Həkim, siyasətçi, iqtisadçı, imam... Sərdar Cəlaloğlu, siz kimsiz?
Siyaset
Oxunub: 597
7 in 2018 | 15:16
Həkim, siyasətçi, iqtisadçı, imam... Sərdar Cəlaloğlu, siz kimsiz?
















Azərbaycan demokratlarının “lideri”, uzun müddət Azərbaycan xalqının boğazında əyri və küt sümük kimi ilişib qalmış Sərdar Cəlaloğlu haqqında bir neçə söz.
İş ondadır ki, artıq bir neçə ildir cəmiyyət sosial şəbəkələrdə və forumlarda bu “siyasətçinin” fikirlərini geniş müzakirə edir.

O, gah efirdə peyda olub həkim kimi danışır, gah əsl dini xadim kimi surələr oxuyur, gah iqtisadi ekspert kimi büdcə kəsirini təhlil edir, gah sosial mövzulara toxunur, gah da bir alim kimi dünyanın sirlərini araşdırır...

Burada böyük Nizaminin sözləri yada düşür: “Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan”.

Bax elə bizim yarımçıq papaqçımız Sərdar, hansı ki, öz dühasına qəti şübhə etmir, utanmadan bütün dünyaya “kondisiologiya” adlı yeni elm yaratdığını bəyan edir.

O bildirib ki, Eynşteynin bütün səhvlərini tapıb, kainatın sirrini aşkarlayıb və Nobel mükafatı almaq niyyətindədir.

Lakin Nobel komitəsində oturan insanlar bizdəki bu ağıldan kəm adamı rəhbər vəzifəyə buraxan şəxslərdən fərqli olaraq, yarımçıq papaqçı Cəlaloğlunun xəstəliyini tez aşkarladılar.

Sən demə, Sərdar heç blank formasını normal doldura, sadəcə özü haqqında məlumatları düzgün yaza bilməyib. Yəqin, komitədə Cəlaloğlunun anketini görüb şoka düşüblər. Alim ən vacibini nəzərə almayıb: komitəyə laureatın özü yox, onun kəşfini dahiyanə hesab etmiş digər nüfuzlu alimlər və akademiklər müraciət etməlidirlər.

Nobel mükafatı ilə bağlı ideya xülyaya çevriləndən sonra Cəlaloğlu özünü təsdiqləmək üçün başqa yol axtarmağa başladı.

Psixiatrlar şizofreniya diaqoznunu çox ehtiyatla təyin edirlər. Axı, bu bir növ adam barəsində hökm çıxarmaq deməkdir. Düzdür, diaqnozu dərhal təyin etməsələr də, bu patalogiyanı vaxtında aşkarlamaq, psixiatra müraciət edib adekvat müalicə almaq üçün şizofreniyanın ilkin simptomları və əlamətlərini bilmək vacibdir.

- Əksər şizofreniya xəstələrində bu xəstəlik axmaqlıq hissiyatından başlayır:

Sərdar Cəlaloğlunun sitatı: “Cənnətdə qadınların cinsi orqanları olmayacaq”.
- Emosional natarazlıq inkişaf edir:

Sərdar Cəlaloğlunun sitatı: “Azərbaycanın nağıl qəhrəmanları ermənilərdir”.

- Səbəbsiz qəzəb, qıcıq, ən dəyərli şeylərə qarşı aqressiya yaranır:

Sərdar Cəlaloğlunun sitatı: “Babəkin Azərbaycan tarixinə və xalqına heç bir aidiyyatı yoxdur”.

- İnsanlar heç nə ilə məşğul deyillər: boş-boşuna gəzir və ya otururlar:

Sərdar Cəlaloğlunun sitatı: “Hərdən işləməyi çox istəyirəm”.

- Və nəhayət, tez-tez heç bir məntiqi izahı olmayan fikirlər səsləndirir:

Sərdar Cəlaloğlunun sitatı: “Azərbaycanda hər üçüncü kişi geydir”.

İndi siz təsəvvür edin, azərbaycanlıların üçdən birinin gey olduğunu deyən insan bütöv bir ölkənin prezidentliyinə namizədliyini irəli sürmüşdü...
Burada isə kifayət qədər ağıllı sual ortaya çıxır: Necə olur ki, belə bir insan öz “dahiyanə” fikirlərini psixiatriya xəstəxanasında təkadamlıq otağın divarlarında yazmır?

Təəssüf ki, bu sualın cavabı hələ yoxdur, Cəlaloğludan yeni, “möhtəşəm” fikirlər isə hələ də gəlir və onlar hər bi Azərbaycan vətəndaşının əsəblərinə toxunur.

Sonda ona xahiş ilə müraciət etmək istərdim: Əzizim Sərdar Cəlaloğlu, əgər özünüzü rusiyalı Jirinovski səviyyəsində yerli kloun kimi göstərmək istəyirsinizsə, o zaman bu, sizin səviyyəniz deyil. Sizin yanınızda Jirinovski hətta son dərəcə adekvat və ağıllı siyasətçi kimi görünür. Siz, uzun müddət axtarsanızda, hələ də həyatınızda düzgün yolu tapmamısınız.


P.S. Bəzən gicbəsər o qədər axmaq olur ki, ona öyrəşməyə başlayırsan. Biz sizə öyrəşmişik, Sərdar Cəlaloğlu, belə də qalın!
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Dünən, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Dünən, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
17-04-2024, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
17-04-2024, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
17-04-2024, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
17-04-2024, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
17-04-2024, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
17-04-2024, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi