“Rüstəm İbrahimbəyov Azərbaycan pasoprtu və azərbaycanlı adından məhrum edilsin” — Komitə sədrindən ÇAĞIRIŞ
Siyaset
Oxunub: 693
24 may 2018 | 22:51
“Rüstəm İbrahimbəyov Azərbaycan pasoprtu və azərbaycanlı adından məhrum edilsin” — Komitə sədrindən ÇAĞIRIŞ















Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü Eldar İbrahimov ssenari müəllifi Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov olan “Qafqaz triosu” adlı filmlə bağlı kəskin etirazını bildirib.
E.İbrahimov “Ölkə.Az”a açıqlamasında Rüstəm İbrahimovu “erməni” adlandırıb:

“Əgər onun damarında azərbaycanlı qanı axsaydı, Rüstəm İbrahimbəyov belə bir rüsvayçılığın altına girməzdi. O, ermənidən də pisdir. Heç erməni belə, azərbaycanlıları bu cür təhqir etməyi bacarmır. Heç erməni elə film yarada bilməz. Təbii ki, Rüstəm İbrahimbəyov bu filmi ermənilərin sifarişi ilə çəkir. O, satqın və Azərbaycan xalqına açıq düşmən olan adamdır”.

Komitə sədri qeyd edib ki, Rüstəm İbrahimbəyovun Azərbaycan xalqına qarşı xəyanəti birinci dəfə deyil:

“Bir neçə il əvvəl Rüstəm İbrahimbəyov “Milyarderlər İttifaqı” adlanan qrupda yer almışdı, məkrli planlar yürüdürdü. Görünür ki, xəyanət etmək bu adamın qanında var. Ümumiyyətlə, bunun bədənindən azərbaycanlı qanı axmır”.

Deputat Azərbaycanda Rüstəm İbrahimbəyovu müdafiə edən ziyalılara da çağırış edib:
“Çox təəssüf ki, Rüstəm İbrahimbəyov kimi adamları Azərbaycan daxilində də müdafiə edirlər. Axı Azərbaycana Rüstəm İbrahimbəyovun çəkdiyi bu filmdən alçaq, xəyanətkar hansı hərəkət ola bilər? Bu adam Azərbaycana əli azərbaycanlı körpələrin və anaların qanına batan, qardaş-bacılarımızı qətlə yetirən və əsirlikdə saxlayan, uşaqların başını kəsən erməni qatillərindən daha betər zərbə vurur. Bu da açıq şəkildə sübut edir ki, Rüstəm İbrahimbəyov ermənilərə qulluq edir. Bu cür hərəkətlərin başqa adı yoxdur”.

E.İbrahimov müvafiq qurumları Rüstəm İbrahimbəyovun Azərbaycan pasportundan və azərbaycanlı adından məhrum etməyə çağırıb:

“Belə adamlara Azərbaycanda əsla yer olmamalıdır. Əgər Rüstəm İbrahimbəyov hələ də Azərbaycan pasportu daşıyırsa, o pasport əlindən alınmalıdır. Ümumiyyətlə, onun adını Azərbaycandan silmək lazımdır. Çünki Azərbaycan xalqına bu qədər açıq xəyanət edən olmamışdı. Rüstəm İbrahimbəyov dünyada azərbaycanlıları aşağılayıb. Hesab edirəm ki, hər bir azərbaycanlı bu hərəkətlərinə görə Rüstəm İbrahimbəyova nifrət edir”.

Komitə sədri qeyd edib ki, Azərbaycanın radikal müxalifətinin hələ də Rüstəm İbrahimbəyovun əməlləri ilə bağlı susqunluq nümayiş etdirməsi onun ermənipərəst mövqeyinə açıq dəstək vermək kimi qiymətləndirilir:

“Çox təəssüf ki, bir neçə il öncə “Milli Şura” adlanan qurumun üzvləri həmin Rüstəm İbrahimbəyovu özlərinə lider seçmişdilər. Yəqin ki, Milli Şura Rüstəm İbrahimbəyovu ona görə lider seçmişdi ki, digər torpaqları da ermənilərə verə bilsinlər. Bunların hamısı ermənilərə qulluq edən adamlardır. Rüstəm İbrahimbəyov və onun yanında olan tayları ermənilərə xidmət edirlər. Bu cür ermənipərəst hərəkətlərinə görə Rüstəm İbrahimbəyovu ən pis söyüşlərlə söysək belə bu ona az edər. Ancaq tərbiyəm ona yol vermir ki, Rüstəm İbrahimbəyovu təhqir edim. Bu adam ən çirkin söyüşlərə layiqdir”.
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO