İlham Əliyev Serj Sərksiyan rejimini necə devirdi? - Təfərrüat/yeni açıqlama
Siyaset
Oxunub: 507
21 in 2018 | 11:45
İlham Əliyev Serj Sərksiyan rejimini necə devirdi? - Təfərrüat/yeni açıqlama














“Düşmən bizə qarşı çox güclü informasiya mübarizəsi aparır. Lakin onlar bunda da bizə uduzurlar”

FİA.Az xəbər verir ki, bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.

“Biz hər vasitə ilə düşməni məğlub etməyə çalışırıq. Hamınız gördünüz ki, Ali Baş Komandan, cənab İlham Əliyev Ermənistan prezidentini heç bir silahdan istifadə etmədən diplomatiya ilə məhv etdi, Sarkisyan hakimiyyətini bitirdi.

Bu gün biz hamımız düşmənlə mübarizə aparmalıyıq. Erməni xüsusi xidmət orqanları sosial şəbəkələr vasitəsi ilə bizdə inamsızlıq yaratmağa çalışır. Hörmətli media nümayəndələri belə provokasiyalara getməməlidir.

Mətbuat işçilərindən xahişim odur ki, diqqətli olsunlar. KİV böyük qüvvədir. Bu böyük qüvvə də düşmənlə mübarizəyə, vətənin müdafiəsinə qoşulmalıdır”, – deyə nazir vurğulayıb.

Ermənistanda baş qaldıran xalq etirazları qısa zamanda öz nəticəsini verdi. Azərbaycan və insanlıq düşməni Serj Sərkisyan məxməri bir inqilabla devrildi və istefaya məcbur edildi. Bu, Azərbaycan və region üçün olduqca mühüm, tarixi hadisədir.

Baş verən hadisənin qısa özəti belədir: Erməni xalqı 20 ildən artıq müddətdə Dağlıq Qarabağ kartı ilə onu girov saxlayan, bütün regional və beynəlxalq layihələrdə iştirakdan məhrum edən, Ermənistanı işğalçı dövlət kimi dünyaya tanıtdıran “Qarabağ klanından” canını qurtardı.

Öz ölkəsini hərbi xunta kimi idarə edən Sərkisyanın iqtidardan gedişi ilə bərabər, erməni xalqı öz hakimiyyətini yenidən formalaşdırmaq imkanı qazandı.

Azərbaycan üçün Serj Sərkisyan əsas düşmən statusunda idi və indi də elə qalır. O, 1992-ci ilin 26 fevralında baş verən Xocalı soyqırımının əsas səbəbkarı və aktiv iştirakçısıdır.

Onun rəhbərlik etdiyi həbi xunta Ermənistanı və erməni xalqını çox ciddi problemlərə ürcah etdi.

Sərkisyan rejimi Azərbaycan və Türkiyə düşmənçiliyi siyasəti aparmaqla yanaşı, iqtidarda olduğu müddətdə daha çox öz xalqına zülm etdi.

Ölkəsini özünün biznes məkanına çevirən mafioz bir klan və onun başçısı erməni xalqını bütün böyük layihələrdən kənarda buraxdı, nəticədə, xalqı ac və səfil bir kütləyə çevirdi.

Əslində Sərkisyan istefa ilə canını qurtara bilməyəcək və bilməməlidir.

Azərbaycan xalqına qarşı böyük cinayətlər törətmiş bu qatil həm də öz xalqına qarşı da ciddi cinayət əməlləri törədib.

Arzu olunur ki, Sərkisyan bu əməllərinə görə öz cəzasını alsın. Əgər Ermənistan daxilində hər hansı bir cəza almazsa belə, artıq onun bir prezident, ya da baş nazir kimi heç bir immuniteti qalmayıb.

Bu səbəbdən də, Azərbaycan onu etdiyi və sübuta yetirilmiş cinayətlərinə görə beynəlxalq tribunallara verə, barəsində beynəlxalq axtarış qərarı çıxartdıra bilər.

İstənilən halda, bu cani əcəli ilə ölmədən Azərbaycan xalqı və dövləti tərəfindən cəzasını almalıdır.

Azərbaycanın işğal olunmuş torpaqlarında qurulan qondarma bir rejimin təmsilçiləri özlərini də, Ermənistanı da kifayət qədər zəiflətmiş, bir növ, çıxılmaz duruma gətirmişdir. Buna və Azərbaycan dövlətinin apardığı ağıllı, ardıcıl siyasətə görə tamamilə gücsüz, demoralizə vəziyyətə düşmüş erməni cəmiyyətinin, onun təsisatlarının, xüsusi ilə, silahlı dəstələrinin bundan sonra hər hansı ciddi müqavimət, böyük qarşıdurma sərgiləyə biləcəyi inandırıcı görünmür.
Bu gün, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Bu gün, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Bu gün, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Bu gün, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Bu gün, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!