Qarabağ üzərindən SƏRRAST ZƏRBƏ - ya işğal, ya da... – ÜÇ GÜN QALDI
Siyaset
Oxunub: 7 031
28 apr 2018 | 00:52
Qarabağ üzərindən SƏRRAST ZƏRBƏ - ya işğal, ya da... – ÜÇ GÜN QALDI














Ermənistanda etiraz aksiyalarının rəhbəri, “Yelk” parlament fraksiyasının lideri Nikol Paşinyan dünən Respublika meydanında keçirilən mitinqdə çıxışı zamanı baş nazirin səlahiyyətlərinin müvəqqəti icraçısı Karen Karapetyanı danışıqlara dəvət etdi.

“Respublika Partiyası qərara gəldi ki, Karapetyana danışıqlar üşün səlahiyyət verməlidir. Biz əvvəlki kimi, çağırışlarımız çərçivəsində danışıqlar prosesini davam etməyə hazır olduğumuzu ifadə edirik. Mən sabah Karapetyanı başlanğıc olaraq saat 12.00-da danışıqlar prosesinə dəvət edirəm”, - Paşinyan bildirmişdi.

O vurğulamışdı ki, danışıqlar jurnalistlər iştirakı ilə keçirilməlidir.

“Biz hakimiyyətlə bağlı qapılar arxasında danışıqlar aparmayacağıq”, - müxalifət lideri qeyd edib.

Lakin Karen Karapetyan Nikol Paşinyanın dəvətini rədd edib. Karapetyanın mətbuat katibi Aram Araratyan isə qərarı belə əsaslandırıb ki, Paşinyan qarşı tərəfə diktə edir.

"Karen Karapetyan öz fikrində qalır: jurnalistlərin iştirakı ilə danışıqlar nəticəsiz olacaq", - Araratyanın bəyanatında deyilirdi.

Bu gün isə müxalifət lideri Karapetyanın görüşdən imtina etməsinə maraqlı şəkildə cavab verib.

“Hesab edirəm ki, Karen Karapetyan sadəcə, gücünə əmin deyil, əgər insan, öz ölkəsinin daxilində öz danışıq gücünə əmin deyilsə, onda Qarabağ məsələsi üzrə danışıqları necə aparmaq niyyətindədir?”, - Nikol Paşinyan Karen Karapetyanın qərarına reaksiya verib.

Erməni ekspert Sarqis Artsruni Paşinyanın Qarabağ üzərindən Karapetyana sərrast zərbə vurduğunu bildirib.

Onun sözlərinə görə, Paşinyanın bu mövqeyi çoxqatlıdır və ilk növbədə hakim Respublika Parsiyasına ünvanlanıb.

“Hətta demək olar ki, Paşinyan Karen Karapetyana qarşı bu arqumentdən çox ustalıqla istifadə etdi. Nikol Paşinyan, faktiki olaraq, Respublika Partiyasını Karapetyanın baş nazir postuna namizədliyini irəli sürmək və onu dəstəkləmək motivindən məhrum edir. Paşinyan qlobal anlamda hakim partiyanı siyasi və mənəvi motivdən məhrum edir”, - erməni ekspert qeyd edib.

Sarqis Artsruni hesab edir ki, Karen Karapetyan mili dialoqun qurulması üçün Paşinyanla danışıqlar aparmağa deyil, Ermənistanın baş naziri olmaq bahasına Moskvaya təslim olmağa üstünlük verir: “Mayın 1-də Paşinyan və Karapetyan arasında deyil, Ermənistanın müstəqilliyi və Rusiyanın vassalı status arasında seçim olacaq. Mayın 1-də milli sisteminin yaradılması perspektivi ilə ya inqilab qalib gələcək, ya da əksinqilab başlayacaq, Üçüncü respublikanı tarixin arxivinə göndərməklə Ermənistanın Rusiya tərəfindən işğalı üçün yol çəkiləcək”, - erməni ekspert yekunlaşdırıb.(publika.az)
Bu gün, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb