"Ermənistanın təcavüzkar siyasət yürütməsi bölgədə sülhə və sabitliyə əngəl yaradır" — İlham ?liyev
Siyaset
Oxunub: 425
24 may 2018 | 09:20
"Ermənistanın təcavüzkar siyasət yürütməsi bölgədə sülhə və sabitliyə əngəl yaradır" — İlham ?liyev














Azərbaycan Prezidenti İlham Əliyev “Qafqazda dövlətlərarası münasibətlər: 100 il əvvəl və müasir dövr” beynəlxalq konfransının iştirakçılarına müraciət ünvanlayıb.
Müraciətdə deyilir: "Hörmətli konfrans iştirakçıları! Sizi ürəkdən salamlayır, “Qafqazda dövlətlərarası münasibətlər: 100 il əvvəl və müasir dövr” mövzusunda beynəlxalq konfransın işə başlaması münasibətilə təbrik edirəm.

Qafqaz dövlətləri arasında münasibətlərin hərtərəfli tədqiqi, obyektiv elmi nəticələrin çıxarılması və geniş yayılması mühüm praktiki əhəmiyyət kəsb edir. Bu bölgə əsrlərdən bəri müxtəlif xalqların və mədəniyyətlərin qaynayıb qarışdığı, özünəməxsus zəngin mədəni irsə və ənənələrə malik nadir bir məkandır. Strateji əhəmiyyətinə görə hər zaman müxtəlif güc mərkəzlərinin maraq dairəsində olması regionda dövlətlərarası əlaqələrə və xalqlar arasında münasibətlərin xarakterinə xeyli dərəcədə təsir göstərmişdir. Bir əsr əvvəl yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin və digər qonşu respublikaların tarixi, habelə müasir müstəqillik dövrünün təcrübəsi göstərir ki, Qafqaz xalqlarının istiqlaliyyəti, əmin-amanlığı və rifahı, ilk növbədə, onların qarşılıqlı hörmətə və ortaq maraqlara əsaslanan əməkdaşlığından asılıdır. Təəssüf ki, ötən əsrin əvvəllərində olduğu kimi, indiki Ermənistan dövləti də qonşu ölkələr, xüsusilə Azərbaycan hesabına öz ərazilərini genişləndirmək məqsədilə təcavüzkar siyasət yürüdür, işğal, soyqırımı və etnik təmizləmələr həyata keçirir. Bu isə bölgədə sülhə, sabitliyə və ölkələrin tərəqqisinə əngəl yaradır.

Azərbaycanın və dünyanın tanınmış elmi mərkəzlərini təmsil edən 200-dək tədqiqatçının iştirakı ilə keçirilən belə beynəlxalq konfranslar tarixi təcrübəni, geosiyasi prosesləri öyrənməklə nəticələri dərindən qiymətləndirməyə, habelə müvafiq elmi-tədqiqat institutları və mütəxəssislər arasında ikitərəfli əməkdaşlığın qurulmasına və inkişafına kömək edir. Şübhə yoxdur ki, Azərbaycan bundan sonra da müxtəlif ölkələrin qafqazşünas alimlərinin qarşılıqlı əlaqələrinin genişləndirilməsinə öz töhfəsini əsirgəməyəcəkdir.
Ümidvaram ki, konfrans çərçivəsində aparacağınız müzakirələr, irəli sürəcəyiniz tövsiyə və təkliflər qafqazşünaslığın aktual problemlərinin həllində əhəmiyyətli addım olacaq, beynəlxalq elmi əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsinə və bütövlükdə regionda sülhün, əmin-amanlığın möhkəmləndirilməsinə təkan verəcəkdir.

Hamınıza bu yolda böyük nailiyyətlər, şəxsi həyatınızda möhkəm cansağlığı və səadət arzulayıram".
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO