Nazirliklərdə boşalan yüksək POSTLAR - Bu vəzifələrə təyinat OLACAQ
Siyaset
Oxunub: 515
24 may 2018 | 11:10
  Nazirliklərdə boşalan yüksək POSTLAR - Bu vəzifələrə təyinat OLACAQ














Prezident İlham Əliyev bu il aprelin 21-də və 23-də Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb. Sərəncamlara əsasən, yeni Baş nazir təyinatı həyata keçirilib, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri təsdiqlənib.

Modern.az-ın məlumatına görə, Hökumətin tərkibi təqsdiqlənəndən sonra bəzi dövlət qurumlarında yüksək vəzifələr boşalıb. Həmin vəzifələtə yeni təyinatlar gözlənilir. Boşalan vəzifələr arasında nazir müavinləri postları da var.

Hazırda vakant vəzifələrdən biri Prezident Administrasiyasındadır. Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri postu təyinat gözləyir. Bu vəzifə Baş nazir postuna aparılan Novruz Məmmədovdan sonra boşalıb.

Yeri gəlmişkən, Baş nazir Novruz Məmmədovun da müavinlərinin sayı artırıla bilər. Hazırda onun 4 müavini var: Baş nazirin birinci müavini Yaqub Eyyubov; baş nazirin müavinləri Əli Əhmədov, Əli Həsənov, Hacıbala Abutalıbov.
Hökumətin əvvəlki tərkibində isə Baş nazirin 6 müavini vardı: birinci müavin Yaqub Eyyubov, müavinlər Əli Əhmədov, Əli Həsənov, İsmət Abasov, Abid Şərifov, Elçin Əfəndiyev.
İndi isə yenilənmiş tərkibdə 4 müavin qalıb. Bəzi məlumatlara görə, baş nazirin müavinləri ixtisar olunub, digər xəbərlərə görə isə əksinə, iki yeni təyinat da gerşəkləşə bilər.

Ceyhun Bayramov yeni təhsil naziri təyin olunduqdan sonra Təhsil Nazirliyində 1 müavin qalıb - Firudin Qurbanov. Bu nazirlikdə yaxın vaxtlara kimi 2 müavin işləyirdi, daha əvvəllər isə 3 müavin vardı. Ona görə də Təhsil Nazirliyində müavinlərin sayının ən azı 2-yə çatdırılacağı istisna olunmur.

İqtisadiyyat nazirinin müavinlərindən biri – Sahil Babayev əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə aparılandan sonra İqtisadiyyat Nazirliyində də bir yüksək post vakantlaşıb. Bu vəzifəyə təyinat ölkə başçısının səlahiyyətlərinə aid məsələ olduğundan konkret fikir bildirilmir.

Səhiyyə naziri Oqtay Şirəliyevin müavinlərinin də sayı xeyli vaxtdır azalıb. 2018-ci il aprelin 9-da qəfidən dünyasını dəyişən Abbas Vəlibəyovun ölümündən sonra nazir müavinlərinin sayı 3-dən 2-yə düşüb.

Dövlət Gömrük Komitəsində səsrin 1-ci müavini postu boş qalıb. Belə ki, keçmiş 1-ci müavin Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinə sədr təyin olunub, onun yerinə isə yeni görəvli gətirilməyib.

Nəqliyyat, Rabitə və informasiya Texnologiyaları Nazirliyində də 1 müavin vəzifəsinə təyinat gözlənilir. Keçmiş müavin İltinmas Məmmədov vəzifədən kənarlaşdırılandan sonra onun yerinə təyinat gerçəkləşməyib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində yeni sədr təyinatı gerşəkləşəndən sonra müavin postlarından biri boşalıb.
Xatırladaq ki, aprelin sonlarında Agentliyin əvvəlki sədri İnam Kərimov kənd təsərrüfatı naziri vəzifəsinə aparılıb, onun yerinə isə sədr müavini Ülvi Mehdiyev gətirlib. Nəticədə sədr müavini vəzifəsi təyinata açıq qalıb.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Hacıbala Abutalıbov Baş nazirin müavini vəzifəsinə təyin olunandan sonra şəhər Meriyasında rəhbər vəzifəyə heç kim gətirilməyib. İndi Bakı Şəhər İcra Hakimiyyətindəki 3 rəhbər vəzifədən ikisi - başçı və bir müavin vəzifəsi boşdur. Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini Rauf Pənahov ötən il vəfat edib və bu günə kimi onun yerinə təyinat olmayıb.

Bakının Binəqədi rayon İcra Hakimiyyəti də başçı təyinatı gözləyir. Keçmiş başçısı Xaləddin İsgəndərov işdən kənarlaşdırılandan sonra Binəqədi rayon İcra Hakimiyyətinə yeni rəhbər gətirilməyib.

Belə görünür ki, önümüzdəki günlərdə xeyli maraqlı təyinatların şahidi ola biləcəyik...
Bu gün, 16:00
R.Vardanyan - “Çirkli pulları yuma” hesabatlarında, yoxsa Nobel namizədliyində - ARAŞDIRMA
Bu gün, 15:30
8 kəndlə bağlı qəti addım: Ordu hazır duruma gətirildi - GƏLİŞMƏ
Bu gün, 14:57
İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib
Bu gün, 14:34
Akademik Zərifə Əliyeva
Bu gün, 14:22
Ermənistanı sərhəddə Qərb qızışdırır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:22
İlham Əliyev: “Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq”
Bu gün, 14:00
ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək? - AKTUAL
Bu gün, 13:13
"Bu Kreml sahibi Vladimir Putinin və onu əsabələrinin icad etdiyi termindir" - BİZƏ NƏ DƏXLİ?..
Bu gün, 12:23
Netanyahu İsrailin İrana necə cavab vercəyini açıqladı
Bu gün, 12:09
Yeni dələduzluq növü: “Kəsirləri düzəldirəm, imtahan ballarını artırıram” - VİDEO
Bu gün, 11:49
Laçında tikintisi gedən hava limanının son görüntüləri - VİDEO
Bu gün, 11:44
Qərbi Azərbaycan İcması bəyanat yayıb
Bu gün, 11:40
Pakistanda fəlakət: hökumət dəhşətli statistika açıqladı
Bu gün, 11:32
Zelenski İsrailə görə Qərbə qəzəbləndi: Ukrayna olmasaydı…
Bu gün, 11:27
Prezident Şirvan suvarma kanalının təməlini qoyub
Bu gün, 11:21
Tehran 4 ölkəni rəsmi şəkildə hədələdi
Bu gün, 10:25
Gənc həkim “Bitcoin”ə görə özünü öldürdü - FOTO
Bu gün, 10:17
Vəfat edən şəxsin pensiya kapitalının aqibəti necə olur? - AÇIQLAMA
Bu gün, 10:07
Ərdoğan təcili kabinetini toplayır
Bu gün, 09:33
Erməni deputat vətəndaşla dalaşdı - VİDEO
Bu gün, 09:29
Azərbaycanda bu şəxslər 500 manat CƏRİMƏ EDİLƏCƏK
Bu gün, 09:25
Qurban Qurbanovun görüntüsü GÜNDƏM OLDU - VİDEO
Bu gün, 09:00
Zəngəzur dəhlizinin inşasının yeni görüntüləri - VİDEO
Dünən, 16:00
Yeni müharibələr və Azərbaycan - NƏ ETMƏLİ?
Dünən, 15:30
Üçüncü dünya müharibəsi ehtimalı-Azərbaycan nə etməlidir? - İNCƏLƏMƏ
Dünən, 14:22
3-cü Dünya müharibəsi Cənubi Qafqaza yaxınlaşır: Azərbaycan belə qoruna bilər - AKTUAL
Dünən, 13:44
Tehranın "qisas"ı: ABŞ-İsrail-İran səhnəsi - GÖRÜNMƏYƏN MƏQAMLAR