Deputatlara SƏRT İSMARIŞ: – “Hadıların, Musaların… mandatları əlindən alınmalıdır”
Siyaset
Oxunub: 672
14 apr 2018 | 10:48
Deputatlara SƏRT İSMARIŞ: – “Hadıların, Musaların… mandatları əlindən alınmalıdır”













Xəbər verdiyimiz kimi Bakıda küçə süpürən qadının “KamAz” markalı nəqliyyat vasitəsi tərəfindən vurulması və öldürülməsi ciddi müzakirələrə səbəb olub. Hadisənin ardından isə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, millət vəkili Musa Quliyevin “Ölən süpürgəçini heç kim işləməyə məcbur etməyib” deməsi sosial medianı ayaqlandırıb və etirazlara səbəb olub.

Bununla bağlı BiG.AZ-a danışan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun böyük elmi işçisi, fəlsəfə doktoru, sosioloq Ağasəlim Həsənov bu cür məsuliyyətsiz bəyanatlar həmişə ictimai rəydə qıcıq yaratdığını bildirib:

“Bu açıqlamaları sıradan biri versəydi bu qədər əhəmiyyət daşımazdı. Deputat mandatını əldə etmiş şəxs bu cür məsuliyyətsiz açıqlama verməsi xalqı bir növ alçaltmaqdan və təhqir etməkdən başqa bir şey deyil. Hesab edirəm bu ictimai rəydə qıcıq yaradacaq. Əlbəttə bu cür bəyanatlar müsbət qarşılamamalıdır. Tənqid edilməlidir. Deputat dünyasını dəyişən insanın ailəsindən bəyanatına görə hətta üzr istəməlidir. Bu cür açıqlama məmurların xalqa olan münasibətinin təzahürüdür. Maraqlısı odur ki, bu cür açıqlamalar verən deputatlar sosial-siyasi məsələlərlə məşğul olanlardır, bu daha acınacaqlıdır. Xalqın sosial rifahını,durumunu qanunvericiliklə tənzimləyən birisi bu cür məsuliyyətsiz açıqlamalar verməsi gülünc səslənir. Hadıların və Musaların bəyanatlarında bu cür sərsəm ifadələri biz dəfələrlə eşitmişik. Bir zamanlar müəllimlərə usta işləyin, pul qazanın deyə fikirlər səsləndirilib. Bütün bunları vətəndaş kimi normal qarşlaya bilmərəm. Bu cür məsuliyyətsiz bəyanatlar verən deputatların mandatı əlindən alınmalıdır”.

Ağasəlim Həsənov vurğulayıb ki, xaricilərində bizə tutduğu ən böyük irad qadınların küçə süpürməsi ilə bağlıdır: “Qadınların, uşaqların hüquqları qanunvericilikdə qorunur. Onlar hansı işlərdə işləyə bilər və başqa önəmli məsələlər bütün sivil ölkələrdə qanunla tənzimlənir. Ümumiyyətlə mən qadınlarımızın küçə süpürməsinin əlehinəyəmAzərbaycanlı kişisi kimi küçə süpürən qadın görəndə qüruruma toxunur.Qadınlarımız niyə küçə süpürməlidir. Əgər xanımları hansısa dolnışıq ucbatında hansısa ona yaraşmayan işlərə məcbur edilirsə bu qadına yetərincə dəyər verməməyin göstəricisidir”.

Deputat Aydın Hüseynov isə həmkarını müdafiə edərək bildirib ki, Musa Quliyev həssas, xalqını, dövlətini sevən bir insandır: “Bəzən görürsən ki, jurnalistlər fikiri konteksdən çıxarır. Musa müəllim ölkəmizdə baş verən prosseslərə həssas yanaşır. Dövlət qayğısı və inkişafı ilə bağlı səsləndirdiyi fikirlər müsbət qarşılanır. Musa Urud kimi bir şəxsin adını bu cür mətbuatda səsləndirilməsi doğru deyil. Mən həmin şəxsin ailəsinə baş sağlığı verirəm. Peşəsindən aslı olmayaraq bir çox insanlar qəzada dünyasını dəyişir. Heç kəs bundan sığortalanmayıb. Mətbuatımızdan xahiş odur ki, xoş hadisələrlə bağlı reportajlar hazırlasınlar. Bu cür yazıların verilməsi ölənin ruhuna da yaxşıdır. Hər bir vətəndaşımız bizim üçün dəyərlidir”.
Bu gün, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Bu gün, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Bu gün, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Bu gün, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Bu gün, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Bu gün, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Bu gün, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Bu gün, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Bu gün, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Bu gün, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Bu gün, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Bu gün, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Bu gün, 10:31
Azərbaycanda zəlzələ olub
Bu gün, 10:27
Avro və lirə ucuzlaşdı - Məzənnələr
Bu gün, 10:22
Kəndlərimizdə şou göstərlərin ifşası: Qarabağdan görüntüsü ortaya çıxdı - VİDEO
Bu gün, 10:03
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Bu gün, 09:59
Qırğızıstan prezidenti Ağdama gedəcək
Bu gün, 09:56
Hər şeyə Ərdoğan qərar verir, Qərbin "əl-qolu bağlanıb"
Bu gün, 09:28
Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan
Bu gün, 09:20
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
Bu gün, 09:10
Paşinyan: Bəzi gizli razılaşmalar hesablanıb
Dünən, 16:00
Sülh müqaviləsi Astanada və ya Tiflisdə bağlana bilər - İNCƏLƏMƏ
Dünən, 15:30
Ruben Vardanyana Nobel mükafatı verilməsi təşəbbüsünün arxasında kim dayanır? - AKTUAL
Dünən, 14:22
Kənlərimizin AZADLIĞI... - həm də buna görə MÜHÜMDÜR!
Dünən, 14:00
Qarabağdan çıxarılan sülhməramlılar birbaşa Ukraynaya göndərilir? - "Bild"
Dünən, 13:19
Şəhərlər Türkiyə bayrağına büründü: 13 ildən sonra KRİTİK SƏFƏR - FOTO