"Elə etmək lazımdır ki, məmurlar bu cür layihələrdən öz mənfəətləri üçün istifadə etməsinlər"
Siyaset
Oxunub: 649
7 mar 2018 | 12:14
"Elə etmək lazımdır ki, məmurlar bu cür layihələrdən öz mənfəətləri üçün istifadə etməsinlər"














Sumqayıtda binanın zirzəmisində yaşayan 6 nəfərlik ailənin bütün üzvlərinin dəm qazından ölməsi mətbuatda bir neçə istiqamətdə müzakirə olunur. Əsas narahatlıq doğuran dəm qazı problemi olsa da, körpə uşaqlı, böyük bir ailənin zirzəmidə yaşaması da başqa bir mövzudur. Məlumata görə, Bakıda və Sumqayıtda binaların zirzəmisində yaşayışın olması halları çoxdur. Səbəb isə aztəminatlı ailələrin mənzil almaqda çətinlik çəkməsidir.

Ölkədə orta aylıq əmək haqqına sahib olan şəxslər belə bəzən ömrünün sonuna kimi çalışsa da mənzil əldə edə bilmir. Belə olan halda, kirayə qalmaq imkanları da məhdud olduqda məcburən yaşayış üçün uyğun olmayan yerlərdə, zirzəmilərdə məskunlaşırlar. Dövlət aztəminatlı ailələrin mənzil probleminin həlli üçün bir neçə istiqamətdə layihələr həyata keçirib ki, bunlardan ən çox ümid bəslənilən sosial mənzillər idi. Lakin bu layihənin də şərtləri elə müəyyənləşdirildi ki, sosial mahiyyəti özünü doğrulda bilmədi. Sosial mənzillərin güzəştli şərtlərlə verilməsi üçün elə kateqoriya insanlar nəzərdə tutulub ki, sadə bir aztəminatlı Azərbaycan vətəndaşının onu əldə etmək imkanı yoxdur.

Mənzilləri güzəştlə əldə etmək hüququ olan ailələr əsasən şəhid ailəsinin üzvü olmalı, Milli Qəhrəman və ya məcburi köçkün və ya ona bərabər tutulan şəxs olmalıdır. Ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxslər, ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs, fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs, idman sahəsində xüsusi xidmətləri olan şəxs, elmlər doktoru elmi dərəcəsi olan şəxs, ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs, ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxslər də mənzilləri güzəştlə əldə etmək hüququna malikdirlər. Göründüyü kimi, bu şərtlərdə nəzərdə tutulan sosial qrupların bir qismi dövlətin həyata keçirdiyi başqa layihələr çərçivəsində də mənzillə təmin olunublar. Söhbət şəhid ailələri, qaçqın və məcburi köçkünlərdən, həmçinin hərbi qulluqçulardan gedir. Bundan başqa elmlər doktoru və ya 15 illik staji olan dövlət qulluqçusu da aztəminatlı təbəqədən sayıla bilməz.

Güzəştli mənzillərin bu kateqoriya insanlara verilməsi, əhalinin böyük bir hissəsinin sosial evlərdən də məhrum olmasına gətirib çıxarır. İpoteka kreditlərinə gəlincə, nəinki aztəminatlı, orta səviyyəli ailələrin belə ipoteka ilə mənzil əldə etməsi mümkün deyil.

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan mənzil eksperti Ramil Osmanlı bildirdi ki, bir çox hallarda hökumətin həyata keçirdiyi tədbirlər də son məqsədə çata bilmir, kimlərsə onu şəxsi maraqlarının təmin olunmasına yönəldir: “Azərbaycan hökumətinin əhalinin mənzil təminatının yaxşılaşdırılması istiqamətində atdığı addımlar, qəbul etdiyi qərarlar, həyata keçirdiyi proqramlar bazar iqtisadiyyatında formalaşmış bir ölkə üçün kifayət qədər mütərəqqi addımlardır. Biz bir çox xarici ölkələrin təcrübəsinə baxsaq bu cür sosial layihələr demək olar ki, çox azsaylı ölkələrdə var. Sadəcə, bu sosial layihələrin icrası zamanı xüsusilə aztəminatlı ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində müvafiq icra hakimiyyəti orqanlarının onlara verilmiş səlahiyyətlərdən qanunamüvafiq formada istifadə etməməsi bu cür hallara gətirib çıxarır. Biz zaman-zaman rast gəlirik ki, ayrı-ayrı dövlət qurumlarında bu cür sosial layihələrin icrası zamanı müəyyən subyektiv səbəblərdən hansısa imkanlı ailəyə, evi olana mənzil verilir, ancaq ehtiyacı olan kənarda qalır. Bu cür problemləri aradan qaldırmaq, neqativ hallara qarşı ciddi mübarizə aparmaq lazımdır. Elə etmək lazımdır ki, məmurlar bu cür layihələrdən öz mənfəətləri üçün istifadə etməsinlər. Nəticədə dövlətin imicinə bu cür xələl gəlməsin. Bəzi hallarda bu ailələrin özlərində də müəyyən səhlənkarlıq olur, müvafiq icra hakimiyyəti orqanlarına və ya ölkə rəhbərliyinə müraciət etmirlər. Ancaq biz dövlət bu gün Azərbaycanda mənzili olmayan bütün ailələri evlə təmin etməlidir deyə bir yanaşma ortaya qoya bilmərik. İndiki halda hökumətin imkanları da buna adekvat deyil”.

R.Osmanlı vurğuladı ki, sosial evlərlə bağlı şərtlər elə müəyyənləşdirilə bilərdi ki, əhalinin imkansız təbəqəsi də ondan yararlana bilsin: “Sosial Mənzil Fondu müzakirə aparılan zaman da, qərarlar qəbul edilən zaman da mən öz fikrimi bildirdim. Mənim fikirlərim müvafiq icra hakimiyyəti orqanı rəhbərliyinin də xoşuna gəlməyib. Ancaq öz fikrimdə qalıram ki, Azərbaycanda Sosial Mənzil Fondu sosial layihə hesab oluna bilməz. Bu bir kommersiya layihəsidir. Bu əslində İpoteka Fondu ASC-nin əvvəllər gördüyü işin bir qədər başqa formada icrasıdır. Burada, sadəcə, fərq ondan ibarətdir ki, İpoteka Fondu girov təminatını həyata keçirirdi, Sosial Mənzil Fondu isə həm də layihənin icrası zamanı mənzillərin tikintisi ilə bağlı tenderi həyata keçirir, tikintiyə nəzarət, mənzillərin paylanmasında iştirak edir. Əslində isə bu bir kommersiya layihəsidir. Azərbaycan Mənzil Məcəlləsində ”sosial kirayə" forması nəzərdə tutulub. Biz o zaman təklif edirdik ki, sosial satış forması nəzərdə tutulursa, buna oxşar bir layihə icra olunmalıdır. Bu zaman da belə nəticələr ortaya çıxır ki, bir hərbi qulluqçunun iki evi varsa, sadəcə, öz adına deyilsə, o, üçüncü evi də sosial mənzil olaraq alır. Azərbaycan vətəndaşı alman vətəndaşı təfəkküründə deyil. Ona görə də müvafiq icra hakimiyyəti orqanları bu cür layihələri həyata keçirərkən bu məsələləri nəzərə almalıdır. Ancaq çox zaman şəxsi mənfəət dövlətin ümumi maraqlarından öndə dayanır".

Ekspertin fikrincə, təəssüf doğuran məqamlardan biri də odur ki, Azərbaycanda orta aylıq əmək haqqına sahib olan şəxsin ipoteka ilə mənzil əldə etmək imkanı da sıfıra bərabərdir: “Azərbaycanda nəinki ipoteka kreditlərindən, hətta sosial mənzillərdən əldə etmək üçün minimum şərtlər çərçivəsində iki nəfərlik ailənin aylıq gəliri 650 manatdan yüksək olmalıdır. Ümumi ipotekaya gəldikdə isə bu rəqəm təxminən 950-1000 manat, bəzi hallarda daha yüksək olmalıdır. Burada ailə tərkibi və sair də nəzərə alınır. Ona görə də belə bir imkan faktiki olaraq yoxdur. Bu səbəbdən əhalinin böyük əksəriyyətini təşkil edən aşağı təbəqənin mənzil əldə etmək imkanı yoxdur. Ancaq sosial mənzil fondunun sosial kirayə forması tətbiq olunsaydı, bu, Mənzil Məcəlləsində nəzərdə tutulduğu kimi, kifayət qədər sosialyönümlü bir layihə olardı”
Bu gün, 17:25
Hikmət Hacıyev: "Sülh heç vaxt olmadığı qədər yaxındır, lakin buna mane olurlar"
Bu gün, 13:16
ABŞ də qərarını verdi: “Patriot”lar Ermənistana göndərilir? – Türkiyədən əks-həmlə
Bu gün, 12:49
Toivo Klaar ədaləti yox... xristian həmrəyliyini ÜSTÜN BİLDİ... - FAKT BUDUR!
Bu gün, 12:15
Azərbaycan və Ermənistan parlament sədrləri mayda görüşə bilər
Bu gün, 11:41
Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)