İndi hansı məmurlar çıxdaş olunacaqları günü gözləməkdədir... - GƏLİŞMƏ
Siyaset
Oxunub: 617
7 may 2018 | 19:16
İndi hansı məmurlar çıxdaş olunacaqları günü gözləməkdədir... - GƏLİŞMƏ
















Dövlət Gömrük Komitəsinin işi daim tənqid olunub. Gömrük keçid-mətəqələrində baş verən problemlər, insanların saatlarla gözlədilməsi, bürokratik əngəllərin baş verməsi adi hala çevrilmişdi. Prezident seçkilərindən sonra məhz bu sahələrdə ciddi dəyişikliklərin olacağı istisna edilmirdi. Əslində gözlənilən də oldu.

Yeni hökumətdə yer alan yüksək vəzifəli məmurlara bu problemlərin həllində böyük ümidlər bəslənilir. Dövlət Miqrasiya Xidmətində rəhbər dəyişikliyindən sonra artıq görüləcək işlərin ilk işartıları bəlli olur. Dövlət Miqrasiya Xidmətinin rəhbəri Vüsal Hüseynov artıq islahatlara başlayıb. Belə ki, Miqrasiya Nəzarəti Baş İdarəsinin rəisi Rövşən Səfərov, bu idarənin rəis müavini, Qanunsuz miqrasiya hallarının aradan qaldırılması idarəsinin rəisi Qüdrət Məmmədov, Miqrasiya proseslərinin təhlili və informasiya təminatı Baş İdarəsinin rəisi Mehman Səfərov tutduqları vəzifələrdən azad ediliblər. İşdən çıxarılanlar arasında həmçinin daxili təhlükəsizlik idarəsinin rəisi və müavini, Qanunsuz miqrantların saxlanılması mərkəzinin rəisi və 2 əməkdaşı da var. Görünən odur ki, bu sahənin şəffaflaşdırılması üçün ilk proses elə dövlətin giriş qapısından başlanılıb.

Vüsal Hüseynovun bacarığı, düşüncəsi, prezidentin tapşırığı və Prezident Administrasiyanın rəhbəri Ramiz Mehdiyevin təqdimatı zamanı işlətdiyi ifadələr bunu deməyə əsas verir. R.Mehdiyev Dövlət Miqrasiya Xidmətini dövlətin giriş qapısı adlandırdı. Bəs ölkənin digər giriş qapıları necə olacaq?

Yuxarıda da qeyd olunduğu kimi, gömrük keçid-məntəqələrində kifayət qədər ciddi problemlər var. Xarici ölkəyə gedənlər, ölkəyə gələnlər saatlarla gömrük məntəqələrində gözlədilir. Bu da əhali arasında ciddi narazılıq yaradır. Yenə də eyni hallar yaşanacaqmı?

Yeni hökumətin formalaşmasında Dövlət Gömrük Komitəsinin sabiq rəhbəri Aydın Əliyevin yerinə gömrük xidməti general-leytenantı Səfər Mehdiyev təyin edilib. Ümumiyyətlə, yeni hökumətdə yer alan kadrlara böyük etimadlar bəslənilir. Artıq Səfər Mehdiyev də kadr islahatlarına başlayıb. Belə ki, hava nəqliyyatında baş gömrük idarəsinin rəisi gömrük xidməti general-mayoru Sadiq Abduyev Dövlət Gömrük Komitəsi Tibbi xidmət idarəsinin rəisi, tibb xidməti general-mayoru Fikrət Qədiməliyev vəzifəsindən azad edilib. Qeyd edək ki, mətbuatın yazdığına görə hər iki generalın adı ölkəyə qanunsuz dərman preparatlarının keçirilməsində hallanırdı.

Görünən odur ki, yeni təyinat alan kadrlara ən yüksək səviyyədə konkret tapşırıqlar verilib. Bu da dövlətin giriş qaplarında olan neqativ halların, problemlərin qarşısının alınacağına ümidləri artırır. Xüsusilə də gömrük xidmətində dəyişiklikləyə ciddi ehtiyac duyulur ki, bunun da yaxın zamanda reallaşacağı gözlənilir. Ehtimal olunur ki, Vüsal Hüseynov dövlətin giriş qapısı adlanan Miqrasiya Komitəsində İnam Kərimovun “ASAN” Xidmətə gətirdiyi sistemi gətirəcək. Ona verilən tapşırıqlar da konkret olaraq bu yöndədir. Miqrasiyada olan süni əngəllər aradan qaldırılacaq. Bu istiqamətdə Vüsal Hüseynova böyük ümidlər bəslənilir. Ehtimal olunur ki, Vüsal Hüseynov ona bəslənən ümidləri ən yüksək səviyyədə doğruldacaq.

Qeyd edək ki, artıq hər iki qurum haqqında yayılan məlumatlardan görünür ki, prosesə başlanılıb. Yaxın zamanlarda atılan addımların konkret nəticələri də bəlli olacaq.
Bu gün, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb