21-03-2018, 17:25 Oxunub: 85

“Azərbaycan” qəzetində püşkatma – Sərdar Cəlaloğlu birinci, Hafiz Hacıyev sonuncu

“Azərbaycan” qəzetində püşkatma – Sərdar Cəlaloğlu birinci, Hafiz Hacıyev sonuncu














Prezidentliyə namizədlərin təbliğat-təşviqat sırası bəlli oldu
Aprelin 11-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar artıq seçki marafonunun əsas mərhələlərindən biri olan seçkiqabağı təşviqat dövrü başlayıb. Qanunvericiliyin tələbinə əsasən seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış başlayır və səsvermənin başlamasına 24 saat qalmış dayandırılır.

Musavat.com "Azərbaycan" qəzetinə istinadla xəbər verir ki, seçkiqabağı təşviqat müddəti başlanandan sonra bir həftə müddətində qeydə alınmış namizədlər arasında dövlət dövri mətbuat nəşrləri tərəfindən ayrılmış pulsuz dərc yerinin bölgüsü məqsədilə püşkatma keçirilir. Rəsmi dövlət qəzeti olan “Azərbaycan” da namizədlərin ödənişsiz əsaslarla təşviqat materiallarına yer ayırıb.

Dünən qəzetin redaksiyasında namizədlərin təşviqat materiallarının səhifələrdə yerləşdirilməsi ardıcıllığını müəyyənləşdirmək üçün püşkatma keçirilib. Qeydə alınmış namizədlərin səlahiyyətli nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edən “Azərbaycan” qəzetinin Parlament və siyasət şöbəsinin redaktoru, redaksiya “Prezident seçkilərinə hazırlıq” qrupunun rəhbəri İxtiyar Hüseynli bildirib ki, rəsmi dövlət nəşri olan “Azərbaycan” qəzeti 11 aprel prezident seçkilərinin təbliğat və təşviqat kampaniyasında fəaliyyətini Azərbaycan Respublikasının Seçki Məcəlləsi və Mərkəzi Seçki Komissiyasının “Azərbaycan Respublikası Prezidentinin seçkilərində kütləvi informasiya vasitələri ilə seçkiqabağı təşviqatın aparılması qaydaları haqqında” Təlimatına əsasən müəyyənləşdirib. Qəzet prezidentliyə qeydə alınmış namizədlər üçün ödənişsiz əsaslarla təşviqat materiallarına yer ayırıb. Qanunvericiliyə uyğun olaraq həftə ərzində 8 min kv.sm, yəni 4 səhifə müəyyənləşdirilib.

İxtiyar Hüseynli əlavə edib ki, üç təşviqat həftəsi çərçivəsində 8 namizədin təşviqat materialları qəzetin bazar günü nömrələrində nəşr olunacaq: “Qəzetdə dərc ediləcək təşviqat materialları hər namizəd üçün A-2 formatlı qəzetdə yarım səhifə, yəni 1000 kv.sm nəzərdə tutulur. Biz 5 il öncə keçirilən prezident seçkilərinin təbliğat-təşviqat mərhələsində fərqli bir mexanizm təklif etdik. Hər həftə ardıcıllıq elə müəyyənləşdirildi ki, bütün namizədlər üçün bərabər təşviqat imkanları, bərabər təbliğat şəraiti yaradıldı. Təsadüfi deyil ki, 5 il öncə prezidentliyə namizədlərin seçki qərargahları bu mexanizmi ən ədalətli və obyektiv təşviqat modeli kimi dəyərləndirdilər. Bu dəfə də həmin mexanizmi davam etdiririk. Beləliklə, reklam materiallarının dərci ardıcıllığında ədalətlilik, bərabərhüquqluluq təmin olunacaq və namizədlərin təşviqat materialları həftələr ərzində səhifələr və mövqelər üzrə dəyişiləcək”.

Sonra namizədlərin səlahiyyətli nümayəndələrinin iştirakı ilə qəzetin 25 mart, 1 və 8 aprel tarixlərində dərc ediləcək ödənişsiz təşviqat materiallarının ardıcıllığını müəyyənləşdirən püşkatma keçirilib. Püşkatmanın nəticəsinə əsasən dərc ardıcıllığı belə müəyyənləşib:

1. Sərdar Məmmədov
2. İlham Əliyev
3. Qüdrət Həsənquliyev
4. Zahid Oruc
5. Araz Əlizadə
6. Fərəc Quliyev
7. Razi Nurullayev
8. Hafiz Hacıyev

Püşkatmadan sonra səlahiyyətli nümayəndələri maraqlandıran bütün suallara aydınlıq gətirilib və nümayəndələr öz fikirlərini bölüşüblər.

Prezidentliyə namizəd İlham Əliyevin səlahiyyətli nümayəndəsi, YAP icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov: “Püşkatma çox obyektiv şəkildə keçirildi. Prezidentliyə namizədlərin səlahiyyətli nümayəndələri, vəkilləri bütün prosesi izlədilər və prosedur qaydalarının ədalətli olduğunu açıq-aydın gördülər. Yəni püşkatmanın nəticəsi bütün tərəflərin razılığı ilə qarşılandı. Hesab edirəm ki, tam şəffaf şəkildə püşkatma keçirildi və namizədlərin təşviqatı müəyyən olunan sıralama ilə “Azərbaycan” qəzetində bərabər imkanlar əsasında dərc ediləcək. Bu da namizədlər üçün yaradılan münbit şəraitdir və prezidentliyə namizədlərin seçicilərə öz platformasını geniş təqdim etmələri üçün çox önəmlidir”.
Prezidentliyə namizəd Sərdar Məmmədovun vəkili Nurəddin İsmayılov: “Püşkatma çox ədalətli keçdi. Təşkilatçılıq yüksək səviyyədə idi. Hər bir namizəd üçün bərabər şərait yaradılıb. Bir sözlə, püşkatmadan çox razı qaldım. Hesab edirəm ki, bu, hər bir namizəd üçün yaradılan mükəmməl şəraitdir”.

Prezidentliyə namizəd Araz Əlizadənin səlahiyyətli nümayəndəsi Yaşar Əsədov: “Prosedur qaydaları ilə bir daha tanış olduq. Püşkatma çox şəffaf və ədalətli keçirildi. Artıq təbliğat-təşviqat kampaniyamızın rəsmi qəzetdə necə aparılması mexanizmi və bizə ayrılan yer bəllidir. İstərdik ki, namizədlərin digər mətbuat vasitələri və televiziyada da aparılan təbliğat kampaniyaları da yüksək səviyyədə təşkil olunsun”.

Prezidentliyə namizəd Razi Nurullayevin səlahiyyətli nümayəndəsi Mehriban Sadıqova: “Püşkatma çox obyektiv keçdi, prosedur qaydalarına tam əməl olundu. Hər bir nümayəndə özü püşkatmada təbliğat günlərini müəyyənləşdirdi. İnanıram ki, Prezident seçkilərində seçkiqabağı təşviqat ədalətli keçəcək. Hamıya uğurlar”.

Prezidentliyə namizəd Fərəc Quliyevin səlahiyyətli nümayəndəsi Həbib Ələkbərli: “Püşkatma obyektiv və şəffaf keçdi. Burada şübhəli heç bir məqam ola bilməz. Təqdirəlayiq haldır ki, namizədlərin püşkatmada götürdüyü yerlərdən asılı olmayaraq səhifədə yerləri tam ədalətli şəkildə yerləşdiriləcək. “Azərbaycan” qəzeti tərəfindən tərəfindən müəyyən edilən bu təşviqat ardıcıllığı mexanizmini çox müsbət dəyərləndirirəm”.
namizəd Zahid Orucun səlahiyyətli nümayəndəsi İlqar Kərimov: “Püşkatma tam şəffaf şəkildə keçirildi və biz nümayəndələr tam obyektivliyin şahidiyik. Bütün qaydalara riayət edildi, rəsmi dövlət qəzetində təşviqat ardıcıllığı müəyyənləşdi. Hesab edirəm ki, bu seçkilərdə hər bir namizəd üçün bərabər imkanlar yaradılıb”.
Birinci Zahid Oruc, sonda Hafiz Hacıyev çıxış edəcək - Püşk atıldı Birinci Zahid Oruc, sonda Hafiz Hacıyev çıxış edəcək - Püşk atıldı Siyaset Prezidentliyə namizədlərə 6 saat ödənişsiz efir vaxtı ayrılacaq Prezidentliyə namizədlərə 6 saat ödənişsiz efir vaxtı ayrılacaq Siyaset Seçkiyə az qalıb: Təşviqat lövhələri ürək ağrıdır - FOTOLAR Seçkiyə az qalıb: Təşviqat lövhələri ürək ağrıdır - FOTOLAR Sosial Referendumqabağı təşviqat bu həftə başlayır Referendumqabağı təşviqat bu həftə başlayır Siyaset MSK təşviqat kampaniyası barədə xəbərdarlıq edib MSK təşviqat kampaniyası barədə xəbərdarlıq edib Siyaset