Prezidentə təbriklər gəlməkdə davam edir — YENİLƏNİB
Siyaset
Oxunub: 497
14 apr 2018 | 21:19
Prezidentə təbriklər gəlməkdə davam edir — YENİLƏNİB














Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kosyançiç və Avropa Olimpiya Komitələrinin baş katibi Raffaele Pagnozzi İlham Əliyevi yenidən Azərbaycan Prezidenti seçilməsi münasibətilə təbrik ediblər.
"Ölkə.Az" xəbər verir ki, təbrik məktubunda bildirilir: “Bu qələbə Sizin əvvəlki illərdə dövlət başçısı vəzifəsində həyata keçirdiyiniz mükəmməl fəaliyyətin yüksək qiymətləndirilməsi, həmçinin Azərbaycan xalqının ölkənin tərəqqisinin hərəkətverici qüvvəsi kimi Sizə bəslədiyi etimadın göstəricisidir. Məhz Sizin rəhbərliyinizlə Bakıda və ölkənin bütün regionlarında inkişaf və yenidənqurma, eləcə də müasirləşmə işlərinin geniş vüsət alması Azərbaycanı dünyanın diqqət mərkəzinə çevirib. İcazə verin, bu fürsətdən istifadə edərək, Zati-aliləri, Sizinlə və Milli Olimpiya Komitəsi ilə aramızda olan, yüksək dəyərləndirdiyimiz dost münasibətlərinə görə dərin minnətdarlığımızı bildirək.

Ölkənizin Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi etməsi, eləcə də növbəti Avropa Gənclər Olimpiya Festivalının məhz Bakıda keçirilməsi ölkənin Avropada güclü nüfuza malik olmasını təsdiq edir. Bu isə ölkənin müasir, dinamik inkişaf edən xarakterinin və burada necə əməksevər və dost insanların yaşadığının bariz nümunəsidir.

***

ATƏT-in Bakı ofisinin keçmiş rəhbəri Aleksis Şahtaxtinski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrik mətnində deyilir: “Hörmətli cənab Prezident. 2018-ci il aprelin 11-də Azərbaycanda keçirilmiş prezident seçkilərində inamlı qələbəniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Əminəm ki, Azərbaycan Respublikasının Prezidenti vəzifəsində mürəkkəb beynəlxalq şəraitdə başlanan yeni 7 illik prezidentlik mandatınız Azərbaycan dövlətçiliyinin daha da möhkəmlənməsi ilə əlamətdar olacaq, ölkənin iqtisadi inkişafına yeni təkan verəcək, onun suverenliyinin qorunub saxlanması və ərazi bütövlüyünün bərpa edilməsi məqsədilə Silahlı Qüvvələrin möhkəmlənməsinə xidmət edəcək.

Azərbaycan xalqı Sizin son 15 ildə apardığınız böyük dövlətçilik işini, xüsusən əhalinin rifahının əhəmiyyətli dərəcədə yüksəlməsinə və dövlətimizin dünya arenasında nüfuzunun artmasına (buna görə mən peşəkar diplomat kimi çox fəxr edirəm) Sizin şəxsi töhfənizi yüksək qiymətləndirib. Şəxsən mən dünən ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçkilərində iştirak etdim və bu, mənim həyatımda ən mühüm hadisələrdən biri oldu.

Əminəm ki, Siz xalqın yüksək etimadına güvənərək Azərbaycanın uğurlarını daha da artıracaqsınız. Bu işdə əlimdən gələn köməyi etməyə hazıram. Mənim üçün çətin vaxtda mənə göstərilmiş dəstəyə görə Sizə təşəkkürümü bildirmək istəyirəm və bundan sonra da Sizin sərəncamınızdayam.

Bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, ailə səadəti, məsuliyyətli və şərəfli vəzifənizdə yeni uğurlar arzu edirəm. Azərbaycan xalqına Sizin rəhbərliyinizlə sülh və firavanlıq diləyirəm.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından 100 il, müstəqilliyimizin bərpasından və ölkəmizin tamamilə dağılmaqdan xilas olmasından 25 il sonra Azərbaycan qətiyyətlə irəli gedir. Bu gün bütün bunlar Sizin xidmətinizdir. Ulu Tanrı bundan sonra da ali dövləti vəzifənizi yerinə yetirməkdə Sizə kömək olsun”.

Ali dövləti fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar arzulayırıq. Bu il mayın 11-12-də Belqrad şəhərində Sizinlə görüşməyə ümidvarıq”.

Eyni zamanda İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru, Rusiya Elmlər Akademiyasının akademiki, professor Pyotr Qlıboçko, Gürcüstan Neft Məhsulları İdxalatçıları İttifaqının sədri Vano Mtvralaşvilidən və Gürcüstan Neft Məhsulları İdxalatçıları İttifaqı sədrinin müavini Vaxtanq İobaşvili, “Azərbaycan-Ukrayna sahibkarları və sənayeçiləri” Cəmiyyətinin sədri Əli Əliyev, Rusiya Müsəlmanları Mərkəzi Dini İdarəsinin sədri Ali müfti Talqat Səfa Tacuddin, Şimali Qafqaz Müsəlmanlarının Əlaqələndirmə Mərkəzinin sədri İsmayıl Berdiyev, Afrikadakı “Paramount Group” şirkətinin icraçı direktoru Ayvor İçikovitz, Rusiya Federasiyası Dağıstan Respublikasının Əməkdar Mədəniyyət İşçisi, Dərbənd Azərbaycan Dövlət Dram Teatrının direktoru Firdovsi Əsgərov da İlham Əliyevi yenidən Azərbaycan Prezidenti seçilməsi münasibətilə təbrik ediblər.

***

Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodik Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrik mətnində deyilir:

“Zati-aliləri.

Azərbaycan Respublikasının Prezidenti seçkilərində qələbəniz münasibətilə Sizi Serb Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan vətəndaşlarının rifahı naminə gördüyünüz işlər ölkənizin qarşıdakı illərdə daha yüksək nailiyyətlər qazanmasına imkan verəcəkdir.

Bu xoş fürsətdən istifadə edərək, Serb Respublikası ilə Azərbaycan Respublikası arasında qarşılıqlı əlaqələri daha da inkişaf etdirmək əzmində olduğumu bir daha vurğulamaq istərdim.

Zati-aliləri, ali dövləti fəaliyyətinizdə Sizə yeni uğurlar arzulayır və dərin ehtiramımı ifadə edirəm”.

***

Latviya Respublikasının Prezidenti Raymonds Veyonis Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrik mətnində deyilir:

“Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Latviya xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Ölkələrimiz arasında mövcud dostluq münasibətlərinin son illərdə sürətlə inkişaf etməsindən olduqca məmnunam. Bu xoş fürsətdən istifadə edərək, Azərbaycan ilə Latviya arasındakı əməkdaşlığın bundan sonra daha da möhkəmləndirilməsinə sadiq olduğumuzu bir daha bəyan edirəm.

Zati-aliləri, icazə verin, Sizə ən dərin ehtiramımı və ən xoş arzularımı bildirim”.
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Dünən, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Dünən, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
17-04-2024, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
17-04-2024, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
17-04-2024, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
17-04-2024, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
17-04-2024, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
17-04-2024, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi