Qarabağ ətrafında təhlükəli durum - diplomatik həmlə geciksə, silahlar işə düşəcək...
Siyaset
Oxunub: 707
14 may 2018 | 18:44
Qarabağ ətrafında təhlükəli durum - diplomatik həmlə geciksə, silahlar işə düşəcək...
















Ermənistanın yeni və populist baş naziri Nikol Paşinyan küçə etirazları dalğasında ölkənin 1-ci şəxsi postunu tutar-tutmaz, xeyli “çırpı” yığdı. O sırada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir neçə sərsəm bəyanat verdi və Azərbaycana, qardaş Türkiyəyə qarşı reallaşması heç vaxt mümkün olmayan şərtlər irəli sürdü.

Əlbəttə ki, müxalifətdə ikən maksimalist mövqe sərgiləmək, populist açıqlamalar vermək ayrı şeydir, artıq ölkənin sükanı arxasında durub yekə-yekə danışmaq - tam ayrı. Birinci halda səndən heç kim reallaşmayan vədlərə görə hesabat istəməz, baş nazir kimi verdiyin vədlərin fiaskosuna görə isə real bədəl ödəmək lazım gələcək. İnqilabların əsas xüsusiyyəti də odur ki, qalib xalq hakimiyyətə gətirdiyi şəxsdən çox qısa zamanda onun güzəranını yaxşılaşdırmağı, başqa sosial-iqtisadi problemlərin sürətli həllini umur.

Konkret halda söhbət həm də Ermənistanı ağır blokada rejiminə tuş edən, iqtisadi-siyasi böhrana soxan və əhalisini xaricə kütləvi köçə vadar edən Qarabağ konfliktinin nizamlanmasından gedir. Paşinyan bu işlərin öhdəsindən gələ biləcəkmi, yoxsa o da sələfləri kimi öz xalqını bir müddət aldatmaq yolu tutacaq? Ekspertlərin bu yöndə proqnozları diqqət çəkir.

*****

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli hesab edir ki, avantürist təbiətli Nikol Paşinyan onsuz da Dağlıq Qarabağda və Ermənistanda müxtəlif avantüralara gedəcək (Axar.az): “Paşinyan indi Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ideyası üzərində ”işləyir". Bunu da o, Qarabağda bəyan etdi. Onun Dağlıq Qarabağda və Ermənistanda avantürizmləri isə bir gün onun özü üçün ciddi problemlər yarada və hakimiyyətinin ömrünün qısalması ilə nəticələnə bilər. Onsuz da Paşinyanı çətin günlər gözləyir. Məsələn, Rusiyanın Ermənistana yardımı kəsiləcək. ABŞ və Avropadakı erməni lobbisindən isə İrəvana, sadəcə, maddi dəstək gələcək. Həmçinin, Rusiyadan Ermənistana silah göndərilməsi də dayandırılacaq. Bu fonda ola bilsin ki, Rusiyadan Azərbaycana yeni silah növləri göndərilsin və Azərbaycanın atəş gücü daha da artırılsın. Nəticə etibarilə danışıqlar prosesi ilə bağlı o qədər qayğı göstərilməyəcək və tərəflər arasında müharibə şəraitinin yaranması an məsələsi olacaq".

Politoloqa görə, Rusiya bundan sonra Paşinyan rejiminin çökməsi üçün əlindən gələni edəcək. “Bu prosesdə Moskvanın adamı, separatçı rejimin başçısı Bako Saakyan birbaşa Kremlin göstərişlərini yerinə yetirəcək. Bir sözlə, Paşinyanı qarşıda çox ciddi sınaqlar gözləyir”.

*****

Rusiyalı politoloq Andrey Yepifantsevə görə isə, çox çəkməyəcək ki, Paşinyan xalqın kumirindən uğursuz liderə çevriləcək. “Ermənistanın ”siyasi prinsiplərindən" (Qarabağ və qondarma erməni soyqırımı - red.) imtina etmədən, blokadada və nəqliyyat marşrutlarından kənarda qalmaqla iqtisadiyyatı qaldırıb, vətəndaşların yoxsulluq səviyyəsini necə aşağı salmaq olar?", - deyə politoloq qeyd edib.

Onun sözlərinə görə, hələlik, ermənilər hesab edirlər ki, siyasi prinsiplərdən imtina etməyəcəklər: “O zaman belə çıxır ki, hakimiyyətə ya sehrbaz gəlməli və nəzəri olaraq çarəsiz situasiyadan konfet düzəltməyi bacarmalı, ya da onların xərclərini başqaları ödəməlidir. Bunlar isə ya Rusiya, Avrasiya İttifaqı, ya Qərb, yaxud Rusiya-Qərb (birgə) və ya diaspor olmalıdır. Yəni kim edirsə etsin, amma qürurla öz prinsiplərinə sadiq qalsınlar. Bugünkü ana qədər belə cəhdlər Ermənistan üçün uğurlu olmayıb, amma çox aktiv şəkildə davam edir”.

Ekspertin qənaətincə, Nikol Paşinyanın iqtisadi proqramı zəif və populistdir. “O, mikroskopik erməni bazarını monopoliyadan qurtarmaqdan, kölgə iqtisadiyyatı ilə mübarizədən və s.-dən danışır. Ermənistanın saxlanılmasına qaynaq kimi isə o, yenə strateji tərəfdaşlarını görür. Aktiv şəkildə varli diasporu ölkəyə cəlb etmək Qərbə doğru getmək deməkdir. Bu isə Rusiyadan gələn mənbələrin qapadılması və həm də Ermənistanın sonu deməkdir. Paşinyan iqtisadiyyata yeni heç nə gətirmir. O, Ermənistanın siyasi tələblərindən də imtina etmir, nəticədə Ermənistanı iqtisadi kollapsa aparır. Digər tərəfdən, Paşinyan başqa ölkələrdən pul gətirib, vətəndaşları yemləyəcəyini deyir, lakin hələ də bəlli deyil ki, onlar niyə Ermənistana bu pulları verməlidirlər. Paşinyanın proqramı Ermənistanın blokadadan və təcriddən çıxarmayan, indiki siyasi mövqeyini qoruyub saxlayan digər proqramlar kimi uğursuzluğa məhkumdur. Məncə, bir il ərzində biz Paşinyanın iqtisadiyyat və rifah məsələsində heç nə edə bilməyəcəyini görəcəyik. Demək ki, ictimaiyyətdə neqativ əhval-ruhiyyə güclənəcək və yeni kumir axtarılacaq”, - deyə o əlavə edib.

*****

Öz növbəsində ukraynalı ekspert İqor Semivolos hesab edir ki, Dağlıq Qarabağ konflikti Ermənistanın yeni baş naziri üçün “qırılmayan qoz” olacaq. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə o, rusdilli Vesi.az sayına müsahibəsində deyib.

“Onun mayın 9-da Qarabağa səfəri və bəyan eləməsi ki, Azərbaycan ”Dağlıq Qarabağ xalqı"nın öz müqəddəratını tanımalıdır, fikrimcə, daxili auditoriyaya hesablanmış ritorikadan savayı bir şey deyil", - politoloq vurğulayıb. Onun sözlərinə görə, Nikol Paşinyan hələ Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq məramı nəzərə alınmaqla Dağlıq Qarabağ ixtilafının həlli üzrə realist mövqe ortaya qoymalıdır. “Bu mövqenin nədən və hansı baza prinsiplərindən ibarət olacağı, habelə kompromislərin mümkün sərhədlərini biz Paşinyanın komandasına kimlərin daxil olmasından biləcəyik”, - deyə o əlavə edib.

Ancaq artıq bir şeyi əminliklə söyləmək olar ki, Ermənistanda küçə etirazların təsiri altında reallaşan baş nazir dəyişikliyindən və ardınca Paşinyanın diplomatiya qapılarını bağlayan məlum açıqlamalrından sonra Qarabağ məsələsi ətrafında təhlükəli bir dönəm yeişməkdədir. Bu üzdən əgər tezliklə Qarabağ məsələsində diplomatik həmlə baş verməsə, heç şübhəsiz, sülhün alternativi olan müharibə bütün ciddiliyi ilə gündəmə gələcək... \\musavat.com\\
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
23-04-2024, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
23-04-2024, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
23-04-2024, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
23-04-2024, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ