Baş nazir müavinlərinin vəzifə bölgüsü - Kim hansı sahəni kurasiya edəcək...
Siyaset
Oxunub: 512
27 apr 2018 | 12:50
Baş nazir müavinlərinin vəzifə bölgüsü - Kim hansı sahəni kurasiya edəcək...













Prezident İlham Əliyev aprelin 21-də və 23-də Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb. Sərəncamlara əsasən, yeni Baş nazir təyinatı həyata keçirilib, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri təsdiqlənib.

Hazırda hökumətə rəhbərlik edən Baş nazir Novruz Məmmədovun üç müavini var: Baş nazirin birinci müavini Yaqub Eyyubov; baş nazirin müavinləri Əli Əhmədov, Əli Həsənov, Hacıbala Abutalıbov.
Yeri gəlmişkən, hökumətin əvvəlki tərkibində Baş nazirin 6 müavini vardı: birinci müavin Yaqub Eyyubov, müavinlər Əli Əhmədov, Əli Həsənov, İsmət Abasov, Abid Şərifov, Elçin Əfəndiyev.

İndi isə yenilənmiş tərkibdə 4 müavin qalıb. Bəzi məlumatlara görə, baş nazirin müavinləri ixtisar olunub, digər xəbərlərə görə isə əksinə, iki yeni təyinat da gerşəkləşə bilər.
Maraqlıdır, baş nazirin müavinləri arasında hansı sahələrə nəzarət necə bölüşdürülüb? Məsələn, Bakının keçmiş meri Hacıbala Abutalıbovun bundan sonra baş nazirin müavini kimi hansı sahəyə rəhbərlik edəcəyi dəqiq bilinmir.
Bəs baş nazirin müavinlərinin vəzifə bölgüsü daxili nizamnamədə necə aparılır?
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli Modern.az-a açıqlamasında bu məsələdən danışıb. Tahir Kərimlinin sözlərinə görə, Nazirlər Kabinetində bununla bağlı rəsmi bölgü yoxdur.

"Bu, daxili qərarla qəbul olunur”
"Rəsmi şəkildə prezident Nazirlər Kabinetinin tərkibini dəyişən zaman müvafiq qanunvericiliyə əsasən, təsnifat bu cür olur: baş nazirin birinci müavini və baş nazirin müavinləri. Onların adları hansısa sahəyə nəzarət etmələri üzrə göstərilmir. Çünki Nazirlər Kabinetində rəsmi bölgü olmadığından bu, daxili qərarla qəbul olunur. Bildiyimə görə, baş nazirin birinci müavini lazım gəldikdə baş naziri əvəz edir, diplomatik münasibətlərə baxır, xarici qonaqları prosedura uyğun olaraq qəbul edir”.

Bəs Hacıbala Abutalıbov?

Milli Məclisin üzvü Bakının sabiq meri haqqında da danışıb:
"Baş nazirin sabiq müavini Abid Şərifov o zamanlar fövqəladə hallar məsələlərinə, tikinti işlərinə nəzarət edirdi. İsmət Abasov kənd təsərrüfatını kurasiya edirdi. Kənd Təsərrüfatı Nazirliyindən gəlmişdi.Əli Əhmədov ən çox sosial sferanı kurasiya edir. Nazirlər Kabinetində bölgü bu formada olur. Bakı Şəhərinin sabiq meri Hacıbala Abutalıbova gəlincə, o, güman ki, Abid Şərifovun missiyasını həyata keçiriəcək, fövqəladə hallara, tikinti işlərinə baxacaq”.
Onda Elçin Əfəndiyevlə İsmət Abasovun kurasiyasındakı sahələr necə olacaq? Tahir Kərimlinin fikrincə, həmin sahələr Əli Əhmədovla Əli Həsənov arasında bölüşdürülə bilər.

"Baş nazirin müavinləri ixtisar edilə bilər”

Tahir Kərimli baş nazirin müavinlərinin ixtisara düşdüyünü də söyləyib: "Məndə belə bir məlumat da var. Ola bilsin ki, baş nazirin 6 deyil, elə 4 müavini qalsın. Düşünürəm ki, bu, ixtisardır. Çünki bu məsələni biz də bir neçə dəfə qaldırmışıq. Hər halda, prosesləri izləməliyik”.
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO