Cahangir Hacıyev yenidən istintaqa cəlb edilir - "Hörümçək toru" əməliyyatı
Siyaset
Oxunub: 521
1 mar 2018 | 12:53
Cahangir Hacıyev yenidən istintaqa cəlb edilir - "Hörümçək toru" əməliyyatı















“Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyevin saxlanıldığı 13 saylı cəzaçəkmə müəssisəsində səhhəti pisləşib. Modern.az xəbər verir ki, bu haqda C. Hacıyevin vəkili Aqil Layıcov bildirib. Vəkil bildirib ki, müvəkkili artıq sərbəst hərəkət də edə bilmir: “Ötən həftə ailəsi ilə telefonla danışıb və bildirib ki, sərbəst hərəkət edə bilmir. Onun ürəyində ciddi problem yaranıb. Onun ürəyində Haşimato sindromu xəstəliyi aşkarlanıb. Cahangir Hacıyev bir neçə dəfə anidən kliniki ölüm kimi hallar keçirir, ürək qısamüddətli dayanır. Bu da çox təhlükəlidir”.

Vəkil bildirib ki, məsələ ilə bağlı Ədliyyə Nazirliyinə, Penitensiar Xidmət və Ombudsman Aparatına müraciət edib: “Müraciət etmişik ki, ya Cahangir Hacıyevi müayinə etmək üçün kənardan həkim-kardioloq gətirilsin, ya da müalicə müəssisəsinə köçürülsün”.

Bir neçə milyardın ölkə xaricinə daşınması və Beynəlxalq Bankın talanmasına görə 15 il həbs cəzası almış C.Hacıyevin yaxın vaxtlarda yenidən istintaqa cəlb ediləcəyi barədə xəbərlər var. İddiaların nə dərəcədə ciddi olduğunu indilikdə söyləmək çətindir, çünki Beynəlxalq Bank işi üzrə hələ də davam edən istintaq haqda geniş ictimaiyyətə geniş məlumat verilmir. Bəzi hallarda isə bankdan “buxarlanmış” pullar qeyri-rəsmi üsullarla axtarılır, hətta bəzi iş adamları sorğu-suala çağırılır. Mənbə “Yeni Müsavat” a deyib ki, Beynəlxalq Bankda Cahangir Hacıyevlə qudası Eldar Mahmudovun qurduğu “hörümçək toru”nu tam açmaq mümkün olmayıb. Bu səbəbdən C.Hacıyevlə bağlı istintaqın bitdiyini demək olmaz.

Yada salaq ki, bu ilin yanvarında onun ən yaxın adamlarından hesab olunan Emin Sadiq qonşu ölkələrdən birində yaxalanıb və Bakıya ekstradisiya olunub. İstintaqın versiyasına görə, E.Sadiq Cahangir Hacıyevin və Beynəlxalq Bank işi üzrə əsas fiqurantlardan biridir, bankın talanmasına yönəlmiş maliyyə maxinasiyalarının birbaşa iştirakçısıdır. E.Sadiq konkret olaraq Qazaxıstanda neft yatağının istismarına yönəlmiş investisiyanın mənimsənilməsində ittiham olunur. Söhbət Azərbaycan Beynəlxalq Bankının Rusiyadakı törəmə bankı “MBA-Moskva” tərəfindən ayrılmış 60 milyon dolların mənimsənilməsindən gedir. Habelə E.Sadiq “MBA-Moskva” bankına veksellərin satışında dələduzluq əməlinə yol verib.

Maraqlıdır ki, elə yanvar ayında hüquq-mühafizə orqanları sabiq milli təhlükəsizlik naziri, C.Hacıyevin qudası və biznes şəriki Eldar Mahmudovun ortaqlarından biri Sahib Ağayevi də Qazaxıstanda saxlayaraq, Bakıya gətiriblər.

İqtidarın C.Hacıyevə olası qəzəbi bunlarla da bitmir. Məlumdur ki, London Ali Məhkəməsi Azərbaycan Beynəlxalq Bankının (ABB) öhdəliklərinin könüllü restrukturizasiyası çərçivəsində Rusiyanın dövlət bankı olan “Sberbank” və “Franklin Templeton Investment Management Limited” şirkətinin (FTİML) banka qarşı iddialarını təmin edib.

Restrukturizasiya Azərbaycan qanunvericiliyi çərçivəsində həyata keçirilərək 2018-ci ilin 30 yanvar tarixində yekunlaşmalı idi. Ali Məhkəmənin sənədlərinə əsasən, moratorium məhkəmənin qərarı olmadan kreditorlara ABB və ya onun əmlakına qarşı hər hansı bir tələb irəli sürməyə və ya bu tələbi davam etdirməyə icazə vermir. ABB öhdəliklərin restrukturizasiya müddətinin uzadılması ilə bağlı məhkəməyə müraciət etsə də, “Sberbank” və FTİML London məhkəməsinin 18 yanvar tarixli qərarını əsas gətirərək buna qarşı çıxıb.

Ekspertlərin sözlərinə görə, məhkəmə iddiaları üzündən restrukturizasiya planı baş tutmasa, 3,3 milyard dolları Azərbaycan hökuməti ödəməyə məcbur olacaq.

C.Hacıyevin, vəkilin dediyi kimi, səhhətində ciddi problemlər olsa da, ailəsi Londonda “kral ailəsi” kimi yaşayır. Xanımı və uşaqları Britaniya vətəndaşlığı alıb.
“YM”
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Dünən, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Dünən, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Dünən, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Dünən, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Dünən, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Dünən, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Dünən, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Dünən, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Dünən, 10:31
Azərbaycanda zəlzələ olub
Dünən, 10:27
Avro və lirə ucuzlaşdı - Məzənnələr
Dünən, 10:22
Kəndlərimizdə şou göstərlərin ifşası: Qarabağdan görüntüsü ortaya çıxdı - VİDEO
Dünən, 10:03
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Dünən, 09:59
Qırğızıstan prezidenti Ağdama gedəcək
Dünən, 09:56
Hər şeyə Ərdoğan qərar verir, Qərbin "əl-qolu bağlanıb"
Dünən, 09:28
Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan
Dünən, 09:20
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
Dünən, 09:10
Paşinyan: Bəzi gizli razılaşmalar hesablanıb
22-04-2024, 16:00
Sülh müqaviləsi Astanada və ya Tiflisdə bağlana bilər - İNCƏLƏMƏ
22-04-2024, 15:30
Ruben Vardanyana Nobel mükafatı verilməsi təşəbbüsünün arxasında kim dayanır? - AKTUAL
22-04-2024, 14:22
Kənlərimizin AZADLIĞI... - həm də buna görə MÜHÜMDÜR!
22-04-2024, 14:00
Qarabağdan çıxarılan sülhməramlılar birbaşa Ukraynaya göndərilir? - "Bild"
22-04-2024, 13:19
Şəhərlər Türkiyə bayrağına büründü: 13 ildən sonra KRİTİK SƏFƏR - FOTO