Azərbaycan Avronest PA-nın İrəvanda keçiriləcək sessiyasında iştirak etməyəcək
Siyaset
Oxunub: 1 324
9 fev 2015 | 12:17
Azərbaycan Avronest PA-nın İrəvanda keçiriləcək sessiyasında iştirak etməyəcək


Elxan Süleymanov: “Bu təşkilat işğalçı Ermənistanı Azərbaycana qarşı həyata keçirdiyi cinayətlərə görə hər hansı sanksiyalardan və məsuliyyətdən sığortalamağa çalışır”

Azərbaycan Avronest PA-nın martın 16-18-də İrəvanda keçiriləcək 4-cü sessiyasında iştirak etməyəcək.

Azerinfo.az bildirir ki, bu barədə APA-ya Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov məlumat verib.
Onun sözlərinə görə, Azərbaycan nümayəndə heyəti 2011-2014-cü illərdə davamlı şəkildə Büro iclaslarında Avronest PA-nın sessiyalarının, Büro və komitə iclaslarının Ermənistanda keçirilməsinə və Ermənistanın Avronest PA-ya həmsədrliyinə qəti etiraz edib, öz bəyanat və açıqlamalarında vurğulayıb ki, Dağlıq Qarabağ və ətraf 7 rayon işğaldan azad edilməyənədək, Sərsəng su anbarının 23 ildən artıq işğal altında qalması nəticəsində Azərbaycanın 400 min əhalisi olan cəbhəyanı rayonları üçün törətdiyi təhlükələr tam aradan qaldırılmayanadək, Naxçıvanın blokadasına son qoyulmayanadək Avronest PA-nın sessiyalarının, Büro və komitə iclaslarının Ermənistanda keçirilməsi və Ermənistanın Avronest PA-ya həmsədrlik etməsi yolverilməzdir: “Azərbaycan nümayəndə heyəti eyni zamanda birmənalı şəkildə Ermənistanda keçiriləcək sessiyaların və iclasların işində iştirak etməyəcəyini bildirib. Odur ki, Avronest PA-nın plenar sessiyasının İrəvanda keçirilməsi barədə qərar Azərbaycan nümayəndə heyətinin qəti etirazlarına baxmayaraq, qəbul edilib”.

E.Süleymanov diqqəti daha bir məqama yönəldib: “Avronest PA-nın 4-cü sessiyası İrəvanda qondarma “erməni soyqırımı”nın 100 illiyi ərəfəsində keçiriləcək. Ermənistan tərəfinin bu beynəlxalq tədbirdən qondarma erməni soyqırımının təbliğatı vasitəsi kimi istifadə edəcəyi şübhə doğurmur. Xüsusilə vurğulamaq istərdim ki, Ermənistanın Gömrük İttifaqı Sazişini imzalaması və Avrasiya İqtisadi Birliyinə üzv olması faktına baxmayaraq, Avronest PA nəinki ona münasibət bildirməyib, hətta yaranmış vəziyyəti müzakirə etməyib. Əksinə, belə bir şəraitdə Avronest PA-nın plenar sessiyasının bu ölkədə keçirilməsi, onun qeyd edilən qurumlara daxil olmaq haqqında qəbul etdiyi siyasi qərarların təqdir edilməsi anlamına gəlir. Bu isə Avronest PA-nın İrəvanda keçiriləcək sessiyası gedişatında Ermənistanın öz maraqlarına uyğun istənilən qərarın qəbul edilməsinə nail olacağından xəbər verir.

Biz dəfələrlə, digər beynəlxalq təşkilatlarda olduğu kimi, Avronest PA-da da Azərbaycana münasibətdə ikili standartlar siyasəti həyata keçirilməsinin şahidi olmuşuq. Çoxsaylı səylərimizə baxmayaraq, Avronest PA-nın nə komitə iclaslarında, nə də plenar sessiyalarında indiyədək Ermənistanın 20% Azərbaycan ərazisini 23 ildən artıq müddət ərzində işğal altında saxlaması faktının müzakirə edilməsi mümkün olmayıb. Biz hər dəfə Avronest PA-nın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərin problemini həll edə biləcək təşkilat olmadığı barədə bəyanatla üzləşmişik”.

E.Süleymanov deyib ki, Krım yarımadasının Rusiyaya birləşdirilməsi və Ukraynanın cənub-şərq hissəsində baş verən silahlı toqquşmalar fonunda bir sıra aparıcı dünya dövlətləri və beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı tərəfindən Ukraynaya yüksək səviyyəli dəstək nümayiş etdirilir: “Lakin əraziləri uzun müddət ərzində işğal altında olan Azərbaycana da Ukrayna səviyyəsində dəstək nümayiş etdirilərək işğalçı Ermənistana sanksiyaların tətbiq edilməsi barədə sənədlərin qəbul edilməsi tələbini irəli sürməyimizə baxmayaraq, müxtəlif mexanizmlər vasitəsilə bizim cəhdlərimizin qarşısı qəti şəkildə alınıb. Beləliklə, Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində yaradılmış parlament təsisatı olan Avronest PA digər beynəlxalq təşkilatlar kimi işğalçı Ermənistanı öz çətiri altında saxlayır və onu Azərbaycana qarşı həyata keçirdiyi təcavüz cinayəti əməllərinə görə hər hansı sanksiyalardan və məsuliyyətdən sığortalamağa çalışır.

Eyni zamanda Avronest PA 4-cü sessiyasını qondarma “erməni soyqırımı” iddialarının 100 illiyi ərəfəsində İrəvanda keçirməklə, bu sərsəm iddialarının dünya ictimaiyyəti arasında yayılmasında özünü təbliğat maşını qismində təsdiq etmiş olur. Maraqlıdır ki, sərsəm “erməni soyqırımı”na faktiki dəstək verən bu qurum nəzərə almır ki, bu qondarma iddiaların 100 illiyini qeyd etməyə hazırlaşan ermənilər hələ 1905-ci ildən başlayaraq, azərbaycanlılara qarşı soyqırım cinayətləri törətməyə başlayıb və artıq 110 ildir ki, ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırım cinayətləri davam edir”.
Bu gün, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Bu gün, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Bu gün, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Bu gün, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Bu gün, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Bu gün, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Bu gün, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Bu gün, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Bu gün, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Bu gün, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Bu gün, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Bu gün, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Bu gün, 10:31
Azərbaycanda zəlzələ olub
Bu gün, 10:27
Avro və lirə ucuzlaşdı - Məzənnələr
Bu gün, 10:22
Kəndlərimizdə şou göstərlərin ifşası: Qarabağdan görüntüsü ortaya çıxdı - VİDEO
Bu gün, 10:03
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Bu gün, 09:59
Qırğızıstan prezidenti Ağdama gedəcək
Bu gün, 09:56
Hər şeyə Ərdoğan qərar verir, Qərbin "əl-qolu bağlanıb"
Bu gün, 09:28
Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan
Bu gün, 09:20
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
Bu gün, 09:10
Paşinyan: Bəzi gizli razılaşmalar hesablanıb
Dünən, 16:00
Sülh müqaviləsi Astanada və ya Tiflisdə bağlana bilər - İNCƏLƏMƏ
Dünən, 15:30
Ruben Vardanyana Nobel mükafatı verilməsi təşəbbüsünün arxasında kim dayanır? - AKTUAL
Dünən, 14:22
Kənlərimizin AZADLIĞI... - həm də buna görə MÜHÜMDÜR!
Dünən, 14:00
Qarabağdan çıxarılan sülhməramlılar birbaşa Ukraynaya göndərilir? - "Bild"
Dünən, 13:19
Şəhərlər Türkiyə bayrağına büründü: 13 ildən sonra KRİTİK SƏFƏR - FOTO