Son Dəqiqə: Paşinyanın ŞOK qərarı - Əhali hazır olun!
Siyaset
Oxunub: 23 621
7 okt 2018 | 07:56
Son Dəqiqə: Paşinyanın ŞOK qərarı - Əhali hazır olun!














Son Dəqiqə: Paşinyanın ŞOK qərarı - Əhali hazır olun!

Son Dəqiqə: Paşinyanın ŞOK qərarı - Əhali hazır olun!

Son Dəqiqə: Paşinyanın ŞOK qərarı - Əhali hazır olun!

Son Dəqiqə: Paşinyanın ŞOK qərarı - Əhali hazır olun!

Paşinyanın qərarı: Qarabağda müharibəyə aparacaq

“Məxməri inqilab”dan sonra Ermənistanda hakimiyyətə gələn Nikol Paşinyanın Qarabağ danışıqlarında sərt mövqedən çıxış edəcəyi gözlənilir.

Baxmayaraq ki, ekspertlər Paşinyanı qərbyönümlü siyasətçi adlandırır və münaqişənin həllində daha mülayim siyasət aparacağını deyirlər. Ancaq görünən odur ki, Ermənistanda hakimiyyət dəyişikliyi ilə bu ölkənin işğalçı siyasəti dəyişməyəcək.

Qarabağ məsələsində əsas söz sahibi olan, Ermənistanın strateji müttəfiqi Rusiyanın mövqeyini açıqlaması diqqəti başqa tərəfə istiqamətləndirdi. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib ki, Ermənistanda siyasi rəhbərlik formalaşana qədər bu proses aparıla bilməz.

Ermənistanda siyasi sabitlik yoxdur. Nikol Paşinyan baş nazir seçilsə də, hökumətin formalaşması prosesi davam edir. Nəzərə alsaq ki, parlamentdə Sarkisyan rejiminin dəstəkçiləri üstünlük təşkil edir və maliyyə, struktur baxımından hazırkı hakimiyyətdən daha güclüdür. Proseslərin yekunu ilə bağlı konkret fikir demək çətindir. Ancaq analitiklər Ermənistanın yeni hakimiyyətinin Qarabağla bağlı mövqeyini şərh edərkən, müxtəlif ehtimallar səsləndirirlər. Ehtimallardan biri də Paşinyanın ümumiyyətlə, danışıqlardan imtina etməsidir. Maraqlıdır, Paşinyan danışıqlardan imtina edərsə, bu Qarabağda müharibə riskini artırarmı?

Politoloq Nəzakət Məmmədova “Cümhuriyət” qəzetinə şərhində Qarabağda müharibə riskinin hər zaman olduğunu deyib: “Azərbaycan Silahlı Qüvvələri Ali Baş komandanının mövqeyi bundan ibarətdir ki, danışıqlar prosesi nəticə verməsə, müharibə variantı da onun nəzər diqqətindədir.

Proseslərdə əlbəttə ki, Paşinyanın şəxsi mövqeyi rol oynamayacaq. Çünki o, bilavasitə onu hakimiyyətə gətirən qüvvələrin mövqeyindən çıxış etməli olacaq. Oyunun qaydaları belədir. Ancaq hələlik görünən odur ki, o da Sarkisyanın müharibə ritorikasını davam etdirir. Bunu Qarabağa səfər etməklə də göstərdi. Xaricdəki diaspora və daşnaksütyun kimi terrorçu keçmişi olan qüvvə onu dəstəkləyib, bu da onun həmin radikal şovinist-terrorçu qüvvələrin təsiri altında olduğundan xəbər verir”.

Politoloq Paşinyanı hakimiyyətə gətirən qüvvələrin Qarabağ probleminin həllində maraqlı olmadığını deyib: “İndiyədək cərəyan edən proseslərin gedişatına nəzər saldıqda görünən odur ki, Paşinyan Qarabağ məsələsində əsaslı bir dönüş etmək vədi verməyib, nə də bu onun qısamüddətli fəaliyyətindən hiss olunmur. Üstəlik, onu hakimiyyətə gətirən qüvvələr arasında ATƏT-in Minsk Qrupunun üzvlərinin - ABŞ və Fransanın olduğu da istisna olunmur. Bu ölkələr Rusiya da daxil olmaqla indiyədək Qarabağ məsələsi ilə bağlı hansı irəliləyişlər etdilər ki, bundan sonra da etsinlər?!”

Nəzakət Məmmədova hesab edir ki, Paşinyan müstəqil düşüncəli siyasətçi deyil. Ona görə də nəyisə öz şəxsi iradəsi əsasında dəyişə bilməz: “Onun bağlı olduğu dairələr nə təlimat verəcəklərsə, o da onu icra etməyə çalışacaq. Üstəlik, burada Rusiya amili də nəzərdən qaçmamalıdır. Onu hakimiyyətə gətirən qüvvələrin məqsədi Qarabağ münaqişəsində dönüş yaratmaq üçün yox, Rusiyanı və İranı bölgədə sıxışdırmaqdır. Əgər Qarabağa dair danışıqlar pozularsa, bu, Paşinyanın şəxsi iradəsi ilə deyil, onun tabe olduğu dairələrin bu münaqişəni də Rusiyanın monopoliyasından alıb yeni formaya keçirmək məqsədi ilə ola bilər. Bunun isə Azərbaycan üçün faydalı yaxud zərərli olacağına o vaxt qərar verilə bilər”.
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM