Beyin qanaması keçirən İsa Qəmbərin səhhəti necədir? — Hacettepe xəstəxanasından açıqlama
Siyaset
Oxunub: 584
7 mar 2018 | 09:43
Beyin qanaması keçirən İsa Qəmbərin səhhəti necədir? — Hacettepe xəstəxanasından açıqlama














Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər Ankaradakı Hacettepe xəstəxanasının nevrologiya bölümündə "pnevmoniya nəticəsində yoluxduğu bir infeksiyadan" müalicə olunur.
AZTB.info"nun məlumatına görə, BBC Azərbaycancaya bölümdən deyiblər ki, İsa Qəmbər fevralın 28-də sərnişin təyyarəsi ilə, Mərkəzi Klinikanın bir həkiminin müşayiəti ilə Bakıdan gətirilib.

Məlumata görə, 3 gün əvvəl İsa Qəmbər hərarəti yüksəldiyindən profilaktik məqsədlə reanimasiya bölümünə keçirilib.

"Xəstədə tənəffüs sıxıntısı, nəfəs darlığı oldu. Pnevmoniyası ağırlaşmasın deyə, reanimasiyaya alındı. Amma reanimasiyada elə bir sıxıntı yaşamadığımız üçün təkrar palataya aldıq", - mənbə bildirib.

Xəstəxananın həkimləri İsa Qəmbərin ümumi sağlıq durumunun "yaxşı" olduğu qənaətindədirlər.

Lakin bununla belə, İsa Qəmbərin beyin qanaması ilə bağlı ciddi nəzarətə ehtiyacı var.
"Bakıda beyin qanaması keçirib. Qanaması böyükdür, amma vəziyyəti stabildir. Bütün nevroloji müayinələri normaldır. Danışır. Bilinci yerindədir. Yeməyini yeyir. Hərəkətdədir. Beyin qanaması ona fiziki mənada heç bir təsir göstərməyib. Beyin qanaması ilə bağlı hər hansı nevroloji defisiti yoxdur. Gücü, qüvvəti yerindədir. Həftə içində Bakıdakı hər hansı xəstəxanaya köçürməyi düşünürük. Sadəcə onun istirahət etməsi lazımdır", - deyə mənbə əlavə edib.

"İsa Qəmbərin Bakıda müalicəsinin stasionar şəkildə davam etdirilməsi hansı zərurətlə bağlıdır" sualına Hacettepe Universiteti xəstəxanasının nevrologiya bölümündəki mənbə deyib:

"Yoluxduğu infeksiya ilə bağlı qəbul etdiyi antibiotik dərmanları damardan aldığı üçün İsa Qəmbərin müalicəsinin evdə izlənməsi çətin ola bilər deyə xəstəxana şəraitində müalicəsinin davam etdirilməsi uyğun görülüb. Azərbaycana getdikdən bir ay sonra təkrar kontrol müayinəsi aparılacaq".

Ankarada yerləşən Azərbaycan Kültür Dərnəyinin başkan müavini İsa Yaşar Tezel isə bildirib ki, İsa Qəmbər Ankaraya Türkiyədəki Azərbaycan cəmiyyətinin və dostlarının dəstəyi ilə gətirilib.
Bu gün, 13:13
"Bu Kreml sahibi Vladimir Putinin və onu əsabələrinin icad etdiyi termindir" - BİZƏ NƏ DƏXLİ?..
Bu gün, 12:23
Netanyahu İsrailin İrana necə cavab vercəyini açıqladı
Bu gün, 12:09
Yeni dələduzluq növü: “Kəsirləri düzəldirəm, imtahan ballarını artırıram” - VİDEO
Bu gün, 11:49
Laçında tikintisi gedən hava limanının son görüntüləri - VİDEO
Bu gün, 11:44
Qərbi Azərbaycan İcması bəyanat yayıb
Bu gün, 11:40
Pakistanda fəlakət: hökumət dəhşətli statistika açıqladı
Bu gün, 11:32
Zelenski İsrailə görə Qərbə qəzəbləndi: Ukrayna olmasaydı…
Bu gün, 11:27
Prezident Şirvan suvarma kanalının təməlini qoyub
Bu gün, 11:21
Tehran 4 ölkəni rəsmi şəkildə hədələdi
Bu gün, 10:25
Gənc həkim “Bitcoin”ə görə özünü öldürdü - FOTO
Bu gün, 10:17
Vəfat edən şəxsin pensiya kapitalının aqibəti necə olur? - AÇIQLAMA
Bu gün, 10:07
Ərdoğan təcili kabinetini toplayır
Bu gün, 09:33
Erməni deputat vətəndaşla dalaşdı - VİDEO
Bu gün, 09:29
Azərbaycanda bu şəxslər 500 manat CƏRİMƏ EDİLƏCƏK
Bu gün, 09:25
Qurban Qurbanovun görüntüsü GÜNDƏM OLDU - VİDEO
Bu gün, 09:00
Zəngəzur dəhlizinin inşasının yeni görüntüləri - VİDEO
Dünən, 16:00
Yeni müharibələr və Azərbaycan - NƏ ETMƏLİ?
Dünən, 15:30
Üçüncü dünya müharibəsi ehtimalı-Azərbaycan nə etməlidir? - İNCƏLƏMƏ
Dünən, 14:22
3-cü Dünya müharibəsi Cənubi Qafqaza yaxınlaşır: Azərbaycan belə qoruna bilər - AKTUAL
Dünən, 13:44
Tehranın "qisas"ı: ABŞ-İsrail-İran səhnəsi - GÖRÜNMƏYƏN MƏQAMLAR
Dünən, 13:24
Yuxarı Qarabağ suvarma kanalının adı dəyişdirilərək yenidən qurulacaq
Dünən, 12:23
Astana İrəvanla Bakıya dəstək verməyə hazırdır - Tokayev
Dünən, 12:19
Təhlükə var: Çölə çıxmayın! - İki gün boyunca…
Dünən, 12:06
İsrail İranın hücumuna tezliklə cavab verəcək - WSJ
Dünən, 12:01
İrəvan və Astana qardaşlaşmış şəhərlər oldu
Dünən, 11:12
COP29 Bakı Olimpiya Stadionunda keçiriləcək - RƏSMİ
Dünən, 11:08
Dollar bahalaşır - SƏBƏB