“Necə desinlər ki, Azərbaycan inkişaf edir?!” - Beynəlxalq təşkilatı topa tutdular
Siyaset
Oxunub: 580
14 in 2018 | 11:40
“Necə desinlər ki, Azərbaycan inkişaf edir?!” - Beynəlxalq təşkilatı topa tutdular















"Azadlıq” qəzeti heç bir nüfuzu olmayan beynəlxalq təşkilatlardan daha birinin növbəti saxta hesabatını dərc edib. Hesabatda iddia olunur ki, guya ölkə rəhbərliyində təmsil olunan məmurlar və onların ailə üzvləri dövlət sərvətlərini Dubaya daşıyırlar.

Vaxatışırı olaraq Azərbaycana qarşı qarayaxma kampaniyası aparan bəzi beynəlxalq təşkilatların Cənub Qaz Dəhlizinin ayrılmaz hissəsi olan TANAP-ın istismara verildiyi günlərdə belə bir hesabatla çıxış etməsi heç şübhəsiz təsadüfi deyil.

AZXEBER.COM məsələyə Milli Məclisin deputatı Çingiz Qənizadə və "Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyevdən münasibət öyrənib.

Saytımıza açıqlamasında millət vəkili Çingiz Qənizadə bildirib ki, ölkəmiz hər yeni uğura imza atdıqca bu cür "hesabatlar”ın da sayı artır:

"Heç kim inkar edə bilməz ki, Azərbaycan günü-gündən inkişaf edir. Regionun lider dövlətlərindən biridir, beynəlxalq əhəmiyyətli iqtisadi layihələrdə əsas yer alır. Bu günlərdə istismara verilən TANAP layihəsi də bunun bariz nümunəsidir. Əlbəttə regionda müstəqil, heç bir dövlətin iradəsindən asılı olmayan və heç bir xarici dairəyə "rupor”luq etməyən güclü bir ölkənin olması çoxlarını narahat edir. Çox təəssüf ki, daxildəki təxribatçı qüvvələr də onlarla birləşərək, Azərbaycana qarşı qarayaxma kampaniyası aparırlar. Lakin biz görürük ki, onların məkrli istəkləri gerçəkləşmir. Bu səbəbdən onların saxta hesabatlarına da ciddi yanaşmağa dəyməz”.

"Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyevin sözlərinə görə, "Azadlıq” qəzeti "şantaj yuvası”dır və onlardan hər şey gözləmək olar:

"Araşdıranda ki, bunu hansı beynəlxalq təşkilat yayıb, məlum olur ki, həmin təşkilatı heç Avropanın özündə də tanıyan yoxdur. İndi durub demək ki, ölkəmizin sərvətləri talanır və xaricə daşınır, bu iddia yalnız ləyaqətsiz adamların işi ola bilər. Bilirsiniz ki, bütün dünyanın diqqəti bizim regiondadır. Azərbaycanın əsas rol aldığı Cənub Qaz Dəhlizinin ayrılmaz hissəsi olan TANAP istismara verilib. Ölkəmiz regionun lider dövlətinə çevrilib. Müəyyən dairələr Azərbaycanın uğurlarına dözə bilmirlər. Keçiblər şər-böhtana, ağızlarına gələni danışır, yayırlar. Onların özləri kimdir ki, hesabatları nə olsun?!. Boş verin getsin".

// Azər Niftiyev, AZXEBER.COM
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO