İcra başçılarına YAXŞI YOL - Bax Bu da Belə
Siyaset
Oxunub: 6 261
18 apr 2018 | 15:35
 İcra başçılarına YAXŞI YOL - Bax Bu da Belə













Rayon və şəhər İcra hakimiyyətlərinin başçıları gedir

İcra başçıları da təlaşda: yola salınan nazirlərin əyalətlərdəki adamları “vurulacaq”

Prezident İlham Əliyev bir neçə gün öncə qarşıdakı müddətdə struktur islahatlarının davamlı olacağını anons etdi. Bu gün isə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirilib.

Modern.az məlumatına görə, Konstitusiyada qeyd edilib ki, and içdiyi gündən Azərbaycan Respublikasının Prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır.

Azərbaycan Respublikasının yeni seçilən Prezidenti vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün isə Nazirlər Kabineti istefa verir.

Konstitusiya uyğun olaraq Nazirlər Kabineti artıq istefa vermiş sayılır.

Prezident İlham Əliyevin tezliklə yeni hökuməti təqdim edəcəyi gözlənilir.

Bu gün istefaya getmiş sayılan nazirlik bə komitə rəhbərlərinin təlaşda olduğu sirr deyil. İndi onlar yeni hökumətdə yer alıb-almayacaqlarının həyəcanının yaşayırlar.

Daha sonra növbənin "əyalət padşahları”na çatacağı istisna edilmir. Söhbət rayon və şəhər İcra hakimiyyətlərinin başçılarından gedir. İslahatların onlardan da yan keçməyəcəyi şübhəsizdir.

Bunun əyani sübutunu eks-nazirlər Eldar Mahmudov və Ziya Məmmədov sabiqlər sırasına qoşulduqdan sonra gördük. Eks-nazirlərə yaxın məmurlar əbəs yerə "vurulmadılar”.

Prezident İlham Əliyev dəfələrlə işini düzgün qurmayan icra başçılarına xəbərdarlıq edib. Ölkə başçısı Nazirlər Kabinetinin 2017-ci ilin iyulunda sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da yerli icra orqanlarının rəhbərlərinin fəaliyyətinə öz iradlarını daha kəskin bildirmiş və onlara vaxt vermişdi:

"Özəl sərmayənin cəlb edilməsi üçün təkcə mərkəzi icra orqanları məsuliyyət daşımırlar, yerli icra orqanları da, mən bunu demişəm, bir daha demək istəyirəm ki, daha fəal olmalıdırlar. Xüsusilə bölgələrdə investisiyaları cəlb etmək üçün icra başçıları gərək fəal olsunlar. Bəzi yerlərdə bu fəallıq, nəticələr var, amma bəzi yerlərdə bu fəallıq yoxdur, biganəlik var. Bəzi hallarda yerli icra orqanları investorlara kömək etmək əvəzinə problemlər yaradırlar, nəticədə özəl investisiyalar iqtisadiyyatdan yayınır. Bunlara son qoyulmalıdır. İlin sonunda - dekabr ayında Prezident Administrasiyası və İqtisadiyyat Nazirliyi mənə məlumat, siyahı verməlidir ki, hansı rayonda nə qədər özəl sərmayə cəlb olunub. Hər bir icra başçısının işinə, o cümlədən bu göstəriciyə görə qiymət veriləcək. Mən müşavirələrin birində də demişəm ki, icra başçılarının fəaliyyətinə, o cümlədən bu göstəriciyə görə qiymət veriləcəkdir”.

Qeyd etdiyimiz kimi, bu gün İlham Əliyev növbəti 7 il üçün Azərbaycan prezidentinin səlahiyyətlərinin icrasına başladı.

Konstitusiya uyğun olaraq Nazirlər Kabineti artıq istefa vermiş sayılır. Prezident İlham Əliyevin tezliklə yeni hökuməti təqdim edəcəyi gözlənilir. Yeni iqtidar komandasında bəzi nazirlər və onların əyalətlərdəki əlaltılarının yer almayacağı bildirilir.

Gözlənilən odur ki, təmsil etdiyi bölgədə "at oynadan”, rayona ayrılan dotasiyanı cibxərcliyi kimi sərf edib öz qohum-əqrəbasına bu dünyada "Cənnət” yaradan, vətəndaşları heçə sayan icra başçılarının "ipi çəkiləcək”. İndi bütün diqqət ölkə prezidentinin verəcəyi qərarlara yönəlib...
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...