Ordumuz Naxçıvan istiqamətində irəlilədi — Böyük ərazi nəzarətə götürülüb
Siyaset
Oxunub: 557
27 may 2018 | 09:30
Ordumuz Naxçıvan istiqamətində irəlilədi — Böyük ərazi nəzarətə götürülüb















Azərbaycan ordusu bu günlərdə Ermənistanla sərhədin Naxçıvan istiqamətində neytral zona boyu irəliləyərək böyük ərazini nəzarətə götürüb.
Virtualaz.org xəbər verir ki, bu məlumatı erməni tərəfi açıqlayıb.
Azərbaycan ordusunun Naxçıvan istiqamətdə irəliləyərək böyük ərazini nəzarətə götürməsi Ermənistanda silahlı qüvvələrin yeni Baş qərargah rəisinin təyinatı ətrafında gedən polemikada ortaya çıxıb. “Hetq” internet nəşrinin baş redaktoru, hərbi reportyor Edik Bağdasaryan bu vəzifəyə 5-ci ordu korpusunun komandanı, general-mayor Artak Davtyanın təyin olunmasını tənqid edərək baş nazir Nikol Paşinyanın bu qərarını anlamadığını bildirib.

“Hətta Artak Davtyanın bundan əvvəl 5-ci ordu korpusunun komandanı təyin edilməsi ən azından Azərbaycan və Ermənistan sərhədinin Naxçıvan istiqamətində son günlər baş verənlərə görə təəccüb, anlaşılmazlıq doğurur (5-ci korpus Ermənistanın Naxçıvanla sərhəd istiqamətinə cavabdehdir - red.). Neytral sahədə azərbaycanlılar öz mövqelərini irəli çəkməyə və böyük əraziləri nəzarət altına almağa nail olub”, - Edik Bağdasaryan bildirib.

Bağdasaryan onu da deyib ki, əslində Baş qərargah rəis postuna ən layiqli namizəd general Onnik Qasparyan idi. Qasparyan hazırda Baş qərargah rəisinin müavini vəzifəsini tutur. Jurnalistin bildirdiyinə görə Paşinyan əslində həmin vəzifəyə Qasparyanı təyin etmək istəyib. Amma general razılaşmayıb.

Xatırladaq ki, general Davtyanın Baş qərargah rəisi vəzifəsinə layiq olmadığını bundan əvvəl general-leytenant Artur Aqanbekyan da açıqlamışdı. Bildirmişdi ki, Davtyanı uzun illərdir, tanıyır və Baş qərargah rəisi kimi məsul vəzifəyə ən hazırlıqsız generalın təyin edilməsindən ciddi narahatdır.

Azərbaycan ordusunun Naxçıvan istiqamətində mövqelərini irəli çəkərək strateji əhəmiyyətli yüksəkliklərdə möhkəmlənməsi barədə xəbərlər “Vkontakte” sosial şəbəkəsində azərbaycanlı hərbçilərin qrupunda da yayılıb və müzakirə olunub. Həmin xəbərlərdə deyilir ki, ordumuzun əsgəri, Ağstafa rayonundan olan Əli Tatarov da məhz bu əməliyyat zamanı igidliklə şəhid olub. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlıları şəhidimizin qisasını alıb. Azərbaycan ordusunun irəliləməsinə görə Ermənistanın yeni müdafiə naziri David Tonoyan və xarici işlər naziri Zöhrab Mnatsakanyan da sərhədin Naxçıvan istiqamətinə baş çəkib, şəxsən müşahidə aparıblar.
Rəsmi dövlət xəbər agentliyi AzərTAC-da mayın 24-də yerləşdirilmiş xəbərdə də ordumuzun Naxçıvan istiqamətində “planlı mühəndis-istehkam işləri apardığı”ndan bəhs olunur.

Məlumatda deyilir ki, təsdiq olunmuş plana uyğun olaraq Əlahiddə Ümumqoşun Ordunun mühəndis-istehkam hissə və bölmələri qış mövsümündən sonra müdafiə zolağında fortifikasiya qurğularının təkmilləşdirilməsi məqsədilə mühəndis işlərinin aparılmasına başlayıb.

Daimi dislokasiya məntəqələri ilə mövqelər arasında təminat yollarının, səngərlərin, sığınacaqların, müşahidə məntəqələrinin təkmilləşdirilməsi, qış mövsümündən sonra istifadəyə yararsız daşıma və təxliyə yollarında təmir-bərpa işlərinin aparılması, müdafiənin ara boşluqlarının möhkəmləndirilməsi məqsədilə əlavə mühəndis təminatı tapşırıqları yerinə yetirilib.

Bütün növ təminatların təmin edilməsinin asanlaşdırılması məqsədilə yüksək dağlıq şəraitində yerləşən mövqelərə Əlahiddə Ümumqoşun Ordunun mühəndis-istehkam hissə və bölmələri tərəfindən yeni təminat yollarının çəkilməsi üzrə işlər hazırda davam etdirilir.

2018-ci ilin hazırlıq planına uyğun olaraq Əlahiddə Ümumqoşun Ordunun xüsusi qoşun növlərinin bölmələri praktiki və səhra vərdişlərinin artırılması məqsədilə təlim mərkəzləri və poliqonlara çıxarılıb. Bölmələr real döyüş şəraitinə yaxınlaşdırılmış mürəkkəb şəraitdə tapşırıqlara uyğun olaraq praktiki məşq etdirilib. Bütün kateqoriyalı komandirlərin praktiki bilik və bacarıqlarının təkmilləşdirilməsi, şəxsi heyətdə döyüş əzminin artırılması üzrə məşğələlər keçirilir.
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb