Prezidentin Qarabağ mesajı: - İrəvana hücum...
Siyaset
Oxunub: 3 259
23 mar 2018 | 11:10
Prezidentin Qarabağ mesajı: - İrəvana hücum...















Azərbaycan hər zaman olduğu kimi, seçkidən sonra da Dağlıq Qarabağla bağlı daha tələbkar, ciddi və beynəlxalq prinsiplərə söykənən mövqedən çıxış edəcək.

Bu sözləri Axar.az-a a Novruz münasibətilə keçirilən ümumxalq şənliyində Prezident İlham Əliyevin Ermənistanla bağlı çıxışını şərh edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev deyib. Millət vəkilinin sözlərinə görə, ölkə başçısının seçkiqabağı bu çıxışı əslində, Azərbaycanın uzun müddətdir planlaşdırdığı hücum siyasətindən xəbər verir:

“Azərbaycan hər zaman olduğu kimi, seçkidən sonra da Dağlıq Qarabağla bağlı daha tələbkar, ciddi və beynəlxalq prinsiplərə söykənən mövqedən çıxış edəcək və ədalətin bərpasını tələb edəcək. Bu isə o anlama gəlir ki, prezident seçkisindən sonra Azərbaycan Dağlıq Qarabağla bağlı daha sərt siyasət yürüdəcək və yeni hücum siyasətinə keçəcək. Dünyanın aparıcı ölkələri, xüsusən də həmsədr dövlətlər artıq öz siyasətlərində korrektələrə getməyi, gerçəyi, ədaləti dəstəkləməyi bacarmalıdırlar. Cənab prezident son çıxışı ilə sözügedən dövlətlərin qarşısında çox ciddi tələb qoydu. Nəhayət, dünya Ermənistanın işğalçılıq siaysətinə yox deməlidir. Prezidentin qətiyyətli mövqeyi də məhz bundan xəbər verir. Dövlət başçısı artıq neçənci dəfədir ki, İrəvana sərt xəbərdarlıq edərək, Azərbaycan torpaqlarını azad etməyə çağırır. Bu, həm də Dağlıq Qarabağ və ətraf rayonların azad olunması ilə bağlı Bakının gələcək planlarından xəbər verir. Hesab edirəm ki, Ermənistanı qarşıda çox böyük sınaq gözləyir”.

Qeyd edək ki, Prezident İlham Əliyev Novruz münasibətilə keçirilən ümumxalq şənliyindəki çıxışında Ermənistanın iki il bundan əvvəl döyüş meydanında üzləşdiyi məğlubiyyətdən bu günə qədər də özünə gələ bilmədiyini vurğulayıb:

“Nəqliyyat siyasəti ilə bağlı Ermənistan dalan ölkədir və açıq deməliyik ki, bunu biz etmişik. Bu gün Azərbaycan bayrağı Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının vaxtilə işğal altında olan torpaqlarında dalğalanır. Gün gələcək ki, bizim bayrağımız Şuşada və Xankəndidə dalğalanacaq”.
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
23-04-2024, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR