“RÜŞVƏT ALMADAN SUBSİDİYA VERMİRLƏR…” – Nazirliyin əməkdaşından şok açıqlamalar
Siyaset
Oxunub: 463
1 mar 2018 | 21:06
“RÜŞVƏT ALMADAN SUBSİDİYA VERMİRLƏR…” – Nazirliyin əməkdaşından şok açıqlamalar















“İlin sonunda hesabda qalan pulları ayrı-ayrı şəxslərin hesablarına köçürürlər, sonra da geri alırlar”

Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətində işçilərə qarşı ayrı-seçkilik edilir. Bunu “Yeni Müsavat”a xidmətin əməkdaşı Oruc Orucov deyir. O.Orucov bildirir ki, 2012-ci ildən Kənd Təsərrüfatı Nazirliyinin Seleksiya nailiyyətlərinin sınağı və mühafizəsi üzrə Dövlət Komissiyasında işləyib.

Bundan əvvəl isə İqtisadiyyat Nazirliyi və digər dövlət qurumlarında çalışıb: “Ali təhsilli kənd təsərrüfatı mütəxəssisiyəm. Heydər Əsədov nazir təyin olunduqdan sonra mənimlə görüşdü, öz sahəm üzrə işi irəliyə aparmaq üçün təkliflər verməyimi istədi. Mən də təkliflərimi təqdim etdim. Nazir dedi ki, bəs sən savadlı, bacarıqlı adamsan, mənə belə adamlar lazımdır, get, səni işlə təmin edəcəm. Bu söhbətdən bir qədər sonra komissiya və digər 2 təşkilatın bazasında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti yaradıldı. Xidmətə heç kimin tanımadığı Möhtəsim Əhmədov rəis təyin olundu. 2016-cı ilin yanvarında xidmətin aparatının işçilərinin siyahısı açıqlandı, baxdım ki, mənim adım yoxdur. Getdim Möhtəsim Əhmədovun yanına, dedi ki, nazirin göstərişi var 50 yaşdan yuxarı işçiləri götürmürük. Dedim, necə ola bilər ki, sizin 60 yaşınız var, götürdüyünüz müavin mənimlə eyni yaşdadır. Bu prinsip hamı üçün deyil? Altı ay işsiz qaldıqdan sonra məni göndərdilər Xırdalanda yerləşən Kimya Texnologiyaları Laboratoriyasına baş mütəxəssis – 185 manat maaşla.

2015-ci ilin fevralında Xırdalanda rayon idarəsinin təməli qoyulub, 3 mərtəbəli bina tikilib. Amma hələ də tikinti-təmir başa çatmayıb, heç bir iş şəraiti yoxdur. Təsəvvür edin, istilik sistemi yoxdur, tualeti yoxdur, yarımçıq tikili necə olacaq?

Möhtəsim Əhmədov demişdi ki, guya 1 aydan sonra aparatdakı işimə qaytaracaqlar, amma əməl etmədilər. Sadəcə, vəzifəmi dəyişib, maaşımı 310 manata qaldırdılar. Bu pulla ailə dolandırmaq olarmı? Dəfələrlə nazirə müraciət etdim ki, o xidmətdə dövlət qulluqçusu statusu olan yalnız mənəm, neçə illik stajım var. Necə olur ki, dövlət qulluqçusu olmayanları dövlət qulluğuna götürürsünüz, məni isə Xırdalana sürgün edirsiniz? Axı günahım nədir ki belə münasibət görürəm?!”

heyder-esedov-4

O.Orucov deyir ki, nazir Heydər Əsədovun qəbuluna gedərək M.Əhmədovun korrupsiya əməlləri barədə ona məlumat verib: “Nazir məni qəbul edəndə soruşdu ki, neqativ əməllərin, korrupsiyanın qarşısını necə almaq olar ki, kəndli-fermerlərə ayrılan subsidiyalar, yanacağa görə ödənişlər gedib özlərinə çatsın? Mən də dedim ki, yeni yaratdığınız qurumun sədri Möhtəsim Əhmədov bir qrup adamla əlbir olub korrupsiyaya girişiblər, saxtakarlıq edirlər.

Sahibkarları aldadırlar, rüşvət almadan subsidiya vermirlər. Söhbət toxumçuluq və tingçilik təsərrüfatlarından gedir. Hətta nazirə məruzə etdim ki, Hacıqabul rayonunda 1 torpaq sahəsinə görə 3 toxumçuya subsidiya ayırıblar. Bu faktı nazirliyin maliyyə şöbəsi araşdırıb ortaya çıxartmışdı, amma nazirdən gizlədirdilər. Nazir də bir az qəzəbləndi ki, tədbir görəcəm. Amma sonradan məlum oldu ki, Möhtəsim Əhmədov özü nazirin qohumudur, yaxın münasibətləri var. Ona görə də məni düşmən elan ediblər. Təsəvvür edin, ilin sonunda hesabda qalan pulları ayrı-ayrı şəxslərə böyük mükafatlar şəklində yazırlar, hesablarına köçürürlər. Sonradan həmin adamlara deyirlər ki, pul sizə səhvən köçüb, onu geri qaytarın.Bəziləri buna etiraz edəndə hesab nömrələri veriblər ki, guya artıq olan pulu ora köçürsünlər. Sonra da həmin pulları özləri mənimsəyirlər. Yaxud istismar müddəti bitən maşınlara da yanacaq, sürtkü yağı üçün pul yazırlar. Seleksiya işləri ilə məşğul olan sort-sınaq məntəqələri var 14 yerdə. Həmin müəssisələrin rüblük gəlirləri olur. Mən işləyən dövrdə həmin gəlirləri gətirib nazirliyin mühasibatlığına ödəyirdilər, əvəzində qəbz alırdılar. İndi aldığım məlumata görə, o pulları Mötəsim Əhmədov şəxsən alır, heç bir qəbz də verilmir. Bunların hamısını nazirə demişdim. Kimya Texnoloji Laboratoriyaya 2015-ci ildə 125 min manat ayırıb təmir etdilər, bir il keçməmiş sökdülər ki, üstünü mansard etsinlər. Biz də qaldıq havada”.

O.Orucov deyir ki, qanunvericiliyə əsasən korrupsiya haqqında məlumat verən şəxsləri və onların ailələrini dövlət qorumalıdır. Buna əsasən hüquq-mühafizə orqanlarından özünün və ailəsinin qoruma altına alınmasını tələb edir.

O.Orucovun sözlərinə görə, hara müraciət edirsə, şikayətlərini göndərirlər nazirliyə: “Mənim şikayətlərimi niyə qaytarıb ora göndərirlər, axı mən elə oradan şikayətçiyəm? İki ildir nazir məni qəbul etmir. Sonradan öyrənmişəm ki, mənim işimi əngəlləyən keçmiş iş yoldaşım olan bir qadındır – Afaq Abbasova. Onu seleksiya sahəsinə rəhbər qoyublar. İndi eşitmişəm ki, məni məhkəməyə veriblər, guya A.Abbasovanın şərəf və ləyaqətinə toxunan, onu təhqir edən ifadələr işlətmişəm”.(musavat.com)

Qeyd: İsrarlı cəhdlərimizə rəğmən, KTN-dən yazıda qeyd olunanlarla bağlı mövqe ala bilmədik. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Bu gün, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb