Sensasiya: 5 rayonla bağlı razılaşma var, müharibə isə...
Siyaset
Oxunub: 553
14 mar 2018 | 17:35
Sensasiya: 5 rayonla bağlı razılaşma var, müharibə isə...











Qərb nə postsovet, nə də Yaxın Şərqdəki müttəfiqlərinin suverenliyi və ərazi bütövlüyünə zəmanət verir.

Axar.az xəbər verir ki, bunu "1in.am” saytına müsahibəsində rusiyalı ideoloq, filosof Aleksandr Duqin söyləyib. Onun sözlərinə görə, Ermənistan heç bir zaman Qərbin yanında yer almamalıdır:

"Trampın hakimiyyəti dönəmində Amerikada hökmranlıq edən model realizmdir. Bu halda belə Rusiya Amerika təsirini məhdudlaşdıran faktor olur. Birqütblü dünyanın yanaşması baxımından Rusiya suveren dövlət kimi yox edilməlidir. Digər məsələ odur ki, Tramp öz seçki kampaniyası zamanı imperialist gündəmdən imtinanı təklif etmişdi, amma bu yanaşma siyasi praktikada istifadə edilməyib. Rusiya indiyə qədər qlobalizm və atlantizmin düşməni olaraq qalır. Amerikadakı realistlər Rusiyanın haqqını tanıyır və onun necə olmaq istəməsini qəbul edirlər. Lakin onlar eyni zamanda Rusiyanı da zəiflətməyə çalışırlar. Bu, çox incə, ideoloji problemdir. Rusiyanın müttəfiqləri rahat olmalıdırlar. Onlar Rusiyaya sadiq olmalıdırlar. Əgər bu müttəfiqlərdən hansısa biri digər tərəfə keçməyə cəhd etsə, Qərbin nə postsovet, nə də Yaxın Şərqdəki müttəfiqlərinin suverenliyi və ərazi bütövlüyünə zəmanət verdiyini görəcək. Buna görə də məntiqli olaraq bu müttəfiqlər əvvəlki ittifaqlarında olmağa davam edəcəklər. Belə bir seçim müəyyən xərclərə səbəb ola bilər, amma seçim artıq edilib. Erməni xalqı qərarı özü verməlidir. Heç kim onu nəyəsə məcbur etmir, ittifaq hər zaman könüllülük əsasında olur. Mənim fikrimcə, bu müttəfiqlik bütün çətinliklərinə rəğmən Ermənistanın yeganə məntiqli, optimal, tarixi, normal seçimidir”.

O, Qarabağ ətrafındakı 5 rayonun qaytarılmasıyla bağlı Rusiya, Azərbaycan və Ermənistan arasında razılaşma mövcud olduğunu bildirib:

"Qarabağ problemi hər şeydən öncə Ermənistan və Azərbaycan xalqlarının problemidir. Bu, təkcə dövlətlər arasında münasibət yox, həm də xalqlar arasında münasibət deməkdir. Bu problemin həlli üçün Türkiyənin Azərbaycanın, İranın Ermənistanın, Rusiyanın hər iki tərəfin yanında yer alaraq proses başlatması prinsipcə reallaşa bilər. Əsas məsələ Qərbi mümkün qədər uzaqlaşdırmaqdır. Qərb regionun problemlərini anlamadan, özünün milli problemlərini öyrənmədən, yarıtmaz standartları ilə digərlərinin işinə qarışır. Rusiya, Türkiyə, İran isə çoxmillətlidir və onlar milli və dini qruplar arasında qarşılıqlı fəaliyyətlə bağlı çox böyük təcrübəyə sahibdirlər. Məsələn, Rusiya təkcə xristian ölkəsi deyil. Bəli, biz provoslav ölkəyik, amma bizim ölkədə çoxlu müsəlman da var və biz onlara düşmən kimi baxa bilmərik. Türkiyə Azərbaycana milli birlik əsasında, İran isə Ermənistanla tarixi köklərlə bağlıdır. Digər tərəfdən, İranın Cənubi Azərbaycan problemi var. Beləliklə, bu üçbucaqda hər bir tərəf öz maraqları və prioritetlərinə sahibdir. Onların konsolidasiyası zamanı biz Qarabağın həllinə çata bilər. Üstəlik, artıq rayonların azad edilməsi alqoritmi hazırlanıb. Çoxları bunu Qarabağın satılması kimi şərh edir, amma bu belə deyil. Məsələ Bakı və İrəvan arasındakı konstruktiv dialoqdur. 5 və ya 7 regionun Azərbaycana qaytarılması xoş niyyətin nümayişi, gərginliyin azaldılması, situasiyanın deeskalasiyasında həlledici addım ola bilər. Bundan sonra hərbi konflikt təhdidi əhəmiyyətli dərəcədə azalacaq.

Beş rayonun qaytarılması ilə bağlı razılaşma mövcuddur. Bunun haqqında Rusiya, Azərbaycan və Ermənistan prezidentləri danışıblar. Hər üç ölkədə bu, fərqli qəbul edilir. Azərbaycan mətbuatı bunu qələbə kimi dəyərləndirir, erməni mətbuatı bunu xəyanət sayır, ruslar üçün isə bunun ümumiyyətlə mənası yoxdur”.

Duqin həmçinin Qarabağda yeni müharibə başlamaq ehtimalının da olduğunu deyib:

"Təəssüf ki, müharibə ilə bağlı böyük risk var və bunu Amerika tərəfi dilə gətirir. İnformasiya müharibəsi anlayışı mövcuddur. Əgər kimsə deyirsə ki, konflikt çox inandırıcıdır, başlaya bilər, o zaman hər kəs bu konflikti gözləməyə başlayır. Mən öz mühazirələrimdə hər zaman bu hekayəni demişəm. Suriya konfliktinin başlanğıcında Hələbdə "Əl-Cəzirənin” efirində etiraz aksiyaları nümayiş etdirildi. İnsanlar küçəyə çıxdılar, gördülər ki, heç kim yoxdur, amma onlar televizorda göstərilən bu meydanda böyük kütlə toplandığını görmüşdülər. Sonradan meydan dolmağa başladı, ona görə ki, hər kəs orada nəyin baş verdiyinə baxmaq üçün küçəyə çıxdı. Televizorda isə əslində Qahirədəki Təhrir meydanı göstərilmişdi. Yəni əvvəlcə informasiya peyda olur, sonradan təhlükə yaranır, daha sonra isə hadisə baş verir. Ən böyük təhlükə odur ki, konflikt Amerikaya Rusiyanın Cənubi Qafqazda diskreditasiyası üçün lazımdır. Nə ermənilər, nə də azərbaycanlılar Amerikanın gözündə dəyərə malikdirlər. Onlar bu xalqları xəritədəki şərti anlayış kimi qəbul edirlər. Məncə, müharibə riski var, amma yenə təkrar edirəm ki, bundan qaçmaq planları da mövcuddur”.
Bu gün, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Bu gün, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Bu gün, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir