Putinin və ermənilərin sədaqətli nökəri - Lavrov getsə...
Siyaset
Oxunub: 520
22 mar 2018 | 19:00
Putinin və ermənilərin sədaqətli nökəri - Lavrov getsə...















Rusiya xarici işlər naziri Sergey Lavrovun tezliklə vəzifədən gedəcəyi xəbəri yayılıb. Xəbərə görə, o, yorulduğu üçün işindən getmək istəyir. Lakin prezident Vladimir Putinin inadlı xahişindən sonra prezident seçkisinədək vəzifədə qalmağa razılaşdığı bildirilir. Maraqlıdır ki, Rusiya XİN-in sözçüsü Mariya Zaxarova öz şefinin XİN-i tərk edib-etməyəcəyi barədə məlumatsız olduğunu söyləyib. Yəni xəbəri nə təsdiq, nə də təkzib edib.

Arayış üçün bildirək ki, dünən – martın 21-də 68 yaşı tamamlanan Sergey Lavrov 14 ildir fasiləsiz olaraq, Rusiya kimi qüdrətli bir dövlətin xarici siyasət idarəsinə rəhbərlik edir. Onu şübhəsiz, Putinə ən sədaqətli kadrlardan biri və bəlkə də birincisi saymaq olar. Yoxsa bu qədər müddətdə postunda qala bilməzdi. Amma təkcə Putinə sədaqət hesabınamı o, yüksək vəzifədə duruş gətirə bilib?

Bu barədə az sonra. Hələlik bunu vurğulayaq ki, Lavrovun gedişi ilə ola bilsin, Rusiyanın konkret olaraq Dağlıq Qarabağ siyasətində ciddi dəyişiklik olmasın. Çünki Kremlin xarici siyasət kursunu, – Qarabağ məsələsi də bura daxildir, - XİN başçısı yox, məhz prezident müəyyən edir. Hərçənd, erməni kökənli Lavrov-Kələntərov bu siyasətə illər uzunu ermənilik elementləri qata bilib. Erməni erməni olmazdı hər işdə öz xislətindən bir nişanə saxlamasaydı.

Lavrov ile ilgili görsel sonucu

Bu mənada Lavrovun XİN rəhbərliyindən getməsi Azərbaycan üçün ən əvvəl psixoloji önəm daşıyır. Hər halda, Rusiya baş diplomatı postunda erməni əsilli biri qaldıqca Azərbaycan toplumunda Rusiyaya etimad çətin ki, yaxşıya dəyişsin. Həm də o səbəbə ki, Sergey Lavrov Rusiyada erməni lobbisinə bağlı ən yüksək çinli şəxsdir. Onun himayəsi altında XİN-də, Rusiyanın müxtəlif dövlət orqanlarında və KİV-də güclü erməni şəbəkəsi kök salıb və bu şəbəkənin əli yetərincə uzundur.

Lavrovun vəzifədən getməsi ilə həmin şəbəkənin “krışası”, yaxud lobbinin mühüm siyasi dayaqlarından biri yəqin ki, aradan getmiş olacaq. Söz düşmüşkən, məhz Lavrovun başçılıq elədiyi həmin şəbəkə Azərbaycana ermənipərəst birisini – Georgi Zuyevi səfir kimi sırımaq istəyirdi (Bakıda Rusiya səfirinin postu hələ də boşdur). Bundan əlavə, İran kimi bizim üçün mühüm bir dövlətdə Rusiyanı səfir qismində illərdir məhz Levan Çiqaryan ad-soyadlı erməni təmsil edir və daima Bakı-Moskva (Tehran), Ankara-Moskva (Tehran) münasibətlərinin təməlini qazımaqla məşğuldur.

Erməniləri xeyli məmnun edən “Qarabağda müharibə Azərbaycanın daxili işi deyil” məlum bəyanatı da Lavrova məxsusdur. Bu, onun anonsudur ki, sabah Qarabağda antiterror əməliyyatı başlasa, Lavrovun erməni damarı dərhal tutacaq və həm təbliğati, həm də başqa anlamda bütün “dolağı” ilə əleyhimizə işləyəcək. Onun nahaq yerə, Rusiyadakı ermənilərin “boz kardinal”ı adlandırmırlar ki. Təsadüfi deyil ki, prezidenti İlham Əliyev keçən yay Soçidə Putinlə təkbətək görüşü zamanı öncəliklə Lavrova işarə vuraraq, Rusiyada Azərbaycanla münasibətləri korlamağa çalışan qüvvələrin olduğunu demişdi...

Lavrov ile ilgili görsel sonucu

Qayidaq istefa məsələsinə. Diqqət edildi yəqin, Sergey Lavrovun getməsini Putin yox, Lavrovun özü istəyir. Yəni onun işindən Kreml başçısı razıdır. Əks halda Putin onu çoxdan işdən qovmuşdu. Bu xüsusda istisna deyil ki andiçmədən sonra yeni hökumət formalaşarkən Putin onun qalıb işləməsində israr edə bilər. Daha bir səbəbdən.

Məsələ ondadır ki, Rusiyanın Qərblə münasibətlərinin korlanmasında və hazırkı kritik, hətta böhranlı vəziyyətə gəlməsində Lavrovun müstəsna “xidməti” var. Bunu da unutmaq olmaz ki ABŞ prezidenti Donald Tramp dövlət katibi postuna qatı anti-Rusiyaçı Maykl Pompeonu gətirmək qərarı verib və onun namizədliyinin Senatdan keçməsi ehtimalı kifayət qədər yüksəkdir.

Yəqin ki, Putin bu amili də nəzərə alacaq və Senatın qərarını gözləyəcək. Əgər o, ABŞ və Avropa ilə konfrontasiya kursunda maraqlı olacaqsa, o zaman mümkün ki, Lavrovun qalmasında israr eləsin və ya ən azı, onun kimi sərt birisini bu vəzifədə görmək istəsin.

İstənilən halda, Lavrovun gedişi həm Qərblə, ABŞ-la münasibətlərə, həm də Qarabağ danışıqlar ətrafındakı duruma ümidverici bir ab-hava gətirər, sülh danışıqlarına gümrahlıq, Bakı-Moskva münasibətlərinə isə müəyyən həlimlik və proqnoza yatımlılıq qata bilər - bir şərtlə ki, xələfi ona “rəhmət” oxutduran biri olmasın...
Bu gün, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb