Ölkə “qara zolaq”dan çıxdı - Bax Belə
Siyaset
Oxunub: 24 500
31 okt 2018 | 09:52
Ölkə “qara zolaq”dan çıxdı - Bax Belə















Ölkə “qara zolaq”dan çıxır... Hakimiyyət investisiya bazarını necə dirildir? - Faktlar

Azərbaycan kapital qoyuluşunda nəinki MDB məkanında lider dövlətdir, hətta bir çox Şərqi Avropa ölkələrindən öndədir

Bu barədə redaksiyamızın İqtisadiyyat Şöbəsi məlumat yayıb.

Ölkə iqtisadiyyatına 5 milyard dollar sərmayə qoyulub. Bu gün sərmayə qoyuluşu demək olar ki. bütün ölkələrdə azalır.

Çünki maliyyə sıxıntıları, problemlər var. Amma Azərbaycana sərmayə qoyulur və bu sərmayənin böyük hissəsi xarici sərmayədir. Yəni xarici investorlar üçün Azərbaycan çox cəlbedici ölkədir.

Ölkəmizdə investisiya təşviqi mexanizmi uğurla icra olunur. Bu mexanizm işə düşəndən sonra ölkə iqtisadiyyatına 1,6 milyard manat dəyərində investisiya qoyulub.

Sözsüz ki, kapital qoyuluşu, sahibkarlara güzəştli kreditlərin verilməsi və investisiya təşviqi mexanizmlərinin işə düşməsi nəticəsiz qala bilməzdi. Buna görə də cari ildə 122 min yeni iş yeri açılıb ki, onun da 101 mini daimidir.

Ölkənin iqtisadi inkişafının müxtəlif sahələrinə dövlət tərəfindən ardıcıl olaraq kapital qoyulur. Bu, xüsusilə infrastruktur layihələrində özünü daha qabarıq göstərir.

Yatırılan sərmayənin 69,8 faizi qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulub. Bu da ölkədə sahibkarlar tərəfindən iqtisadiyyata kapital qoyuluşunda fəallaşmanın təzahürüdür.

Beləliklə, daxili mənbələrdən əsas kapitala yönəldilən vəsaitin dəyəri ümumi sərmayənin 40 faizini təşkil edib.

Əsas kapitala yönəldilən sərmayədə müəssisə və təşkilatlar, banklar, büdcə tərəfindən ödənilən vəsaitlər, büdcədənkənar fondların sərmayələri, əhalinin şəxsi vəsaitləri önəmli yer tutur.

Kapital qoyuluşu, eyni zamanda tikinti sektorunda canlanmaya səbəb olub. Belə ki, yanvar-may aylarında inşaat sektorunda işçilərin orta siyahı sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz artaraq 93,8 min nəfər olub.

Onların orta aylıq əməkhaqqı 821,4 manat təşkil edib. Bu sahədə əməkhaqqını daha çox binaların tikintisində və mülki təyinatlı inşaat işlərində çalışanlar alıb.

Son illər ölkəmizdə qeyri-neft iqtisadiyyatının inkişaf etdirilməsi, xüsusilə aqrar sektorun, onun bir istiqaməti olan ənənəvi sahələrin dirçəldilməsi prioritet məsələlərdəndir.

Tütünçülük, baramaçılıq və fındıqçılıq da hələ uzun illər öncə Azərbaycanda ənənəvi və ixracyönümlü sahələrdən olub. Hazırda bu sahələrin daha da inkişaf etdirilməsinə mühüm dövlət dəstəyi göstərilir.

Keçirilən respublika müşavirlərində Prezident İlham Əliyev bir daha bu məsələlərə toxunub, mövcud vəziyyətdən və perspektivdən danışmışdır.

Dövlətimizin başçısının həmin müşavirlərdə qarşıya qoyduğu tapşırıq və vəzifələrin yerinə yetirilməsi məşğulluğun təmin olunmasına, insanların əlavə qazanc əldə etmələrinə, ixracın artırılmasına və ölkəyə valyuta axınına səbəb olacaq.
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO