Əliyev Ərdoğanla görüşə gedir: Qarabağla bağlı mühüm məqam - Sabiq dövlət müşavirindən şərh
Siyaset
Oxunub: 408
18 apr 2018 | 11:20
Əliyev Ərdoğanla görüşə gedir: Qarabağla bağlı mühüm məqam - Sabiq dövlət müşavirindən şərh















Prezident İlham Əliyevin Türkiyəyə budəfəki səfərində ikitərəfli əlaqələrin bütün sahələrinə toxunulacaq və bir sıra məsələlər öz həllini tapacaq.

Mia.az xəbər verir ki, bu sözləri Axar.az-a Prezident İlham Əliyevin Türkiyəyə gözlənilən səfərini şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib.

Politoloq bildirib ki, Bakını maraqlandıran əsas məsələ Türkiyə ilə Azərbaycan arasında hərbi-siyasi əməkdaşlıqdır:

"Yəni Bakı Ankara ilə hərbi-siyasi əlaqələri uzun müddətdir ki, inkişaf etdirir və bu proses yeni mərhələyə daxil olmalıdır. Söhbət birgə hərbi zavodların tikilməsi, hərbi məhsulların istifadə edilməsi və beynəlxalq aləmdə birgə siyasi əməkdaşlıqdan gedir. Bakı siyasi əməkdaşlıq sahəsində Ankaraya çox güvənir. Çünki Azərbaycan bu sahədə hər zaman Türkiyədən dəstək alıb. Əlbəttə, Rusiya-Türkiyə əlaqələri son vaxtlar yüksək inkişaf səviyyəsinə çatıb. Türkiyənin Rusiya ilə əlaqələrinin böyük əhəmiyyəti var. Rusiya-Türkiyə əlaqələri Dağlıq Qarabağ məsələsinin həlli baxımından da az önəm daşımır. Belə ki, Azərbaycan bu əlaqələrdən Rusiyanın Qarabağ məsələsində ədalətli rol oynaması baxımından yararlana bilər. Bu, elə də çətin bir məsələ deyil. Azərbaycan Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq normaları çərçivəsində həllini istəyir. Türkiyə isə Rusiyadan problemin həllinə məhz beynəlxalq hüquq normaları kontekstindən yanaşmasını xahiş edə bilər”.

Politoloq bildirib ki, Rusiyanın bu məsələdə çox bərkimiş və bir növ ənənəyə çevrilmiş siyasi mövqeyi var:

"Ermənilərlə sıx əməkdaşlıq və burada rus bazalarının yerləşdirilməsi, Ermənistanın az qala Rusiyanın bir quberniyasına çevrilməsi və Moskvanın İrəvandan istifadə edərək Cənubi Qafqazdakı mövqelərini daim qoruyub saxlaması ciddi məsələlərdir. Bu məsələlərdə Rusiya beynəlxalq hüquq normalarını tapdalamağı bacarır. Hər halda, Türkiyə tərəfi hər zaman Qarabağ məsələsində Azərbaycanın yanında olacağını bildirir. Nəinki bu məsələdə, eyni zamanda, Rusiya ilə olan məsələlərdə də Ankara Moskvaya ciddi təsirlər göstərə bilər. Güman edirəm ki, bununla bağlı İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasında Türkiyədə ciddi müzakirələr olacaq və bu müzakirələr nəticəsində də Türkiyənin bir mövqeyini formalaşdırmaq mümkün olacaq”.

Q.Hüseynlinin sözlərinə görə, Türkiyə Rusiya ilə birlikdə Suriya bölgəsində necə birgə hərəkət edibsə, Qarabağ məsələsində də ortaq mövqedən çıxış edə bilər:

"Doğrudur, Rusiyanın mövqeyini dəyişdirmək çox da asan məsələ deyil. Ancaq mümkünsüz də deyil. İlham Əliyevin bu məsələdə qətiyyətli mövqeyinin Türkiyə rəhbərliyi tərəfindən qəbul ediləcəyinə ümidlər böyükdür”.

Qeyd edək ki, Prezident İlham Əliyevin bu günlərdə Türkiyəyə səfəri gözlənilir.
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Dünən, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Dünən, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Dünən, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Dünən, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Dünən, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
27-03-2024, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
27-03-2024, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan