərbaycanlının keçirdiyi hisslərlə, günahsız öldürülənlərə görə dərd, kədər, qurbanlara görə ağrı hissi, eyni zamanda, ölkəmizi möhkəmləndirmək qətiyyəti ilə. Azərbaycan xalqının gələcəkdə heç vaxt belə faciə ilə üzləşməməsi üçün ölkəmizin iqtisadi, hərbi potensialını möhkəmləndirməliyik.

Müxbir: İlham Heydər oğlu, bu müsahibəyə, bizimlə vaxt tapıb görüşdüyünüzə görə təşəkkür edirik.
Prezident İlham Əliyev: Sağ olun.

Müxbir: Bu, dövlət üçün kədərlidir.

Prezident İlham Əliyev: Bu gün bizimlə burada olduğunuza görə bir daha sizə təşəkkür etmək istəyirəm. Çox sağ olun.

Müxbir: İştirak etməkdən məmnun olduq.
Dünən, 16:00
R.Vardanyan - “Çirkli pulları yuma” hesabatlarında, yoxsa Nobel namizədliyində - ARAŞDIRMA
Dünən, 15:30
8 kəndlə bağlı qəti addım: Ordu hazır duruma gətirildi - GƏLİŞMƏ
Dünən, 14:57
İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib
Dünən, 14:34
Akademik Zərifə Əliyeva
Dünən, 14:22
Ermənistanı sərhəddə Qərb qızışdırır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:22
İlham Əliyev: “Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq”
Dünən, 14:00
ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək? - AKTUAL
Dünən, 13:13
"Bu Kreml sahibi Vladimir Putinin və onu əsabələrinin icad etdiyi termindir" - BİZƏ NƏ DƏXLİ?..
Dünən, 12:23
Netanyahu İsrailin İrana necə cavab vercəyini açıqladı
Dünən, 12:09
Yeni dələduzluq növü: “Kəsirləri düzəldirəm, imtahan ballarını artırıram” - VİDEO
Dünən, 11:49
Laçında tikintisi gedən hava limanının son görüntüləri - VİDEO
Dünən, 11:44
Qərbi Azərbaycan İcması bəyanat yayıb
Dünən, 11:40
Pakistanda fəlakət: hökumət dəhşətli statistika açıqladı
Dünən, 11:32
Zelenski İsrailə görə Qərbə qəzəbləndi: Ukrayna olmasaydı…
Dünən, 11:27
Prezident Şirvan suvarma kanalının təməlini qoyub
Dünən, 11:21
Tehran 4 ölkəni rəsmi şəkildə hədələdi
Dünən, 10:25
Gənc həkim “Bitcoin”ə görə özünü öldürdü - FOTO
Dünən, 10:17
Vəfat edən şəxsin pensiya kapitalının aqibəti necə olur? - AÇIQLAMA
Dünən, 10:07
Ərdoğan təcili kabinetini toplayır
Dünən, 09:33
Erməni deputat vətəndaşla dalaşdı - VİDEO
Dünən, 09:29
Azərbaycanda bu şəxslər 500 manat CƏRİMƏ EDİLƏCƏK
Dünən, 09:25
Qurban Qurbanovun görüntüsü GÜNDƏM OLDU - VİDEO
Dünən, 09:00
Zəngəzur dəhlizinin inşasının yeni görüntüləri - VİDEO
15-04-2024, 16:00
Yeni müharibələr və Azərbaycan - NƏ ETMƏLİ?
15-04-2024, 15:30
Üçüncü dünya müharibəsi ehtimalı-Azərbaycan nə etməlidir? - İNCƏLƏMƏ
15-04-2024, 14:22
3-cü Dünya müharibəsi Cənubi Qafqaza yaxınlaşır: Azərbaycan belə qoruna bilər - AKTUAL
15-04-2024, 13:44
Tehranın "qisas"ı: ABŞ-İsrail-İran səhnəsi - GÖRÜNMƏYƏN MƏQAMLAR