Bu icra başçılarına Yaxşı YOL - Gözəl seçim bax budur
Siyaset
Oxunub: 21 552
1 may 2018 | 12:05
Bu icra başçılarına Yaxşı YOL - Gözəl seçim bax budur













“Şübhə etmirəm ki, o gənclərə üstünlük veriləcək ki, onların idarəetmə sahəsində yetərincə təcrübəsi var

Rayon icra başçıları təlaşda - növbə onlara çatır...

Prezident seçkilərindən sonra yeni formalaşan Nazirlər Kabinetində ciddi kadr dəyişiklikləri oldu. Prezidentin fərmanları ilə üç nazir, 3 komitə sədri, baş nazirin iki müavini vəzifələrindən azad olundular. Bundan əlavə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı postu da boşaldı.

Onu da qeyd edək ki, hökumət kabinetində qeydə alınan dəyişikliklər insanlarda yerli icra hakimiyyəti başçıları korpusunda da yeniləşmə olacağına dair inamın yaranmasına səbəb olub. Nazir, komitə sədri, baş nazir müavinlərindən fərqli olaraq rayon, şəhər icra hakimiyyəti başçıları yerlərdə əhali ilə birbaşa təmasda olurlar. Bu baxımdan onların fəaliyyəti, yaxud fəaliyyətsizliyi bütövlükdə hakimiyyətlə bağlı rəyin formalaşmasına gətirib çıxarır. Bu gün özünü icra başçısı olduğu rayonun hökmdarı kimi aparıb, sahibkarından tutmuş kəndlisinə qədər - bütün rayon əhalisinə öz təbəəsi kimi baxan məmurlar var. Onların bu fəaliyyətləri nəticəsində əhali hakimiyyətdən narazı salınır, sahibkarlığın inkişafı əngəllənir, rayonların sosial-iqtisadi durumu ləngiyir. Bütün bunlar isə icra hakimiyyəti başçıları arasında da təmizləmənin aparılması zərurətini yaradır. Məlumata görə, gözlənilən dəyişikliklər artıq bəzi icra başçılarında ciddi təlaş yaradıb.

Ana Vətən Partiyasının sədri, Milli Məclisin üzvü Fəzail Ağamalının dediyinə görə, idarəçilik strukturunda rayon, şəhər icra hakimiyyəti başçıları mühüm yer tutur: “Ayrı-ayrı nazirliklərin, komitələrin rəhbərlərinə nisbətən icra başçıları əhali ilə daha sıx təmasda olurlar. Onların arasında öz işini yüksək səviyyədə quran, ölkə prezidentinin siyasətini istisnasız olaraq həyata keçirən, xalqına xidmət etməyi özünə şərəf bilən icra başçıları kifayət qədərdir. Bunlar idarəçilik sistemində nəinki xalqla dövlət, hakimiyyət arasında problemlər yaratmırlar, həmçinin münasibətlərin ən yüksək səviyyədə qurulmasına şərait yaradırlar. Təbii ki, elə icra başçıları da var ki, bu keyfiyyətlərdən məhrumdurlar. Mən əminəm ki, cənab prezidentin bu barədə yetərincə məlumatı var və icra başçılarının arasında da yenilənmələr olacaq”.

Deputatın fikrincə, yenilənmə zamanı təyinatların sırf gənclər arasından olması mütləq şərt deyil: “Şübhə etmirəm ki, o gənclərə üstünlük veriləcək ki, onların idarəetmə sahəsində yetərincə təcrübəsi var. Çünki, bayaq da qeyd etdik ki, icra hakimiyyətləri yerlərdə əhali ilə ən çox işləyən dövlət qurumlarıdır. Onların rəhbəri olan şəxslərin insanlarla işləmək bacarığı, idarəçilik təcrübəsi, siyasi proseslərdən baş çıxarmaq qabiliyyəti olmalıdır. Cənab prezidentin təyinatlarında həmişə bu keyfiyyətləri özündə əks etdirən kadrlara üstünlük verilir. Mən əminəm ki, icra başçıları arasında yenilənmə zamanı da bu prinsiplərə əməl olunacaq”.
“Yeni Müsavat”
Bu gün, 16:00
R.Vardanyan - “Çirkli pulları yuma” hesabatlarında, yoxsa Nobel namizədliyində - ARAŞDIRMA
Bu gün, 15:30
8 kəndlə bağlı qəti addım: Ordu hazır duruma gətirildi - GƏLİŞMƏ
Bu gün, 14:57
İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib
Bu gün, 14:34
Akademik Zərifə Əliyeva
Bu gün, 14:22
Ermənistanı sərhəddə Qərb qızışdırır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:22
İlham Əliyev: “Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq”
Bu gün, 14:00
ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək? - AKTUAL
Bu gün, 13:13
"Bu Kreml sahibi Vladimir Putinin və onu əsabələrinin icad etdiyi termindir" - BİZƏ NƏ DƏXLİ?..
Bu gün, 12:23
Netanyahu İsrailin İrana necə cavab vercəyini açıqladı
Bu gün, 12:09
Yeni dələduzluq növü: “Kəsirləri düzəldirəm, imtahan ballarını artırıram” - VİDEO
Bu gün, 11:49
Laçında tikintisi gedən hava limanının son görüntüləri - VİDEO
Bu gün, 11:44
Qərbi Azərbaycan İcması bəyanat yayıb
Bu gün, 11:40
Pakistanda fəlakət: hökumət dəhşətli statistika açıqladı
Bu gün, 11:32
Zelenski İsrailə görə Qərbə qəzəbləndi: Ukrayna olmasaydı…
Bu gün, 11:27
Prezident Şirvan suvarma kanalının təməlini qoyub
Bu gün, 11:21
Tehran 4 ölkəni rəsmi şəkildə hədələdi
Bu gün, 10:25
Gənc həkim “Bitcoin”ə görə özünü öldürdü - FOTO
Bu gün, 10:17
Vəfat edən şəxsin pensiya kapitalının aqibəti necə olur? - AÇIQLAMA
Bu gün, 10:07
Ərdoğan təcili kabinetini toplayır
Bu gün, 09:33
Erməni deputat vətəndaşla dalaşdı - VİDEO
Bu gün, 09:29
Azərbaycanda bu şəxslər 500 manat CƏRİMƏ EDİLƏCƏK
Bu gün, 09:25
Qurban Qurbanovun görüntüsü GÜNDƏM OLDU - VİDEO
Bu gün, 09:00
Zəngəzur dəhlizinin inşasının yeni görüntüləri - VİDEO
Dünən, 16:00
Yeni müharibələr və Azərbaycan - NƏ ETMƏLİ?
Dünən, 15:30
Üçüncü dünya müharibəsi ehtimalı-Azərbaycan nə etməlidir? - İNCƏLƏMƏ
Dünən, 14:22
3-cü Dünya müharibəsi Cənubi Qafqaza yaxınlaşır: Azərbaycan belə qoruna bilər - AKTUAL
Dünən, 13:44
Tehranın "qisas"ı: ABŞ-İsrail-İran səhnəsi - GÖRÜNMƏYƏN MƏQAMLAR